Azərbaycanda yerli məmurların büdcə vəsaitlərini təyinatı üzrə xərcləmədiklərinə dair daha bir kuryoz fakt aşkarlanıb.
GundemXeber.Aa yenicag.az-a istinadla xəbər verir ki, Lənkaran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Dram Teatrının arxasındakı elektrik dirəyində quraşdırılmış lampaları sökərək, onların yerinə rənglənmiş vedrələr asıblar.
Maraqlıdır ki, “ekzotik təfəkkürlü” yerli məmurlar verdrələri “qeyri-adi görünüş” üçün yox, böyük ehtimalla, “büdcəyə qənaət” məqsədilə, həm də çox “səliqəli” qaydada dirəyə quraşdırıblar.
Məmurların öz fantaziyalarını bu qədər boş buraxmalarının tək səbəbi var: Büdcədən ayrılan vəsaitlə bir dirək lampasının əvəzinə çox sayda vedrə almaq və asmaq mümkündür.
Lənkərandakı dirək vedrələrinin fotolarını təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?