GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hacı İbrahim tikinti biznesini qoyunçuluğa dəyişdi - ekspert “milyonlar var” deyir

Hacı İbrahim tikinti biznesini qoyunçuluğa dəyişdi - ekspert “milyonlar var” deyir

Tarix: 24-04-2020, 09:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 315
Hacı İbrahim tikinti biznesini qoyunçuluğa dəyişdi - ekspert “milyonlar var” deyir


“Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz” – “Xəzər Adaları” utopik layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin sözləridir.

O, bu sözləri 2017-ci ildə oğlunun istifadəsində olan və bank krediti hesabına alınması iddia olunan maşının kreditinin ödənməməsi ilə bağlı suala cavab olaraq demişdi. Həmin vaxt Hacı İbrahimin qoyun-quzudan danışması yersiz görünsə də, bu gün aydın olur ki, bu əbəs deyilmiş.

Vaxtı ikən “Xəzər adaları” layihəsini az qala dünya qəzetlərinin manşetlərinə daşıyan, Türkiyədə məşhur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmenin imperiyası alınmaz qalanı xatırladırdı.

Bir müddət ötdü və məlum oldu ki, “Xəzər adaları” Beynəlxalq Bankdan götürülən astronomik kreditlər hesabına var olmalı imiş. Olmadı, Hacı İbrahimovun özünü də aparıb yarısı dövlətə məxsus olan bankdan alınan kreditləri qaytarmaq öhdəliyini xatırlatdılar. Hacı İbrahim “Xəzər adaları”nı təhvil verməklə on milyonlarla ölçülən kredit öhdəliklərindən canını qurtardı. O vaxtdan öz hücrəsinə çəkilən iş adamından soraq yox idi.

İndi bəlli olur ki, Hacı İbrahim aqrar sektorda da özünü sınamağa qərar verib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Hacı İbrahim qoyunçuluqla məşğuldur, eyni zamanda əkinçiliyə də baş vurub. Hacı İbrahimi aradıq. Onun yeni sahə ilə bağlı planlarını öyrənmək, düşüncələri ilə oxucuları tanış etməyə qərar verdik. Telefon zənglərimiz cavabsız qaldı.

Ümumiyyətlə isə Azərbaycanda aqrar sektorda oliqarxların, nazirlərin bir çoxunun böyük biznesləri var. Qoyunçuluq təsərrüfatları, iribuynuzlu mal-heyvan fermaları, eşşək südü istehsalı, balıqçılıq, arıçılıq, ətlik dəvə, toyuq, dəvəquşu broylerləri, zəli biznesi, əkin-biçin, meyvə bağları və s sahələr məmur-oliqarxların ixtiyarındadır.

Varlıların aqrar sektora meyllənməsinin səbəblərindən danışan kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, son illər bu tendensiya bütün dünyada müşahidə edilir.

“Azərbaycanda da son illər biznesdə olan, biznesin fəlsəfəsini yaxşı mənimsəmiş insanların aqrar sektora investisiya qoyması çox müsbət istiqamətdir. Dövlət başçısı da çıxışlarında daima deyir ki, bu cür insanlar daxili investisiyalara önəm verməlidirlər. Pandemiya dövründə baş verən proseslər də göstərdi ki, biznes sahəsində, iqtisadiyyat sahəsində ən çox özünü doğruldan, aktuallığını artıran, ən çətin dövrlərdə belə insanlara dayaq dura bilən sahə məhz aqrar sektordur. Məhz qida istehsalıdır. Pandemiya bizə çox şeyləri öyrətdi. Onlardan biri də budur ki, hər bir ölkə öz qida təhlükəsizliyinin davamlılığını təmin etməlidir” - deyə, ekspert bildirib.

Ekspert deyir ki, bu mənada vaxtilə tikinti və digər sektorlarda özünü müəyyən nailiyyətləri olmuş şəxslərin aqrar sektora meyllənmələri başadüşüləndir: “Bu sahə getdikcə cəlbediciliyini artırır. Bir neçə il əvvələ qədər bu sahə Azərbaycanda diqqətdən kənar qalmışdı. Uzun illər aqrar sektor hörmətdən düşmüş sahəyə çevrilmişdi. Son illər aqrar sektora qoyulan investisiya, yükün ağırlığını görürük. Bu sahəyə iş adamlarının diqqəti heç şübhəsiz ki, sevindirici haldır. Amma bu gedişat həm də özlüyündə yeni vəzifələr ortaya çıxarır. Aqrar sektora investisiya qoyanlar bunu gözüyumulu, başıpozuq bir proses olaraq gerçəkləşdirməməlidir. Bu sektora gələn adamlar aqrar sahənin ciddi statistik, strateji təhlilini aparmalı, investisiyaları elə istiqamətlər üzrə qoymalıdırlar ki, risk amili ilə üz-üzə qalmasınlar. Aqrar sektorda da investisiyanı bir anın içində itirmək olar”.

Ekspert deyir ki, aqrar sektora yeni qədəm basanlar bu sahənin risk-təhlilini aparmalıdırlar: “Strateji yol xəritələrini müəyyən etsinlər. Hamı qoyunçuluğa maraq göstərib milyonlarla pulu bu sahəyə qoysa, bu heç bir effekt verməyəcək. Bu həm də ölkənin aqrar iqtisadiyyatına ciddi zərbə vura bilər. İnvestorlar gedib insanların dövriyyəsində olan torpaqları bazar qiymətinə alıb orada biznes qursalar, torpağı satan insanların məşğulluq məsələsi ortaya çıxacaq. Ona görə də tarazlı siyasət yürüdülməlidir. İnvestisiya qoyulan bölgənin torpaq-iqlim şəraiti, insanların əmək məşğulluğuna yaxın sahə olması nəzərə alınmalıdır. Ənənəvi heyvandarlıqla məşğul olan Beyləqan rayonunda bölgəyə tanış olmayan sahəni gətirmək həm investisiyanı riskə salar, digər tərəfdən də bütünlükdə rayonun iqtisadiyyatına ziyan vura bilər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər Adaları» layihəsi yarımçıq qala bilər - İki investor şirkət geri çəkilir

    Hacı İbrahim Nehrəmlinin icraçısı olduğu «Xəzər ...

    3-12-2014, 23:04

  • 
  • Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, millət vəkilinə verildi (AÇIQLAMA)

    Hacı İbrahimin “Xəzər adaları” müsadirə olundu, ...

    1-07-2019, 21:19

  • 
  • Hacı İbrahim həbsin astanasında

    Hacı İbrahim həbsin astanasında ...

    23-06-2017, 18:43

  • 
  • ““Xəzər adaları”nın Paşayevlərə aidiyyəti yoxdur”

    ““Xəzər adaları”nın Paşayevlərə aidiyyəti yoxdur” ...

    9-12-2013, 12:10

  • 
  • Hacı İbrahimin utopik “Xəzər adaları”nın yeni mülkiyyətçisi açıqlandı

    Hacı İbrahimin utopik “Xəzər adaları”nın yeni ...

    16-07-2019, 12:34


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu