Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişiklik ola bilər.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov gələn ilin büdcə zərfi ilə bağlı deputatların təkliflərini cavablandırarkən bildirib.
Nazir müzakirələr zamanı siyasi partiyalara ayrılan vəsaitlərin artırılması ilə bağlı deputatların təklifinə baxıldığını və hökumətin bu barədə gəldiyi qərarı açıqlayıb:
“Biz belə qərara gəldik ki, büdcədən siyasi partiyalara ayrılan vəsaitin bu il üçün 10 faizi qənaət olunaraq saxlanılıb. Biz təklif edirik ki qanunvericiliyə müəyyən dəyişiklik etməklə bu 10 faizi gələn il ayrılacaq vəsaitə əlavə edək”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?