Bakıda Bakıxanov küçəsində yerləşən Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkün etiraz aksiyası keçirir. Hazırda hadisə yerinə olan əməkdaşımızın sözlərinə görə, məcburi köçkünlərinin aksiya keçirməsinə səbəb qaldıqları yataqxanalardan zorla köçürülmələridir. Əməkdaşımız deyir ki, onlar verilən yeni mənzillərin sahəsinin çox kiçik olduğunu əsas gətirərək, qaldıqları yataqxanadan köçməyəcəklərini bildiriblər. Əraziyə çox sayda polis qüvvələri cəlb olunub. Aksiya keçirən məcburi köçkünlərə müdaxilə edildikdən sonra yaxınlıqdakı yolda nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?