GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “DİADEM” MMC -yə milyonluq tenderləri kimlər və hansı yollarla qazandırır? - İTTİHAM

“DİADEM” MMC -yə milyonluq tenderləri kimlər və hansı yollarla qazandırır? - İTTİHAM

Tarix: 22-04-2020, 13:05 Bölmə :GündəmXəbər / Manşet Baxış: 882
“DİADEM” MMC -yə milyonluq tenderləri kimlər və hansı yollarla qazandırır? - İTTİHAM


Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaitləri hesabına son bir il ərzində məcburi köçkünlər üçün bir neçə yeni yaşayış massivləri salınıb. Ötən il iyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi,oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksi,dekabrın 28-də isə Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksləri məhz bu qəbildəndir. Qeyd edək ki,məcburi köçkün ailələri üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəllələrinin salınması işləri dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən aparılır və bu gün də davam etdirilir. Elə bu məqsədlə məcburi köçkünlər üçün Abşeron rayonu ərazisində salınacaq yeni yaşayış massivlərinin tikintintisinə fondun elan etdiyi tenderlər üzrə aprelin 15-də müqavilə bağlanılıb. Bağlanmış müqavilə barədə bir qədər sonra.

Qeyd edək ki, 2018-ci ilin noyabrında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyində kadr dəyişiklikləri baş verdi. Fondun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə buna qədər bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. 2015-ci ildə isə doğulduğu torpaqdan Milli Məclisin deputatı seçilən M. Abbaszadənin karyerasındakı növbəti yüksəlişi artıq oxuculara bəllidir. Qeyd edək ki,onun son beş ildə deputatlıq fəaliyyəti də o qədər ürəkaçan olmayıb. Dövrü mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda etimadını qazandığı “seçicilərin” Mahir Abbaszadəni o qədər də yaxşı tanımadıqları görsənməkdədir.Fonda rəhbərliyə gəlincə. Burada da Mahir Abbaszadənin heç bir müstəsna xidmətləri yoxdur.O sədəcə vəzifəsini icra edir. Yəni onun yerinə hər hansı başqa bir şəxs təyin edilsəydi belə, bu işlərin görülməsinə nəzarət etmək onun vəzifə borcudur.

GundemXeber.Az aktualinfo.org-a istinadla bildirir ki, Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə elan etdiyi tenderin qalibi “Diadem”MMC olub. Dövlət qurumu sözügedən MMC ilə yuxarıda göstərilən işlərin həyata keçirilməsi üçün 15 aprel 2020-ci il tarixində 70260430.96 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanmışdır.Müqavilə elanında 9 mərtəbəli binalarda mənzillərin sayı göstərilməsə də”Diadem”MMC hər birini orta hesabla 2 mln 422 min manata başa çatdırıb dövlətə təhvil verməlidir.

Qeyd edək ki,”Diadem”MMC cəmi iki il fəaliyyətə başlamasına baxmayaraq ötən il də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilmiş dövlət sifarişlərini həyata keçirib.Təbii biz bunların hamısını incələmək fikrində deyilik.Sadəcə bir sıra fərqi oxucuların diqqətinə çatdırmaq istəyirik.

Qeyd edək ki,cari ilin təkcə mart ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş bir neçə tenderin qalibi çıxan MMC-nin əldə etdiyi dövlət sifarişlərinin qiymətlərindəki fərq bir az müəmmalı görsənir. 13.03.2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 №-li yaşayış binasının tikintisin satınalması üzrə 2836613.66 manat dəyərində, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 №-li yaşayış binasının tikintisinin satınalması üzrə 2836613.66 manat dəyərində,Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 №-li yaşayış binasının tikintisinin satınalması üzrə isə 3092126.13 manat dəyərində müqavilələr bağlanılmışdır. Amma 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinə isə 70 milyon manat vəsait ayrılıb. Müəmmalı görünən də məhz budur.

Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası 80 milyon manat civarında müqavilələrin bağlanılmasında cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC-nin hansı yüksək,fərqli xüsusiyyətlərinə üstünlük verib? İnternet üzərindən axtarış etdikdə bir çox iri miqyaslı dövlət sifarişlərini həyata keçirmiş şirkətlərdən fərqli olaraq “Diadem”MMC-nin gördüyü işlər barədə məlumatlar çox azdır. Olan məlumatların əksəriyyəti isə bu MMC-nin yüksək vəzifəli məmurlara aid olduğu bildirilir.

2017-ci ilin dekabrında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində MMC kimi dövlət qeydiyyatına alınmış “Diadem” 13.11.2019 cu il tarixdə təşkilati-hüquqi formasını dəyişərək “Diadem” ASC -yə çevrildiyini elan etsə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə tikinti işlərinin aparılması üçün müqaviləni MMC kimi bağlayıb. Qeyd edək ki,”Vergilər” qəzetinin 31 yanvar 2018 ci il tarixli xüsusi buraxılışında şirkətin qanuni təmsilçisi Həmzəyev Həzi Mikayıl oğlu kimi göstərilib. Lakin nazirliyin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda qanuni təmsilçi Bayramov Azər Aslan oğlu olduğu bildirilir. Hər iki şəxsin hüquqi ünvanı Sumqayıt şəhəri,Corat qəsəbəsi məh 71 ev 3 göstərilib Nizamnamə kapitalının cəmi 10 manat olması, qanuni təmsilçilərinin eyni ünvanda fərqli şəxslər tərəfindən yaradıldığının göstərilməsi və üstəgəl yarandığı tarixdən böyük dövlət sifarişləri alması bu MMC ətrafında şübhələri artırmış olur.Ən böyük şübhə isə MMC-nin ancaq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş tenderlərin qalibi olmasıdır. Yəni MMC yarandığı gündən başqa heç bir dövlət sifarişi həyata keçirməyib.Bəs necə olub ki, heç bir böyük layihələrin podratçısı olmayan MMC birdən birə 80 milyon manatlıq layihənin reallaşdırılmasna dövlət sifarişi alıb? O da şübhəsiz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası tərəfindən buraxılan səhvlərin,yaxud da göz yumduqları çatışmamazlıqların sayəsində.

Qısa bir zamanda böyük dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız nəticə vermədi. MMC nin nə qədər işçisi olması, böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün texniki vasitələrin olub,olmaması sual altındadaır. Ən başlıca sual isə bu MMC-nin arxasında dayanan gözəgörünməz gücün kimliyidir.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Diadem”MMC məhz məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulan yeni yaşayış məntəqələrinin salınmasına verilən dövlət sifarişlərindən gəlir götürmək məqsədi ilə yaradılıb. Bunları iddia etməyə şübhələr də kifayət qədərdir. Məlum olduğu kimi, Azərbaycanda bu kimi tikinti işlərini həyata keçirmək iqtidarında olan bir çox iri şirkətlər var.Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası nə üçün maddi-texniki bazası olan şirkətləri deyil, məhz “Diadem” MMC-ni seçib? MMC-nin fond rəhbəri Mahir Abbaszadə ilə bağlılığı varmı? Bizi izləyin.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeronda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

    24-12-2018, 13:09

  • 
  • Məcburi köçkünlər yolu bağladı

    Məcburi köçkünlər yolu bağladı ...

    25-06-2013, 13:14

  • 
  • Göyçayda məcburi köçkünlər yolu bağlayıblar

    Göyçayda məcburi köçkünlər yolu bağlayıblar ...

    17-06-2013, 13:14

  • 
  • Bakıda məcburi köçkünlər aksiya keçirir

    Bakıda məcburi köçkünlər aksiya keçirir ...

    20-08-2013, 15:08

  • 
  • Prezident məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib

    Prezident məcburi köçkünlər üçün salınan yeni ...

    14-11-2014, 21:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu