Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri (ƏƏSMN) Səlim Müslümovun barəsindən hüquqi araşdırmaların başlandığı haqda informasiya vermişdik. Qeyd edək ki, yeni ƏƏSMN rəhbəri Sahil Babayev də son açıqlamasında sosial yardımın verilməsi, əlilliyin müəyyən olunması və digər bu kimi fəaliyyətlərdə yol verilən nöqsanlarla bağlı araşdırmaların vacibliyindən danışmışdı. Eyni zamanda Milli Məclisin son iclasında da Səlim Müslümovun köhnə fəaliyyəti müzakirə mövzusu oldu.
Bütün bunları diqqətə gətirən məlumatlı mənbə bildirir ki, əslində baş verənlər, deyilənlər səbəbsiz deyil və yaxın günlərdə Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin bir neçə müvafiq maddəsi ilə cinayət işi açıla bilər.
Mənbənin dia.az-a söylədikləri: "Səlim Müslümov çox çətin vəziyyətdədir. Konkret həbsinə hesblanmış proses gedir. O zənn edir ki, Eldar Mahmudova dəymədilər, ona da dəyməyəcəklər. Amma yanılır. Vəziyyəti düşündüyündən də gərgindir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?