GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “İcra hakimiyyətinə çox yalvardım” - GİLEY

“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY

Tarix: 24-04-2020, 13:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 715
“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY


Sabirabadın Xəlfəli kəndində qızı və nəvəsi ilə birlikdə yaşayan Əzbikə Qarayevanın problemləri çoxdur.

GundemXeber.Az DİA.AZ-a istinadən xəbər verir ki, yaşadıqları yeri ağızdolusu ev də adlandırmaq olmur. Bura evdən daha çox vaqona bənzəyir. Əzbikə Qarayeva deyir ki, yaşadıqları yeri qohum-qonşunun sayəsində ev halına gətirməyə çalışıblar. Çünki daşınan tikilidir, müvəqqəti sığınacaq xarakteri daşıyır.

“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY


“Dəmiryolu kazarmasında yaşayırdıq, sonra hökumət sökdü. Neçə ay qapılarda qaldıq. Hərə bir söz dedi. Çox çətinliklər gördük. Yaşamağa yerimiz qalmamışdı. Axırda nəvəm atasına zəng elədi ki, küçədə qalmışıq, bizə heç olmasa, “fin evləri”ndən almağa kömək elə. Bu evlər taxtadandı, bir yerdən başqa yerə aparmaq olur”, – qadın köhnə günləri xatırlayır.

Ailə yaşayış vəziyyətini düzəltmək üçün çox çalışıb. Əzbikə Qarayeva danışır ki, hətta Sabirabadın İcra Hakimiyyətinə də gedib.

“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY


“Gedib dərdimizi danışdım. Çox yalvarıb-yaxardım. Axırda icra başçısının müavini gətirib 500 manat verdi. Uşağın atası da kömək elədi, özüm də yemədim, pul yığdım, axır ki, 1500 manata bu evi aldıq. Yer olmalıydı ki, o evi qoyaq, yaşayaq. Amma o yeri tapa bilmədik. Axırda evi qardaşımın həyətinə yerləşdirdik, o vaxtdan da burada yaşayırıq”.

Birotaqlı “ev”də çox əşya gözə dəymir. Çarpayı, dolab, “əldən düşmüş” divan və bir də soba. Əzbikə xanım deyir ki, qışı ordan-burdan odun tapıb qızınmaqla keçiriblər: “Qohum-qonşu qurumuş ağacları verir. Bir zülmlə doğrayıram. Balta vurmaqdan qolum elə ağrıyırdı ki, gecə səhərə qədər yata bilmirdim. Başqa çarə də yoxdur. Hardansa odun qırıb gətirəndə də cərimələyirlər. Bir Allah bilir ki, qışı hansı əziyyətlərlə başa vurduq”.

“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY


Əzbikə Qarayevanın dediyinə görə, kənddə bir çox evə qaz çəkilib, amma onun ailəsinə “yox” cavabı veriblər. Sonradan çox çalışsalar da, təbii qaz problemini həll edə bilməyiblər: “Qaz idarəsindən gələndə qardaşım oğlu dedi ki, bizim üçün də çəksinlər. Eləmədilər. Pulum olmadı deyə, qazım da yoxdu”.

Söhbətimizi dinləyən Əzbikə xanımın qardaşı oğlunun həyat yoldaşı deyir ki, qaz çəkdirəndə ümumilikdə 800 manat xərcləri çıxıb. Dediyinə görə, pulu da kredit götürüb veriblər. Qadın hələ iki il borc ödəyəcəklərini bildirir. Əzbikə xanım bu yerdə deyir ki, onsuz da 800 manata gücləri çatmayacaqdı: “Deyirlər ki, qaz çəkdirmək üçün dövlətə pul ödənilməlidir.

“İcra hakimiyyətinə çox yalvardım” - GİLEY


Ailənin çətinliklə dolandığını hiss etmək çətin deyil. Əzbikə Qarayeva deyir ki, yaşayış yeri düzəltmək üçün götürdüyü kredit hələ də bitməyib, 230 manat pensiyasının bir hissəsini borca ödəyir. Qızı bir neçə il əvvəl boşanıb, xəstə övladı ilə anasına sığınıb. Aliment də almırlarlar. Əzbikə xanımın nəvəsinin əziyyət çəkdiyi xəstəliklər var, bunun da öhdəsindən gəlməyə çalışırlar.

“O 230 manatın bir hissəsi kreditə gedir. Başqa bir nəfər adıma pul götürüb, ödəmədi. Yenə özüm götürsəydim, yandırmazdı. Qalan hissəsi də uşaqın dərmanlarına, yavan çörəyə heç çatmır. Qızım gedib cücə zavodunda ağız açdı ki, onu işə götürsünlər. Canı əl vermir. Amma yenə də gecə qalır orda. Növbəli işin necə ağır olduğunu bilirsiz. Uşaq elə-hey soruşur ki, anam niyə gəlmədi? ”, – Əzbikə Qarayeva qızının çox əziyyət çəkməsindən danışır.

Ailənin vəziyyəti sosial yardım kəsiləndən sonra bir az da ağırlaşıb. Əzbikə xanımın nəvəsinin 9 yaşı tamam olan kimi yardımı dayandırıblar: “Getdim idarəyə. Dedim, axı bütün sənədləri qaydasındadır. Doqquz yaşı var bu uşağın, işləyib qazanc gətirən böyük adam deyil ki! Niyə yardımını kəsirsiz? Belə çətin vaxtda bunsuz necə yaşayaq? Ümumiyyətlə, pulsuz necə yaşamaq olar?”.

Ailənin vəziyyəti sosial yardım kəsiləndən sonra bir az da ağırlaşıb.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq'

    'Başımıza uçan evdən çıxarıldıq, küçədə qaldıq' ...

    28-02-2017, 23:33

  • 
  • Aparıcı Ülvira Qarayeva döyüldümü? - FOTO FAKT

    Aparıcı Ülvira Qarayeva döyüldümü? - FOTO FAKT ...

    3-11-2014, 22:19

  • 
  • Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi

    Yasamal İcra Hakimiyyətinə də xanım müavin gəldi ...

    7-01-2014, 16:51

  • 
  • "Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciətlər etmişəm..." - GİLEY

    "Dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə ...

    6-05-2019, 14:00

  • 
  • Muğanda qazı olanın bir, olmayanın iki dərdi var...

    Muğanda qazı olanın bir, olmayanın iki dərdi ...

    15-02-2017, 00:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu