GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının müəmmalı tenderləri – Araşdırma

Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının müəmmalı tenderləri – Araşdırma

Tarix: 11-05-2020, 17:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 509
Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının müəmmalı tenderləri – Araşdırma


Horadiz qəsəbəsi hazırda ərazisinin böyük hissəsi işğal altında olan Füzuli rayonunun inzibati mərkəzidir.

1994-cü ilin yanvar ayında eməni işğalından azad olunan Horadiz qəsəbəsində indiyədək Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb.



2016-cı ildə Horadiz qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb. Lakin dövlət büdcəsindən qəsəbənin abadlıq-quruculuq işlərinə ayrılan vəsaitlər bununla yekunlaşmır. Belə ki, hər il Füzuli rayon İcra Hakimiyyəti və Füzuli rayon Kommunal Müəssisələr Kombinatı çoxsaylı satınalmalar həyata keçirir.

Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Kommunal Müəssisələr Kombinatının sifarişçi olduğu satınalmalarda “sair xərclər”, “müxtəlif mal-materialın alınması” lotları ilə yanaşı, “abadlıq işlərinin görülməsi, “yolların təmiri” kimi smetasına görə iri tenderlər yer alır.

Füzuli rayon İcra Hakimiyyətinin və Kommunal Müəssisələr Kombinatının sifarişçi olduqları tenderlərdə bpyük vəsaitlər xərclənən sahələrdən biri də Horadiz qəsəbəsində yerləşən Bayraq meydanıdır.

Ancaq maraqlıdır ki, İcra Hakimiyyətinin istər rayonun ərazisində, istərsə də Bayraq meydanında abadlıq-quruculuq, təmir-tikinti işləri lotları üzrə sifarişçi olduğu şirkətlərin böyük əksəriyyəti qeyr-şəffaf fəaliyyət göstərən, formalnı nizamnamə kapitalı olan şirkətlərdir.

Füzuli rayon İcra Hakimiyyətinin müxtəlif lotlar üzrə sifarişçi olduğu tenderlərdə qalib olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) bəzilərinin hüquqi ünvanlarının eyni olması isə ciddi şübhələrə yol açır.

Füzuli rayon İcra Hakimiyyətinin üç lot üzrə, Füzuli rayon Kommunal Müəssisələr Kombinatının isə bir lot sifarişçi olduğu 729.690 (yeddi yüz otuz dörd min altı yüz doxsan) manatlıq satınalmalar üzərində araşdırma aparıb.

Öncə qeyd edək ki, 2020-ci ilin aprel ayının 17-də Füzuli rayon İcra Hakimiyyəti 3 tenderə yekun vurub: “Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri” lotu üzrə tenderin (199.326 manat) qalibi “ÇİNAR-N” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri” lotu üzrə tenderin (199.221 manat) qalibi “XƏMSƏ-M.X” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Sair xərclər” lotu üzrə tenderin (140.143) qalibi isə “AĞÇALA-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Füzuli rayon Kommunal Müəssisələr Kombinatının “Füzuli rayon Kommunal Müəssisələr Kombinatına müxtəlif adda mal-materialın satın alınması” lotu üzrə keçirdiyi 191.000 manat məbləğində tenderin qalibi isə “QədımYURD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Füzuli rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərin qalibi olan şirkətlərin hüquqi ünvanları eynidir.

“Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri” lotu üzrə tenderin (199.326 manat) qalibi “ÇİNAR-N” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin – 2020-ci ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınıb.

10 manat nizamnamə kapitalı olan “ÇİNAR-N” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə 1959-cu il təvəllüdlü Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

“Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri” lotu üzrə tenderin (199.221 manat) qalibi “XƏMSƏ-M.X” Məhdud Məsuliyyətli Cəmiyyəti də 2020-ci ilin fevral ayının 13-də təsis edilib.

20 manat nizamnamə kapitalı olan “XƏMSƏ-M.X” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.

Füzuli rayon İcra Hakimiyyətinin “Sair xərclər” lotu üzrə tenderinin (140.143) qalibi “AĞÇALA-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti də 2020-ci ilin fevral ayının 27-də reyestrdə qeydiyyatdan keçib.

“AĞÇALA-LM” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95, nizamnamə kapitalı isə 20 manatdır.

Şirkətin qanuni təmsilçisi 1984-cü il təvəllüdlü Bayramov Emin Elşad oğludur.

Füzuli rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərin qalibi olan şirkətlərin hamısı eyni “statusdadır”: Maddi-texniki baza, işçi sayı, müvafiq qurumlardan tələb olunan lisenziya və sertifikatlar barədə heç bir məlumat verilmir!

Yuxarıdakı məlumatdan göründüyü kimi, Füzuli rayon İcra Hakimiyyətinin eyni gündə yekun vurduğu iki tenderin qalibi olan iki şirkət – “XƏMSƏ-M.X” MMC və “ÇİNAR-N” MMC-lərin hüququ ünvani eynidir – Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131.
İlginc məqam Füzuli rayon İcra Hakimiyyətinin “Sair xərclər” lotu üzrə tenderinin (140.143) qalibi “AĞÇALA-LM” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanl ilə, Füzuli rayon Kommunal Müəssisələr Kombinatına “müxtəlif adda mal-materialın satın alınması” (191.000 manat) lotu üzrə tenderin qalibi olan “QədımYURD” MMC-nin hüquqi ünvanının eyni olmasıdır – Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95!

Qlobal.az Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Kommunal Müəssisələr Kombinatının sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin eyni hüquqi ünvanda olmalarının təsadüf olub-olmaması ilə bağlı Füzuli rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışdı. İcra Hakimiyyəti məsələyə münasibət bildirmədi.

Ölkədə keçirilən tenderlər barədə yerli mətbuatda yazılanlara diqqət etdikdə isə eyni ayda, eyni ildə təsis edilən, eyni hüquqi ünvanda “fəaliyyət” göstərən şirkətlərin eyni gündə eyni qurumun tenderlərinin qalibi olmasının təsadüf olmağıdı ortaya çıxır.
Alatavadan Füzuliyə uzanan “yol”: icra başçısının müəmmalı tenderləri – Araşdırma

Hələ ötən il «Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərov dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin nağdlaşdırma məqsədi ilə keçirildiyini, sifarişçi olduqları tenderlərin 50%, bəzən isə hətta 70-80% «otkat» formasında geri alındığını bildirmişdi.

Dövlət Təhlükəsizlik Xidmətinin may ayının 6-da İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına “otkad” formasında verdiyini deyirdi.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat ayrılıb

    Cəlilabadda abadlıq-quruculuq işlərinin davam ...

    4-09-2017, 18:04

  • 
  • Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat ayrılıb - SƏRƏNCAM

    Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat ...

    4-03-2019, 13:14

  • 
  • Prezidentdən Tərtərlə bağlı sərəncam

    Prezidentdən Tərtərlə bağlı sərəncam ...

    29-11-2017, 18:37

  • 
  • Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 milyon manat ayırdı

    Prezident İlham Əliyev ehtiyat fondundan 5.5 ...

    4-05-2016, 00:53

  • 
  • Cəbhə xəttinə diqqət

    Cəbhə xəttinə diqqət ...

    30-04-2013, 21:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu