Təhsil nazirinin müavini İdris İsayev karantin rejimi ilə əlaqədar tədris ilinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsinə münasibət bildirib.
İdris İsayev Trend-ə açıqlamasında karantin dövründə təhsil proqramları üzrə teledərslərin keçirildiyini xatırladıb: “Biz karantin rejimi bitdikdən sonra vəziyyəti öyrənmək üçün qiymətləndirmə aparacağıq. Əgər görsək ki, bu tədris ilinin müddətinin artırılmasına həqiqətən də zərurət var, onda bu qərarı qəbul edəcəyik. Yaxud görsək ki, belə bir zərurət yoxdur, şagirdlərimiz təhsil proqramlarını müəyyən səviyyədə mənimsəyiblər, onda biz tədris ilinin müddətinin uzadılması məsələsinə baxmayacağıq”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar martın əvvəlindən ölkənin bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?