GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var

İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var

Tarix: 14-05-2020, 21:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 703
İnam Kərimova bəslənilən ümidlər doğrulmadı - Nazirlikdə ciddi problemlər var


Karantin rejimi uzandıqca nigarançılığımız da artır. Çünki COVİD-19 pandemiyası təkcə sosial problem deyil, həm də iqtisadi bəladır. Dünyanın özündən deyən ölkəsi bu bəlanın gətirdiyi iqtisadi təlatümlər qarşısında aciz qalır. Azərbaycan iqtisadiyyatı da ötən 2 ayda bu bəladan az zərər görməyib.

İqtisadiyyat Nazirliyinin ikin rəyinə görə COVİD-19 hər ötən gün Ümumdaxili məhsulumuza 100-120 milyon manat civarında ziyan vurur. Deməli, ötən dövrdəki ziyanlarımız ən azı 7 rəqəmlə ifadə olunur. Bu isə yaxşı əlamət deyil. Nəzərə alsaq ki, bu vəziyyət ən azı 20 gün də davam edəcək. Onda ciddi narahatlığa əsas yaranır. Hələ onu demirəm ki, karantin rejimi ləgv olunan kimi bütün iqtisadi əlaqələrin bərpası həmən mümkün olmayacaq. Bu da xeyli vaxt aparacaq. Nəzərə alsaq ki, biz aqrar ölkəsiyik, ixrac əməliyyatlarında neftdən sonra ikinci yeri kənd təsərrüfatı məhsulları tutur, əhalinin 70 faizi regionlarda yaşayır. Onda bu vəziyyətdə Kənd Təsərrüfatı Nazirliyinin üzərinə böyük yük düşür.

Ölkənin ərzaq təhlükəsizliyində də bu Nazirliyin öhdəlikləri böyükdür. Belə bir məsul dövrdə aqrar sektoru tənəzzüldən xilas etmək və radikal islahatlar hesabına dəyə biləcək ziyanları minimuma endirmək üçün Nazirliyin atdığı addımları izləmək istədim. Bunun üçün ilk baş vurduğum ünvan Nazirliyin aqro.gov.az portalı oldu. Lakin istədiyim, daha doğrusu arzuladığım informasiyanı bu ünvandan ala bilmədim. İllik tədbirlərinin icrasından başqa yeni bir xəbər tapmadım. Maraq üçün ötən ilin yekun hesabatına baxdım. Bəlli oldu ki, 2018-2019-cu illərlə müqayisədə pambıq istehsalı 24,5 faiz, şəkər çuğunduru istehsalı 14 faiz, tütün istehsalı 8 faiz, kartof istehsalı 4 faiz, ən nəhayət strateji məhsul sayılan buğda istehsalı 1,2 faiz azalıb.

Maraq üçün Dövlət Gömrük Komitəsinin customs.gov.az portalına baş vurdum. Məlum oldu ki, əsas qida məhsullarına, eləcə də meyvə-tərəvəzə olan ehtiyacımızın xeyli hissəsi hələ də idxal hesabına ödənilir. Ən pisi də odur ki, idxal olunan məhsullarının həcmi ilbəil artır. Belə ki, 2018-ci ildə ölkəmizə 1 milyon 80 min ton buğda gətirilib. Ötən il isə bu rəqəm 1 milyon 585 min ton olub. Birdən-birə idxal 50 faizdən çox artıb. Yerli istehsalda isə elə bir müsbət dəyişiklik görünmür. Belə ki, 2018-ci ildə respublikamızda 2 milyon 42 min ton buğda istehsal edildiyi halda, ötən il bu rəqəm 2 milyon 217 min ton olub. Bir ildə yerli istehsalda artım cəmi 10 faiz olduğu halda, idxalda bu rəqəm 50 faizdir. Bundan başqa 2018-ci ildə ölkəmizə 47 min 399 ton, 2019-cu ildə isə 51 min 546 ton ət idxal edilib. İdxalda son bir ildə 10 faiz artım olub. Ölkəmizdə isə 2018-ci ildə 556 min ton, ötən il isə 573 min ton ət istehsal olub. Artım cəmi 3 faiz. Meyvə-tərəvəzi götürək. 2018-ci ildə 303 min 2 ton,2019-cu ildə isə 345 min 741 ton meyvə tərəvəz idxal olunub. Fərq 17 faizdən çoxdur. Təəssüflə deyək ki, aqrar sektorda son iki ildə elə bir əsaslı inkişaf qeydə alınmayıb.

Əksinə son iki il torpaq sahibləri üçün çox ağrılı keçib. Belə ki, bir-neçə il qabaq ölkə başçısı hökumətə ölkənin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına ödəmək və ixrac yönümlü məhsul istehsalını artırmaq tapşırığı verdi. Bunun üçün bir sıra təkliflər də oldu. Həmin təkliflərdən biri də dövriyyədən kənarda qalan torpaqları təkrar istehsala cəlb etmək vəzifəsi idi. Bu vəzifə Kənd Təsərrüfatı Nazirliyini, Dövlət Əmlak Komitəsinin və yerli icra hakimiyyətlərinə tapşırıldı. Lakin ölkə başçısının tapşırıqları bu srtukturlarda çalışan bəzi işbazların korporativ maraqlarından uzağa getmədi.

Rayon İcra Hakimiyyəti başçıları qılınclarını sıyırıb düşdülər iri torpaq sahiblərinin canına. Kimlərinsə xoşluqla, kimlərinsə zorluqla torpaqları əllərindən alındı. Alınan torpaqlarsa icra başçılarının yeni qazanc mənbəyinə çevrildi. Bu torpaqlar Kənd Təsərrüfatı Nazirliyinin yerli strukturlarının dəstəyi ilə icra başçıları üçün əkilib, becərildi. Yəni əkin üçün lazım olan gübrə, toxum, texnika və digər ehtiyaclar aqroservislərin və yerlərdəki xırda məmurların hesabına ödənildi. Məsələn, ötən ilin taxıl biçini zamanı yerlərdə ən çox narazılıq aqroservislərin yarıtmaz fəaliyyətindən oldu. Çünki aqroservis rəhbərləri əvvəlcə icra başçılarının torpaq sahələrində biçin aparırdılar. Yalnız bundan sonra digər müraciətlərə baxılırdı…

Son illərin digər bir problemi isə hazır məhsulun bazara çıxışı məsələsədir. Doğrudur, ənənəvi olaraq paytaxtda və Sumqayıtda mütəmadi kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil olunur. Lakin bu yarmarkalara çıxarılan məhsullar əsasən inzibati yolla əldə olunur. Yəni bu məsələdə də çox vaxt istehsalçı kənarda qalır. Bütün bu məsələlərdə ən çox təəssüf doğuran məqam odur ki, iki il öncə nazir təyin olunan İnam Kərimova bəslənilən ümidləri doğrultmadı. Aqrar sektor son illər ən yaxşı halda yerində sayıb. Ona görə ki, aqrar sektora bu gün peşəkar yanaşma yoxdur. Dediyimin sübutu üçün tək bir faktı deyim. Bu gün Nazirliyin rəhbər strukturunda bir dənə də olsun kənd təsərrüfatı mütəxəssisi yoxdur.

Nazir İnam Kərimov və nazir müavini İlhamə Qədimova ixtisasca hüquqşünasdırlar. Nazir müavini İlham Quliyev ixtisasca inşaatçıdır. Başqa bir müavin Elçin Zeynalov isə neft mühəndisidir. GundemXeber.Az-ın konkret.az-a istinadən əldə etdiyi məlumatda bildirilir ki, bundan başqa Nazirliyin tabeçiliyindəki Aqrar Xidmətlər Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, Aqrar kredit və İnkişaf Agentliyinin, “Aqroservis” ASC-nin və digər qurumların rəhbərlərinin heç biri kənd təsərrüfatı mütəxəssisi deyil. Əksər rəhbər işçilər hüquqşünas və iqtisadçıdır. Hələ rayon aqrar inkişaf mərkəzlərinin rəhbərləri arasında ixtisasca müəllimlərin də olduğunu nəzərə alsaq bizə ancaq təəssüflənmək qalır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv olunmamalıdır"

    Hikmət Hacıyev: "Karantin rejimi dərhal ləğv ...

    16-04-2020, 20:59

  • 
  • İlham Əliyev: "Biz karantin rejimindən mərhələli yollarla çıxmalıyıq"

    İlham Əliyev: "Biz karantin rejimindən ...

    17-04-2020, 19:43

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

    Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi ...

    29-03-2020, 16:28

  • 
  • Azərbaycanda karantin rejimi ləğv edilir? – AÇIQLAMA

    Azərbaycanda karantin rejimi ləğv edilir? – ...

    13-04-2020, 16:39

  • 
  • Azərbaycanda tədris ilinin müddəti uzadılır? - Rəsmi

    Azərbaycanda tədris ilinin müddəti uzadılır? - ...

    14-04-2020, 20:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu