Passiv VÖEN-ə görə yardımın verilməməsinin hüquqi əsası yoxdur.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, "passiv VÖEN-ə görə yardımın verilməməsinin hüquqi əsası yoxdur". Əslində düz deyib, amma gec deyib. Bu fikri vaxtında dəfələrlə desək də diqqət edən olmadır. Yalnız əhali kütləvi surətdə VÖEN-lərini bağlamağa müraciət edəndən sonra İqtisadiyyat Nazirliyi narahat olub işə qarışdı, çünki, VÖEN bağlanması məşğulluğun azalması, işsizliyin artması demək idi. Bu gün İN müavini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini görüşüb və başığa çıxartdığım açıqlama verdi. Amma çox gecdir, çünki müvəqqəti fəaliyyəti dayandırılmış, yəni passiv VÖEN-ləri olan on minlərlə şəxs ƏƏSMN-ə imtina cavabı alıb. Hazırda ƏƏSMN həmin şəxslərin yenidən müraciət hüquqlarını belə tanınmır, yalnış imtina alanlar şikayətlərini nə telefonla, nə də internet üzərindən ƏƏSMN-ə təqdim edə bilmirlər. İdarəçilik bərbad vəziyyətdədir. Bir sözlə, adında əhali sözü olan yeganə nazirlik olsa da əhalinin sosial durumu onları qayğılandırmır. Bu nazirlikdə şikayətçiləri dinləyən bir nəfər də tapılmır. Onun başıca səbəbi idarəetmədirsə, digər səbəbi də nazirlik, məşğulluq mərkəzi və sosial müdafiə mərkəzlərinin işçilərinin əmək haqlarının çox aşağı olmasıdır. Gördükləri işlər yalnız 190 manata görə maksimum imtina yazmaq və şikayətləri dinləməmək və ya inkar etmək üzərində qurulub. Hələ indiyədək də qanunsuz olaraq imtina alanlar hara və necə müraciət edəcəklərini bilmirlər. Odur ki, ƏƏSMN bununla bağlı açıqlama verməlidir. Yeri gəlmişkən, bundan əlavə işsizlərin narahat edən əsas problemlərdən biri də adına torpar mülkiyyəti olduğuna görə imtina cavab almasıdır. Halbuki belə mülkiyyətçilər üçün pay torpağı nəinki qazanc, əlavə xərcdir. Odur ki, təklif edirəm ki, Kənd Təsərrüfatı Nazirinin müavini də ƏƏSMN müavini ilə görüşüb bu məsələni müzakirə etsin. Yekun olaraq, VÖEN probleminin ictimailəşməsində iştirakl olan hər kəsə minnətdaram. Unutmayaq ki, problemi ictimailəşdirməsək, həllinə nail ola bilməyəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?