Burada gùndəlik çòrək pulu qazanan insanları ac qoymaq ùçùn əməllicə iş gedir.
''Peraval''da yol qırağı fəaliyyət gòstərən kafeləri və pavilyonları dağıdırlar. Min bir əzab-əziyyətlə ərsəyə gətirilən bu iaşə obyektlərində yùzlərlə insan evinə, ailəsinə çòrək aparır.
Karantin dòvŕù olmasına baxayaraq ( gòrən karantin qaydaları bunlara aid deyilmiş) bir qrup rəsmi şəxslər əllərində kuvalt, lom dùşùblər kasıb insanların ərsəyə gətirdikləri tiklilərin ùstùnə. 20-30 ilə başa gətirilən kafe kòşkləri 1 saatın içərisində yerlə-yeksan etdildi.
Bir neçə il bundan öncə də belə bir addım atmaq istəmişdilər. ''Pereval''da sùrùşmə adı altında ''təmizləmə'' işləri gòrmək planı var idi. Amma sonradan yol təmir işləri və kəskin dòngələri hamarlayıb, kòşklərə toxunmadılar.
Indi Ağsu dolayında nə baş verir? Əgər sùrùşmədirsə, nədən orada fəliyyət gòstərən iri məmurlara məxsus restoranlar sòkùlmür? Sökülmə prosesi həyata keçirilirsə, bu söküntü əməliyyatı hərkəsə şamil olunmalıdır. Bəllidir ki, ''peraval''da fùsunkar mənzərəyə malik olan və dağıdılmayan obyektlər daha iri ranqlı məmurlara məxsusdur.
Gòrùnən odur ki, burada məmurların özbaşınalığı və təzyiqi əsasında işsizlər ordusu yaradılır. Bu da insanların ac-yalavac qalmasına səbəb olur. Eyni zamanda üç rayonun, Ağsu, Şamaxı və Ismayıllı vətəndaşlarına zülüm edilir. Bu da sosial narazılığın yaranmasına səbəb olur.
Sahibkarlar bildirilər ki, bizə məxsus olan köşkləri söküb yerində müasir standartlara cavab verən tikili ortaya qoysalar yaxşı olar. Yada ki, kompensasiya ödəsinlər. Bu məmləkətdə bütün bəlalar yazıq camaatın başına gəlir desək yanılmarıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?