GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur

Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur

Tarix: 16-04-2020, 13:57 Bölmə :GündəmXəbər / Manşet Baxış: 313
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur


Bərdə rayonu səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadənin koronavirusun yayılmasında mühüm rolu var”.

GundemXeber.Az anaxeber.info-ya istinadən xəbər verir ki, bu sözləri Bərdə rayon sakini Zahid Mikayılov deyib. O bildirib ki, Nizami Mehdizadə koronavirusa qarşı demək olar ki, mübarizə aparmır. “Bu gün Bərdənin heç bir aptekində tibbi mask və spirt yoxdur. Hansı aptekə girirsən deyirlər ki, maska və spirt yoxdur. Bəzi yerlərdə spirti litrlə satırlar. Bunu da almağa insanların imkanı yoxdur. Nizami Mehdizadə öz qanunsuz əməlləri ilə insanların başına oyun açır. İnsanların sağlamlığına cavabdeh olan bir qurumun rəhbəri bu barədə düşünmür. Onun əməllərinə etiraz edənləri isə polislə hədələyir. Bərdədə koronavirusun yayılmasında onun mühüm rolu var. Aidiyyatı qurumlardan xahiş edirəm ki, Bərdə əhalisinin tibbi maska və spirtlə təmin olunması ilə bağlı tədbir görsünlər. Həmçinin gəlib Nizami Mehdizadənin əməllərini araşdırsınlar”, – deyə Bərdə sakini vurğulayıb. Nizami Mehdizadə Bərdə rayonunun səhiyyəsinə rəhbrəlik edəndən onunla bağlı narazılıq səngimir.

Bir müddət əvvəl Bərdə rayonu ərazisində məskunlaşmış bir müharibə veteranı və şəhid ailələri Birinci vitse-prezident Mehriban Əliyevaya və Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlamışdı. Həmin müraciətdə də Nizami Mehdizadənin qanunsuz əməlləri barədə idi. Müraciətdə deyilirdi: “Bildirmək istəyirik biz bir qrup sahibkar Bərdə rayon Mərkəzi Xəstəxanasının giriş qapısının qarşısında uzun illərdir mağazalarda, aptek və çayxanalarda, gözəllik salonlarında işləyərək ailəmizi dolandırırdıq. Bir çoxumuz isə uzun illərdir məcburi köçkün kimi Bərdədə yaşayırıq. Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Evi tərəfdən həmişə bir əsas və bir köməkçi giriş qapı olub və avtobusların dayanacağı da buradadır. Xəstəxananın da layihəsində 2 qapısı vardır. Lakin təxminən bir aydır buraya baş həkim göndərilmiş Nizami Mehdizadə qohumunun və özünün şəxsi maraqları naminə hiyləyə əl atdı. Əvvəlcə onun adından bizlərdən əlavə aylıq istədilər.

Biz bildirdik ki, Cənab Prezidentimiz İlham Əliyevin məmurlara, yerli icra orqanlarına həmişə tapşırığı olmuşdur ki, xalqı incitməyin, sahibkarlara imkan verin ailəsini dolandırsınlar, onlardan əlavə haqq almayın! Amma nə fayda, Bərdə rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş Baş həkim Nizami Mehdizadə nə qədər ailənin çörəyinə göz dikdi və 3 böyük aptekdə 25 nəfər, çyaxanalarda 15, gözəllik salonunda 8, ərzaq dükanlarında isə 18 nəfərin əmək haqqı alıb ailəsini dolandırmasını məhv etdi. Bir çoxumuz kirayəyə dükan götürüb işlədirik. Aylıq vergi, torpaq və digər rüsumları ödəyib çalışırıq ki, bu ödənişlərdən heç vaxt yayınmayaq. O cümlədən dükan, çayxana işlədən və taksi sürücülüyü edən nə qədər insana baş həkimin bir yersiz və əsassız hərəkəti ilə ağır zərbə dəymişdir. Belə ki, bizdən aylıq yığdıra bilməyən Baş həkim xəstəxananın biz tərəfdən olan və on illərdir mövcud olmuş qapısını bağlatdırdı və başqa tərəfində öz yaxın adamına bir-iki aptek açıb pul qazandırmaq üçün qapı açdırdı. O, bu qapını bağlayıb əhalinin gediş-gəlişi mümkünsüz olan, tıxac yaradan başqa tərəfindən qapı açdırması ilə bizlərə meydan oxudu. Qəsdən edilən bu hərəkət bizə-sahibkarlara qarşı təxribatdır.

Təsəvvür edin ki, xəstəxananın əvvəlki, yəni bizim dükanlar olan tərəfdəki qapısı olan tərəf avtobus dayanacağıdır və bura xəstəxananın işçiləri üçün də işə gəlib-getmək üçün rahat idi. Baş həkim öz qohumunun qazancı üçün bu qədər insanları min bir əziyyətə və bizi də müflis olmağa düçar etmişdir. İndi avtobusdan düşən və xəstəxanaya getmək istəyənlər ən azı 1 kilometr məsafə qət etməlidir. Dəfələrlə ona müraciət etsək də, o, bizi adam yerinə qoymur. Hətta Bərdə rayonunun İcra başçısı, çox hörmətli Vidadi İsayevə də demişik ki, bu baş həkimə tapşırıq versin, yenə də nəticə yoxdur. Xahiş edirik, bu süni problemin həlli üçün aidiyyəti üzrə tapşırıq verəsiniz”.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda maska və spirt monopoliyasını kim yaradır? - GƏLİŞMƏ

    Azərbaycanda maska və spirt monopoliyasını kim ...

    30-03-2020, 21:57

  • 
  • Bu milyonlarla pulların yuyulması üçün, bir ''maska''dır

    Bu milyonlarla pulların yuyulması üçün, bir ...

    3-04-2020, 11:58

  • 
  • Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb

    Bakıda baş həkimin oğlu piyadanı vuraraq öldürüb ...

    18-09-2017, 14:38

  • 
  • Koronavirusun diaqnostik alətlər dəsti Azərbaycana gətirilib

    Koronavirusun diaqnostik alətlər dəsti ...

    3-02-2020, 10:55

  • 
  • Zakir Qaralovun göstərişi ilə Nizami Rayon Prokurorluğunda yoxlamalara başlanılıb-qanunsuz hallar aşkarlanıb

    Zakir Qaralovun göstərişi ilə Nizami Rayon ...

    29-11-2017, 17:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu