Ötən sutka ərzində artıq üçüncü dəfədir ki, Kiyevdəki Rusiya səfirliyi hücuma məruz qalır.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bir müddət səfirliyi yumurta atəşinə tutan nümayişçilər sonradan binaya tərəf daş atmağa başlayıblar.
«Səfirlik binasına daşlar atılır. Bunun nəticəsində pəncərələrin şüşələri və kameralar sınıb», - bunu TASS agentliyinə səfirliyin mətbuat katibi Oleq Qrişin deyib.
Məlumata görə, nümayişçilərdən biri səfirliyin ərazisinə daxil olmağa cəhd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?