GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müdafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində nələr baş verir? – ŞOK FAKTLAR

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində nələr baş verir? – ŞOK FAKTLAR

Tarix: 10-05-2020, 10:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 759
Müdafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində nələr baş verir? – ŞOK FAKTLAR


Və ya mülki şəxs polkovnikləri ordudan necə uzaqlaşdırdı?

Azərbaycanın Silahlı Qüvvələri dövlətimizin onurğa sütunudur. Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzda aparılan islahatlar yalnız onu deməyə əsas verir ki, biz düşmən üzərində qələbə qazanmağa həmişə hazırıq. Lakin ordumuz nə qədər qapalı olsa da, son illərdə həm silahlanma, həm də təminat baxımından nə qədər inkişaf olsa da, milli maraqlarımıza, ordumuza zərbə vurmaq istəyində olan xain xislətli insanlar çirkin niyyətlərini həyata keçirmək üçün hansısa yollarla ordu sıralarına qəbul olmağı bacarırlar.

GundemXeber.Az bildirir ki, bu barədə cumhuriyyet.az-ın söhbət açacağı şəxs də Azərbaycan Ordusuna qənim kəsilənlərdən biri olub. Hansı niyyətlə Silahlı Qüvvələrə qəbul olunmağına özünüz qiymət verəcəksiniz. İçlərində polkovniklər də daxil olmaqla vicdanlı zabitləri şərləyərək, ordudan uzaqlaşdıran bu mülki şəxs haqqındakı faktları siz oxuyun:

“2015 ci ilin sentyabrında Mudafiə Nazirinin Maddi Texniki Təminat üzrə müavini – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi dəyişdirildikdən 3 gün sonra orada Azad Salamov adında polkovnik-leytenant peyda olur və bu adam peyda olduqdan 3 ay sonra da müəmmalı gəlişi kimi, müəmmalı da gedişi olub və yoxa çıxıb. Lakin ordudan getdikdə Müdafiə Nazirinin “Zabit və gizirlərin dərəcələnməsi haqqında” əmrinə zidd və həm də saxta olaraq 1 ay geri tarixə (2016-cı ilin yanvar ayı olmasına baxmayaraq, 2015-ci ilin dekabr ayına sənədləşdirməklə) “1-ci” və “usta” dərəcələri alması əmrini nazir muavini general Fuad Məmmədova imzalatdırmış və elə o zamandan da dövlət büdcəsinə hər ay 500 manat ziyan vurmaqla pensiyasını saxtakarlıqla artırmışdır. Bununla bağlı daxil olan məlumatda daha sonra qeyd olunur ki, müəyyən vaxt keçdikdən sonra ordudan tərxis olunmuş Azad Salamov yenidən Müdafiə Nazirliyinin Maddi Texniki Baş İdarəsində peyda olur: “Azad Salamov dövlətdən yüksək pensiya almasına baxmayaraq (müəyyən hissəsi saxta sənədlərlə artırılmış) general Fuad Məmmədov onu zabit vəzifəsində mülki şəxs kimi oturtmuşdur. Halbuki bu sərəncama imza atan nazir müavini Fuad Məmmədov özü də illər öncə zəif xarakterli və xidməti vəzifələrinin öhdəsindən gələ bilmədiyinə görə xəbərdarlıq almış, buna görə hətta iki dəfə rütbəsi də alınmışdır.

Azad Salamovun ora təyinat aldığı gündən 30 aprel 2020-ci il tarixinə kimi Silahlı Qüvvələrimizdə illərlə hazırlanmış, peşəkar ixtisaslı zabitlərimiz xidmət müddətlərinin bitməsinə 7-10 il qalmasına baxmayaraq, polkovnik və polkovnik- leytenant rütbələrində ordudan uzaqlaşdırılıblar. Azad Salamovun fitnə-fəsadı ilə razılaşdırılmış Fuad Məmmədovun istəyi hərbi məktəbin yetirmələri olan ən istedadlı zabitlərimizin karyerasını məhv elədi, onların Vətənə, ordumuza verəcəyı töhvələri darmadağın etdi.”- deyə redaksiyamıza daxil olan məlumatda bildirilr.

Məlumatda o da qeyd olunur ki, Mudafiə Nazirliyinin Maddi Texniki Təminat baş idarəsində təkcə 2018-2019-cu illərdə beş nəfər polkovnik və ondan dəfələrlə çox polkovnik-leytenant, mayor və başqa rütbələrdə zabitlərimiz Azərbaycan Ordusundan uzaqlaşdırılmışdır. Beləliklə məlumatda bildirilir: “Yersiz və həqiqətə uyğun olmayan səbəblərlə tərxis olunan zabitlərin yerinə Azad Salamovun “aradüzəldənliyi” və Fuad Məmmədovun “xeyir-duası” ilə təqdimatı verilən savadsız, xaraktercə zəif zabitlər təyin olunur. Azad Salamov yalnız ona müticəsinə tabe olanların təqdimatını hazırlayıb Fuad Məmmədova ötürüb. Müdafiə Nazirliyinin Avtomobil texnikalarının istismarı haqqında müvafiq əmrinin tələbləri də polkovniklərə “tələ quran” mülki şəxs tərəfindən dəfələrlə pozulub. Mülki şəxs olan Azad Salamova “xidməti” maşın ayrılmış, sürücü təyin olunmuş və bu azmış kimi başqa bir MAXE xidmətdən yayındırılaraq şəxsi maşını ilə birgə Azad Salamavun Xırdalanda yerləşən evinin qapısında əmrə müntəzir saxlanılmışdır.”-deyə məlumatda qeyd olunur.

“Maddi Texniki Təminat Baş İdarəsində söz sahibinə çevrilərək, idarəçiliyi əlinə almış və əksəriyyət tərəfindən “xain” ayaması ilə tanınmış Azad Salamov nə qədər mənfur əməllərlə məşğul olsa da, əlahəzrət ədalətin qılıncından qaça bilmədi və bu yaxınlarda qanunlarımızın aliliyi onu da tapdı. Azad Salamovun naqis əməlləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsini daşımış Məhərrəm Əliyev və Müdafiə Naziri Zakir Həsənova da çatdı. Ordumuzda belə bir saxtakar işlərlə məşğul olan şəxs “Qanun naminə” filmindəki “Qaloş” obrazını xatırlatdı lap. Silahlı Qüvvələrimizə altdan-altdan soxulmuş bu adam ifşa olunaraq və dərhal da haqqında araşdırma təyin edilərək işdən qovuldu.”-deyə redaksiyamızı məlumatlandıran mənbə bunları qeyd edib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan ...

    3-12-2019, 10:35

  • 
  • Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan ...

    1-11-2017, 18:22

  • 
  • İlham Əliyev “Ali Baş Komandan, cavab ver bizə” şüarına reaksiya verdi

    İlham Əliyev “Ali Baş Komandan, cavab ver bizə” ...

    17-01-2013, 11:18

  • 
  • Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan ...

    1-11-2019, 10:57

  • 
  • “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib

    “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ...

    16-12-2017, 15:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (137)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu