GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sahil Mühafizə xidməti ilə bağlı ŞOK FAKTLAR - İLGİNC

Sahil Mühafizə xidməti ilə bağlı ŞOK FAKTLAR - İLGİNC

Tarix: 14-05-2020, 20:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 961
Sahil Mühafizə xidməti ilə bağlı ŞOK FAKTLAR - İLGİNC


Dövlət Təhükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin saxlanıldığı ilə bağlı məlumat verildi. Həbs olunan DSX əmkdaşları sözügedən rayonlarda olan hərbi hissə komandirləridir.

Hazırda bu şəxslərlə əlbir işləyən, dənizçilərdən pul toplayıb DSX-nın zastava komandirlərinə verən şəxslərin və balıqçıların dindirilməsi davam etdirilir.

DSX-nın Sahil Mühafizə idarələri rəislərinin bu iyrənc əməlləri barədə illərdir mətuatda müxtəlif formalı məlumatlar yer alıb. Amma son günlərə kimi bu barədə heç bir araşdırma aparılmayıb. Əslində nə baş verib və Sahil Mühafizə idarələri rəisləri hansı qanuna zidd əməllərlə məşğul olublar?

Ötən gün həbs olunan şəxslərin və bu istiqamətdə illərdir baş verən qanunazidd əməllərinin bütün incəlikləri ilə bağlı ətraflı bilgilər var.

Əslində necə olmalıdır?

Qaydalara görə, Sahil Mühafizə Xidməti əməkdaşları dənizin sahil mühafizəsi ilə məşğuldur. Yəni, onlar dənizə - balıq tutmaq, istirahət etmək üçün rəsmi qayıqlarla girən şəxslərə nəzarət mexanizmini həyata keçirir. Bu şəxslər qayıqla dənizə girərkən və ya çıxarkən baxış həyata keçrir. Adından da göründüyü kimi, bu DSX əməkdaşlarının işi dəniz yolu ilə ölkəmizə gətirilən və ya ölkəmizdən çıxarılan qanuna zidd halların qarşısını almaqdır.

Qanuni qayda belədir...

Dənizə qayıqla girmək istəyən şəxslərə Sahil Mühafizəsi tərəfindən (bu pulla satılır) - Üzmə vasitəsinin qeydiyyat vəsiqəsi adlı kitabça verilir. Bu kitabçada kimin dənizə hansı məqsədlə girdiyi qeyd olunur və möhür vurulur. Qayığa DSX əməkdaşları tərəfindən baxış keçirilməli, bu şəxslərin dənizə hansı məqsədlə getdiyi öyrənilməli və təlimatlar verilməlidir. Yalnız bundan sonra üzməyə icazə möhürü vurulur.

Qaydalara görə, bu şəxslərə 4 mil məsafədən artıq dərinliyə getməyin yasaq olduğu barədə məlumat verilməli və saat 18:00-da dənizi tərk etmələri tapşırılmalıdır. Həmçinin dənizdən qayıdan qayıq yenə də Sahil Mühafizəsinin nəzarəti altında baxışa alınmalı, dənizə gedən şəxslərin hamsının qayıtdığı dəqiqləşdirilməlidir və yenidən möhür vurulmalıdır. Bütün bu qaydalar Sahil Mühafizəsi əməkdaşları tərəfindən dəqiqiliyi ilə yoxlanmalı və həyata keçrilməlidir.

Bəs hazırda necədir?

DTX-nın keçirdiyi əməliyyat zamanı DSX-nın Sahil Mühafizə idarələri rəisləri isə bütün qaydaları kənara qoyaraq uzun illərdir qanunazidd əməllrini davam etdirirdilər. Onlar Sahil Mühafizə zastavasının rəisləri vasitəsilə, əsasən balıq ovlamaq üçün dənizə girən balıqçılardan aylıq haqq toplayırdılar. Bu aylıq haqq bütün sahilboyu rayonlarda balıqçılıqla məşgul olan şəxslərdən alınır.

Elə isə maraqlı bir sual ortaya çıxır. Balıqçılar nədən bu şəxslərə aylıq pul ödəyirlər? Burda hansı səbəblər var?

Yuxarıda qeyd etdiyimiz kimi, balıq tutmaq üçün qanuni icazəsi olan balıqçılara 4 mildən artıq məsafədən artıq uzaqlaşmaq qadağandır. Həmçinin qanuni qaydada balıq ovlama vasitələri standartlardan kənar olmamalıdır.

Balıqçılar (brokonyerlər) isə 4 mildən artıq məsafəyə üzür və balıqovlama vasitələri standartdan kənardır. Bu səbəbdən də Sahil Mühafizə idarələrinin rəsilərinə aylıq pul odəyərək bir qədər dərin sularda və standartdan kənar ovlama vasitəsi ilə balıqovlama həyata keçirirlər.
Amma burada başqa bir incə məqama da diqqət etmək lazımdır ki, işin ən maraqlı tərəfi də budur.
Ümumiyyətlə balıq ovu bir neçə formada həyata keçirlir.

1. Qarmaqla balıqovlama... (Sancaq)
2. Xüsusui hazırlanmış torlarla balıqovlama (yalnız sap torlarla)
3. "Kalada" deyilən kütləvi balıqovlama vasitəsi

Bu balıqovu vasitələrindən yalnız birincisi - qarmaqla balıqovlama ilin bütün fəsillərində qadağan deyil.
2-ci balıqovlama vasitəsi yalnız xüsusi vətəgələr vasitəsi ilə standartlara uygun olaraq, sap torlarla həyata keçirilir və balığın standartlara uygunlugu, cinsi və sair qanunamüvafiq hallar nəzərə alınır.
3-cu dediyimiz "Kalada", kütləvi balıqovlama vasitəsi olan qarmaq vasitəsi isə əsasən dərin sularda və böyük brokonyerliklə məşgul olan şəxslərin əməlidir ki, bu barədə aşağıda ətraflı məlumat vercəyik.

Balıqovlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rolu nədir?

Balıqovlama qaydaları və bunlara nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları nəzarət edir. Kimlərin hansı balıqları ovlamasına icazəni Ekologiya və Təbii Sərvətlər nazirliyi verir. Amma təəssüflər olsun ki, bu nazirlik əməkdaşları da elə DSX rəisərinin əməlini təkrar edir. Bu barədə növbəti yazılarımızada ətraflı məlumat verəcəyik...

GundemXeber.Az bizimxeber.az-a istinadla bildirir ki, balıqovlama qaydalarına DSX Sahil Mühafizəsi qarışa bilməz. Sahil Mühafizəsinin işi yalnız dənizə gedən və qayıdan qayığa baxış keçirmək, vətəndaşların kimliyini yoxlamaq və onların məqsədlərini öyrənməkdən ibarətdir.

Ötən gün həbs edilən və hazırda araşdırması aparılan DTX-nın keçirdiyi əməliyyat zamanı Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəislərinin əməllərindəki qanunazid hal yalnız balıqçılardan aylıq pul alaraq onların dənizə niyə girdiklərinə, balıovlama vasitələrinin standartdan kənar olduğu halda göz yummaları və mühafizə işinə laqeyd yanaşmalarıdır. Təbii ki, bu halların baş verdiyi barədə DSX rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev illər uzunu məlumatlı olub və toplanan aylıqlardan bu şəxslərə də çatıb. Əks təqdirdə pul toplama işini həyata keçirən zastava rəisləri bir gün bu postda işləyə bilməzdi.

Böyük brokonyerlər...

Ötən günlərdə Xəzərin Qazaxstan sərhədlərini keçən və qonşu ölkənin sərhədçi qayıqları tərəfindən azərbaycanlılara məxsus brokonyer qayığının vurulması və nəticədə bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması barədə ətraflı məlumat verilmişdi. Bu hadisə nəticəsində Azərbaycanla Qazaxstan arasında az qala ciddi siyasi konflikt də yaranırdı.

Əslində bu ilk hal deyil və hər il onlarla belə hallara rast gəlinir. Azərbaycan balıqçılarının Qazaxstan sularında tutulması halı artıq adi hala çevirilib.
Elə isə maraqlıdır.... "Bayda" deyilən, heç bir standarta uygun olmayan gəmiyəoxşar bu qayıqları dənizə kimlər buraxır? Bu bahalı "Bayda"lar kimlərindir və onların ölkə sərhədlərindən kənara çıxmasına və tonlarla balıq ovlamasına kimlər şərait yaradır? "Bayda" sahibləri bunun müqabilində kimlərə ayda nə qədər haqq ödəyir? Bu ağır və məsuliyyətli işin altına kimlər girir? "Bayda"ların dənizə icazəsi zamanı DSX əməkdaşları hara baxır? Baxış zamanı qanunsuz və kütləvi balıqovlama vasitəsi sayılan saysız "kalada" avadanlığını DSX əməkdaşları niyə görmür?

DSX rəisi Elçin Quliyevin və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevin bundan xəbəri yoxdurmu? Bu böyükhəçimli qustar üsulla hazırlanmış "Bayda"lar ölkənin dəniz sərhədlərini neçə keçib Qazaxıstan sularına çatır? Sahil Mühafizəsinin olduqca bahalı izləmə və nəzarət avadanlıqları bu gəmiyəoxşar "Bayda"ları görmürmü? Bu günə kimi Azərbaycanın DSX rəsmiləri bir dəfə belə üzmə vasitəsi olan "Bayda"ları saxlamayıb. Niyə? Bu suallara kim aydınlıq gətirəcək?
Bölgələrdə aylıq haqq verməyən, bir iki balıq ovlamaq üçün piyada "kombinzon"la suya girən kasıb adamlara "qanunsuz suya girmisən" deyib cərimələyən və hətta həbs etdirib 3-5 il cəza almasına şərait yaradan DSX rəisləri bu yekəlikdə "Bayda"ları, milyonlarla oynayan "brokonyer"ləri niyə görə bilmir?

Bu hallardan DSX rəisi Elçin Quliyevin xəbəri yoxdurmu? Əlbətdə var.

Sadəcə 200-300 min manatdan baha qiyməti olan, ölkə dəniz sərhədlərini asanlıqla keçib Qazaxıstan sularında at oynadan və tonlarla balıq gətirən "Bayda" sahibləri yaxşı aylıq haqq verdiyi üçün onlara göz yumulur. Pirallahı rayonunda dəniz sahilinə gedib bu "Bayda"ları görmək olar, onların hansının sənədinin olub olmadığını da yoxlıamaq olar. Onların hansı tarixdə suya girib, hansı tarixdə dənizdən çıxdığını da asanlıqla görmək olar. Məhz dənizi talayanlar bunlardır.

Odur ki, ötən gün həbs edilən Dövlət Sərhəd Xidmətinin Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri ilə yanaşı bu əməlləri bilib illərdir pul qazanan yüksəkrütbəli DSX rəisləri da həbs olunmalıdır. İndi DSX rəisi Elçin Quliyev necə deyə bilər ki, bizim bu "Bayda"ların fəaliyyətindən xəbərimiz yoxdur. Əgər yoxdursa, o zaman Xəzərin mühafizə edilməsi üçün alınan milyonluq izləmə avadanlıqlarımız hansı işi görür?

Axı bu qayıqlar dövlət sərhədlərini keçib neytral zonada saatlarla qalır, daha sonra Qazaxıstan sularına keçir, bir -iki gün sonra isə yenə geri qayidIr? Bir də bu qayıqlar qayıdarkən ancaq balıq gətirirmi? Bəlkə başqa nələrsə olur bu qayıqlarla... Araşdırın cənablar... Araşdırın ki, əsl brokonyer kimdir? Və daha kimlər həbs olunmalıdır? Həbs olunmalı adamlar nə qədər pul qaznıblar? Onların pulunun çəkisi nə qədərdir. Nəzərə alaq ki, söhbət balıq və qara kürüdən gedir... //Bizimxeber//

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahil metrosunda hadisə

    Sahil metrosunda hadisə ...

    21-11-2013, 17:55

  • 
  • Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs edildi

    Dövlət Sərhəd Xidmətinin “zastava” rəisi həbs ...

    5-08-2015, 14:10

  • 
  • "Sahil" metro stansiyası bağlanır - 1 illik

    "Sahil" metro stansiyası bağlanır - 1 ...

    5-08-2017, 14:13

  • 
  • FHN-də müşavirə: axtarışlara təyyarə də cəlb olunacaq

    FHN-də müşavirə: axtarışlara təyyarə də cəlb ...

    11-12-2015, 02:41

  • 
  • Dövlət sərhəd xidməti Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşlarını tutub

    Dövlət sərhəd xidməti Azərbaycanın dəniz ...

    9-03-2018, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu