GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...

Tarix: 9-01-2014, 16:50 Bölmə :Manşet Baxış: 1 680
Əhməd Əhmədzadə Belarusdan 88 ekskavatoru necə aldı...
“Meliorasiya və Su Təsərrüfatı” ASC və onun regional idarələri 2014-cü ilin büdcəsini xərcləmək üçün çox saylı tenderlər elan edib

Belarusun yol-tikinti texnikasının istehsalı ilə məşğul olan “Amkodor” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 88 yükləyici ekskavatorun satılmasına dair müqavilə bağlayıb.

Virtualaz.org saytı bu barədə Belarus mənbələrinə istinadən xəbər verir.

Şirkətdən yayılan açıqlamada deyilir ki, “Amkodor” Azərbaycanda “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən keçiriləntenderdə qalib gəlib və tenderin şərtlərinə görə bu ilin sonuna qədər ASC-yə 88 yükləyici ekskavatorun çatdırılmasını təmin etməlidir.

Müqavilənin şərtləri, ekskavatorların qiyməti və digər məlumatlar gösərilmir. Lakin “Amkodor” holdinqi bildirir ki, Azərbaycana satacağı ekskavatorlara qarantiya xidmətinin göstərilməsi və ehtiyat hissələri ilə təmin edilməsi, habelə bu texnikadan istifadə qaydalarının öyrədilməsi üçün “Amkodor-Bakı” birgə müəssisəsini yaradır.

Müəssisədə Belarus şirkətinin ortağı “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC Azərbaycanda hər il büdcədən ən yağlı tikələrdən birini qopardan strukturlardan biridir. Son illər ASC xaricdən intensiv şəkildə maşın və traktor texnikası alaraq öz texnika parkını yeniləyir. 2012-ci ildə Ukraynanın “DONEKS” şirkəti tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 16 ədəd ekskavator və onlara aid əlavə qurğular satılıb.

Dövlət Satınalmaları Agentliyinin rəsmi saytında (tender.gov.az) göstərilir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC 2014-cü ilin dövlət büdcəsindən bu struktura ayrılmış və saiti xərcləmək üçün çoxsaylı tenderlər elan edib. Belə tender elanlarından birində yazıldığına görə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi Nəqliyyat vasitələri, torpaqqazan maşın-mexanizm, nasos-güc avadanlıqlarının, ehtiyat hissələrinin, sarğı naqillərinin, güc kabellərinin və yumşaq inventarların alınması üçün müsabiqə elan edib.

Digər müsabiqə elanı isə Nəqliyyat vasitələri, torpaqqazan maşın-mexanizm, nasos-güc avadanlıqlarının, ehtiyat hissələrinin, sarğı naqillərinin, güc kabellərinin və yumşaq inventarların, yəni mebellərin alınması üçündür.

Ümumiyyətlə, tender.gov.az saytından məlum olur ki, dekabr ayında ən çox tender elanı verən dövlət strukturu “Meliorasiya və Su Təsərrüfatı” ASC-dir. Bu strukturun həm mərkəzi, həm regional idarələri tikinti materiallarından tutumuş texnika üçün ehtiyat hissələrinin alınmasına dair çoxsaylı müsabiqə elanları verib. Məsələn, ASC-nin regional müəssisələrindən Xaçmaz Suvarma Sistemləri İdarəsi mal-material və ehtiyat hissələri, Oğuz Suvarma Sistemləri İdarəsi tikinti materiallarının və ehtiyat hissələrinin satınalınması, Azərbaycan “Melioarasiya və Su Təsərrüfatı” ASC-nin Pirəzə Mexaniki Suvarma İdarəsi mal-material, ehtiyat hissələri və əsaslı təmir işlərinin aparılması, Şəki Suvarma Sistemləri İdarəsi 2014-cü ildə istismar tədbirləri üçün mal və materialların satınalınması və xidmətlərin yerinə yetirilməsi, Sabirabad Meliorasiya İdarəsi əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi üçün mal-materialların ehtiyat hissələrinin alınması və iş xidmətlərinin görülməsi üçün tender elanları veriblər.

Faktiki olaraq ASC-nin tərkibindəki bütün idarələr belə elanlar verib.

Doğrudanmı keçmiş birinci katib yoldaş Əhməd Əhmədzadənin rəhbərlik etdiyi ASC bu dərəcədə şəffaf işləyir və ən xırda işləri də müsabiqədənkənar görmür? Bu tenderlər əslində formal xarakter daşımır ki? Yaxud elan edilmiş tenderlərin qalibləri yoldaş Əhmədzadənin öz adamları olmayacaq ki?

Əhmədzadənin necə işlədiyi 2010-cu ilin Kür daşqınları zamanı bütün çılpaqlığı ilə üzə çıxmışdı və məlum olmuşdu ki, illərdir onun başçılıq etdiyi struktura ayrılmış milyardlarla manat büdcə vəsaitlərinə baxmayaraq sahilbərkitmə, meliorasiya işləri bərbad vəziyyətdədir. O vaxtdan etibarən Əhmədzadənin ASC-nə dövlət büdcəsinin investisiya xərclərindən hər il yüz milyonlarla manat ayrılır. Məsələn, 2013-cü ildə “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə ayrılmış investisiya xərcləri 300 milyon manata yaxın idi. 2014-cü il üçün dövlət büdcəsinin investisiya xərclərində bu struktura nə qədər pay düşəcəyinə dair məlumat yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova verildi

    Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova ...

    11-10-2013, 15:36

  • 
  • Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu bitirir

    Heydər Əsədov Əhməd Əhmədzadə ilə Qərib Məmmədovu ...

    13-10-2014, 16:26

  • 
  • Əhməd Əhmədzadə ifşa olunur

    Əhməd Əhmədzadə ifşa olunur ...

    5-03-2013, 10:34

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu