Bakı metropoliteninin "Sahil" stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.
Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə yazıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-yə məlumatı təsdiqləyərək, "Sahil" metro stansiyasının təmir olunacağını deyib.
Onun sözlərinə görə, bu ayın axırı stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib./milli.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?