GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

Tarix: 8-05-2020, 12:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 902
Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES


Deputat Vahid Əhmədov zamanında dövlət satınalmaları ilə bağlı narahatlığını belə bildirmişdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".

Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.

“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.

Hörmətli Vahid Əhmədovdan sitatımız səbəbsiz deyil... Bugünlərdə yenixeber.org-a Vahid müəllimin Milli Məclisdə təmsilçisi olduğu rayondan, daha dəqiq desək, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Quba Suvarma Sistemləri İdarəsində büdcə vəsaitinin xərclənməsi ilə bağlı maraqlı məlumatlar daxil olub. Məlumata görə Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə elan etdiyi tenderin qalibi Mirzəyev Ceyhun Seyidağa oğlu olub. Ötən ayın 20-də tərəflər arasında müvafiq olaraq üç müqavilə bağlanıb: 1) Dəyəri 297506 manat olan cari təmir üzrə mal-material alınması üçün. 2) Dəyəri 149251 manat olan nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınması üçün. 3) Dəyəri 165436 manat olan əsaslı təmir-tikinti üçün mal-material alınması üçün.

Göründüyü kimi, bir yerli idarə üçün heç də xırda məbləğ deyil. Olsun, görünür Quba Suvarma Sistemləri İdarəsinin yerli fermerlərə xidməti üçün bu alqı-satqılar vacibdir. Amma, söhbət dövlət vəsaitinin xərclənməsindən gedirsə şəffaflıq, cəmiyyətə açıqlıq da vacibdir. Unutmayaq ki, son zamanlar ən yüksək səviyyədə korrupsiya, rüşvətxorluq və dövlət vəsaitinin mənimsənilməsinə qarşı mübarizəyə şahidlik edirik. Son zamanlar serial şəkilini alan məmur həbsləri də siyasi hakimiyyətin iradəsinin inkaredilməz nümunələrindəndir. Dünyada, eləcə də Azərbaycanda mövcud maliyyə-iqtisadi durum problemin aktuallığını stimullaşdıran başlıca faktordur.

Büdcə vəsaitinin mənimsənilməsi isə bir qayda olaraq müxtəlif adlı tenderlərdən keçir... Hansı ki, ekspertlər də, media da bu tenderlərdəki müəmmaları dəfələrlə şərh edib, ictiamiləşdirib.

Quba Suvarma Sistemləri İdarəsinin bu məbləğdə dövlət vəsaitini hansısa bir fiziki şəxsə etibar etməsi bir sıra suallara yol açır. Axı bu sahədə illərlə təcrübəsi, potensialı olan ixtisaslaşmış şirkətlər də yox deyil...

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan tərəfin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olanın analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Bəs Quba Suvarma Sistemləri İdarəsinin üç lot üzrə müqavilə bağlayıb, dövlət vəsaitini etibar etdiyi Mirzəyev Ceyhun Seyidağa oğlu gərəkən tələbləri qarşılamağa nə dərəcədə hazırdır?

Biz də bu və digər suallara cavab almaq səbəbindən hörmətli Mirzəyev Ceyhun Seyidağa oğlu ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olub, heç də az olmayan dövlət vəsaitinə iddialı bir şəxs haqqında internet üzərindən axtarış cəhdlərimiz nəticəsiz oldu. Heç bir əlaqə vasitəsinə rast ola bilmədik(?)

İnternet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şəxslə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirmək istəyi ilə 16 gün əvvəl-aprelin 23-də- Quba Suvarma Sistemləri İdarəsinin rəisi cənab Nazir Dadaşova online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə sorğumuza cavab ala bilmədik. Telefon cəhdlərimiz də nəticəsiz oldu...

Məlum qayda və prinsiplərə uyğun olaraq Nazir Dadaşova ünvanladığımız sorğunun cavabsız qalması bu məbləğdə dövlət vəsaitinin hansısa bir fiziki şəxsə etibar edilməsi ilə bağlı sıralanan sualların sayını artırmış oldu. Şübhə etmirik ki, cənab Dadaşov da dövlət vəsaitinin xərclənməsində şəffaflığın təmin olunmasını və cəmiyyətə hesabat verməyə borclu olduğunu bilməmiş deyil...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Salyanın baş həkimi dövlətin pulunu belə xərcləyir – MÜƏMMA

    Salyanın baş həkimi dövlətin pulunu belə ...

    29-10-2019, 15:17

  • 
  • Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə “yuyulub içilir”-NONSES

    Makarenko adına Gimnaziyada dövlət vəsaiti belə ...

    7-02-2020, 15:20

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

    Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə ...

    9-01-2014, 16:50

  • 
  • Quba Suvarma Sistemləri İdarəsində korrupsiya

    Quba Suvarma Sistemləri İdarəsində korrupsiya ...

    6-08-2013, 16:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu