Vilyamın pul anbarında eni-uzunu 3-3,5 milyon dollar olardı, ya olmazdı. Bunu DTX aşkara çıxardı və bizə göstərdi.
Mən isə iki ildir başqa bir icra başçısının bundan ən azı 2 dəfə artıq, 10 milyon dollara yaxın sərvət əldə etdiyini sənəd-sübutlarla cəmiyyətə, həm də hüquq-mühafizə orqanlarına göstərmişəm. Amma...
Qara maskam yoxdur deyə sözüm keçmir. Elə çıxır ki, Vilinin 3 milyonu puldur, Ziyəddinin 10 milyonu konfet kağızıdır. Doğrudanmı Ziyəddinin pulu halaldır, Vilininki haram? Vili yenə heç olmasa pulları İcra hakimiyyətində və ya evində saxlayırdı. Zeyno isə xaricə daşıyıb. Vilidən fərqli olaraq Zeynonun 3 xarici ölkədə - Çexiya, Avstriya və Ukraynada 8 şirkəti var. 7 milyon avro Zeynonun təkcə Ukraynadakı asfalt zavoduna qoyduğu sərmayədir ki, bu faktı Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi rəsmi təsdiq edib.
Qısası, hərəsi bir yolla talayıb. Biri vəhşicəsinə, biri görməmişcəsinə... Talançılığın yolu çox, əndazəsi yox (hələ bu günlərdə mədəniyyətli talanın da şahidi olduq). Baxır kimin adamısan...
P.S. Zeyno (Ziyəddin Əliyev) Quba rayon İcra Hakimiyyətinin başçısıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?