GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakıda tikinti baronlarının maxinasiyaları üzə çıxdı - İLGİNC

Bakıda tikinti baronlarının maxinasiyaları üzə çıxdı - İLGİNC

Tarix: 21-04-2020, 14:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 560
Bakıda tikinti baronlarının maxinasiyaları üzə çıxdı - İLGİNC


Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar aprelin 1-dən tətbiq edilmiş xüsusi karantin rejimi, bu rejim çərçivəsində aprelin 5-dən etibarən vətəndaşların evlərindən çıxması üçün xüsusi buraxılış rejiminin tətbiq edilməsi nə qədər qəribə olsa da ilk növbədə tikinti baronlarının maxinasiyalarını üzə çıxarıb.

Belə ki, xüsusi karantin rejimi inşaat işlərinin aparılmasına qadağa qoymasa da birdən-birə şəhərin əksər tikinti meydançalarında işlər dayanıb. Baxmayaraq ki, Bakı şəhər İcra Hakimiyyəti tikinti şirkətlərinin işi davam etdirməsinə şərait yaradılacağını bildirib. İnşaat meydançaları işçilərin bir-birlərindən aralı işləməsinə imkan verən iş sahəsidir və burada zəruri sosial məsafə qaydalarına, gigeyena tədbirlərinə riayət etməklə işləmək olardı.

Bəs işlərin dayanmasının səbəbi nədir, tikinti şirkətləri nəyə görə işi davam etdirmirlər? Yoxsa onlar işçilərin qayğısına qalmaqda daha irəli gediblər və iş icazəsinin olmasına baxmayaraq onların koronavirusa yoluxması riskini daha da azaltmaq üçün əməkhaqlarını alıb evlərində oturmasına imkan yaradıblar?

Səbəb isə əlbətdə başqadır, tikinti baronlarından indiki çətin situasiyada bu cür sosial məsuliyyət-işçilərin əmək haqlarını saxlamaqla evlərinə göndərmək kimi təşəbbüs gözləmək sadəlövhlük olardı. Virtualaz.org araşdırıb ki, xüsusi karantin rejiminin elan edilməsindən sonra Bakıdakı tikinti meydançalarının əksəriyyətində işlərin dayanmasının səbəbi əslində tikinti baronlarının maxinasiyalarıdır. Daha doğrusu onların maxinasiyalarının bu rejimdə işə yaramamasıdır.

Gundemxeber.Az 7news.az-a istinadla bildirir ki, xüsusi karantin rejimi tikinti şirkətlrinin qeyri-leqal işçi qüvvəsindən kütləvi istifadəsi faktını üzə çıxarıb. İndiki rejimdə iş icazəsi olan şirkətlər öz əməkdaşlarının adlarını onlarla bağlanmış əmək müqavilələri ilə birlikdə xüsusi icaze.gov.az portalına daxil etməlidir. Və adları portala daxil edilənlər xüsusi icazə ilə təmin edilir və onlar iş yerlərinə gedib-gəlməkdə sərbəstdir.

Tikinti şirkətləri isə çoxsaylı qeyri-leqal işçi çalışdırdıqları üçün təbii ki, əmək müqaviləsi imzalanmadan işə cəlb etdikləri şəxslərin adlarını həmin portala daxil edə və müvafiq icazəni ala bilmirlər. Nəticədə onlar lazım olan sayda işçi qüvvəsini tikinti meydançasına çıxara bilmədiklərini görüb işi dayandırıblar və səbəbi karantin rejimi ilə əsaslandırmağa çalışırlar. Bu səbəbdəndir ki, Bakıda bir çox iri şirkətlər istisna olmaqla çoxları inşaat işlərini dayandırıb və nəticədə minlərlə adam işləmək imkanı olduğu halda evdə oturmalı olub.

Prezident İlham Əliyev həm videokonfrans rejimində keçirdiyi son müşavirədə, həm bir gün əvvəl nazirlər Sahil Babayev və Mikayıl Cabbarovla videokonfrans rejimində keçirdiyi qəbulda bir daha qeyri-leqal işçilər saxlayan, onlarla əmək müqavilələri bağlamayan və nəticədə vergilərdən, sosial ödənişlərdən yayınan sahibkarlar barədə danışıb. Belələrinə bir daha xəbərdarlıq edib və bildirib ki, dövlət indiki çətin dövrdə vergilərdən yayınmaq üçün bu cür maxinasiyalara əl atan sahibkarların "dərsini verəcək”. Prezident eyni zamanda vətəndaşları sahibkarlardan onlarla əmək müqaviləsi bağlamağı tələb etməyə, əmək müqaviləsi olmadan işləməyə məcbur edildikləri halda müvafiq dövlət orqanlarına məlumat verməyə çağırıb.

Axı sahibkarların bu cür qanunsuz əməlləri indiki situasiyada həm də dövlətin xüsusi karantin rejiminə görə işlərini itirməyə məcbur olmuş vətəndaşlara sosial yardım çatdırmasına da mane olur. Dövlət indiki halda əmək müqaviləsi olmadan işləyən və indi işini itirən vətəndaşları "görə bilmir” və nəticədə onlara sosial ödəmələri həyata keçirmək çətinləşir. Belə görünür ki, qeyri-leqal işçi qüvvəsindən geniş istifadə etdikləri bir daha üzə çıxan tikinti baronlarının "dərsinin verilməsi” zamanı çatıb...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda karantin rejimi ləğv edilir? – AÇIQLAMA

    Azərbaycanda karantin rejimi ləğv edilir? – ...

    13-04-2020, 16:39

  • 
  • Ehsan Zahidovdan karantin rejimi ilə bağlı suallara cavab

    Ehsan Zahidovdan karantin rejimi ilə bağlı ...

    24-03-2020, 00:57

  • 
  • Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə alınıb, 79 nəfər sağalıb

    Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə ...

    20-04-2020, 22:00

  • 
  • Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv olunmamalıdır"

    Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv ...

    16-04-2020, 20:59

  • 
  • Karantin günlərində Qax başsız qalıb... - İDDİA

    Karantin günlərində Qax başsız qalıb... - İDDİA ...

    20-04-2020, 10:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
Betbom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu