GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR

Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR

Tarix: 20-05-2020, 12:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 786
Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR


Son vaxtlar ölkənin bəzi nüfuzlu media orqanlarında Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məhərrəm Böyükağa oğlu Quliyevin yarıtmaz idarəçiliyindən bəhs edən məqalələr dərc olunur.

Həmin yazıları oxuduqca şoka düşür, ölkənin belə bir strateji rayonuna, belə yarıtmaz birisinin rəhbər təyin olunmasından çox təəssüflənirsən. Axı, necə də təəssüflənməyəsən ki, adını çəkdiyimiz bu rəhbər şəxsin bəd əməlləri barədə, araz.az xəbər portalı olaraq, biz də, vaxtaşırı yeni-yeni xoşagəlməz məlumatlar əldə edirik. Bütün bunlardan sonra bir daha belə qənaətə gəlirik ki, Məhərrəm Quliyev üzərinə düşən bu məsul vəzifənin öhdəsindən gəlmək iqtidarında deyil.

Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR


Ən dəhşətlisi odur ki, ölkə rəhbərinin etimad göstərib, Goranboya icra başçısı təyin etdiyi Məhərrəm Quliyevin adı, günü bu günədək, bir çox qalmaqallı məsələlərdə hallanmaqdadır. O, bu məsul vəzifə kreslosunda yenicə oturmasına baxmayaraq, özünü çox rahat aparır, hətta bənzəri olmayan istədiyi qanunsuz əməllərə qol qoymaqdan belə çəkinmir.
Rayon sakinləri tərəfindən də, başçının törətdiyi xoşagəlməz əməllərin hamısı sırf cinayət hadisələri kimi xarakterizə olunur. Bir anlığa, onun adına çıxılan bəzi cinayət epizodlarına diqqət yetirdikdə də, deyilənlər bir daha təsdiqini tapır. Məhz buna görə də, bu başdan düşünmək olur ki, bu şəxsin adı artıq müasir tarixuimizin “qaranlıq səhifəsi”nə birdəfəlik həkk olunub. Bunu təkcə biz yox, əldə etdiyimiz konkret faktlar da sübut edir.
Məhərrəm Quliyevin istədiyi hər cür qanunsuzluğa, saysız-hesabsız oyunlara qol qoymasına, vəzifə səlahiyyətindən sui-istifadə etməsinə​ aid araz.az-a daxil olan saysız hesabsız faktların hamısından yazmaq xeyli vaxt aparar deyə, onlar qalsın bir yana. Və yalnız, son vaxtlar əldə etdiyimiz o faktları götürək ki, yerli sakinlər onları da başçının bənzəri olmayan qanunsuz hərəkətləri kimi misal çəkirlər. Öncə, götürək, daşıdığı vəzifəsi müqabilində dövlət tərəfindən rayon icra başçının xidmətinə verilən “Toyota Avalon” markalı minik maşınına məxsus nömrə ilə bağlı, birbaşa, Məhərrəm Quliyevin özünün törətdiyi qanunsuzluq barədə burada danışılanları.
Bir anlığa olsa da, diqqət yetirək ki, dövlətin Goranboy Rayon İcra Hakimiyyətinin başçısına verdiyi “Toyota Avalon” markalı minik avtomobilinə məxsus sənədlərdə bunlar qeyd olunub:

Goranboyun icra başçısının bənzəri olmayan və hər kəsi şoka salan qanunsuz əməlləri -- FAKTLAR İTTİHAM EDİR


C64B1442 21C1 4D5D 80E8 6363DA26AB09
"Qeydiyyat nömrəsi: ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 22-AA-001
Marka:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ “Tayota Avalon”
Adqn nömrəsi:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​AC391358
Sahibinin soyadı, adı, atasının adı:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Goranboy RİH
Sahibinin adı:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Goranboy RİH
Sahibinin qeydiyyat ünvanı:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Goranboy ş., Heydər Əliyev pr., 1
Buraxılış ili:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​2014
Ban nömrəsi:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​4T1BK1EBXEU097741
Rəngi:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Qara metallik
Qeyd:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Hesab-arayış-AA-67567904.02.15k/m-002​ Gəncə
Verilmə tarixi:​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​04-02-2015".
Redaksiyamıza təqdim olunan şəkildən isə görünür ki, icra başçısının da olduğu ərazidə saxlanmış 22-AA-001
qeydiyyat nömrəli avtomobil “Toyota Avalon” markalı minik maşını deyil, “BMW”-dir. Bu da onu söyləməyə əsas verir ki, başçı bu məsələdə belə əndazəsinə sığmayan hərəkət edir; İstər işə gəlib-gedəndə, istərsə də sakinlərlə görüşə gedərkən, məhz, nömrəsi saxtalaşdırılmış bu minik avtomobilindən istifadə edir. Bu, həm də onun sübutudur ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı belə bir addımını atmaqla, “Ağa nəzərəm, belə gəzərəm!” prinsipli yanaşmasını ortaya qoyur və bir növ, özünü, “şah titullu” toxunulmaz ​şəxs hesab edir. Fakt budur ki, bu şəxs bir kimsədən çəkinib, ehtiyat da etmir.
Bəzi iddialara görə, Azərbaycan Respublikası Prezidentinin əsas köməkçilərindən -- şöbə müdirlərindən biri Məhərrəm Quliyevin “arxa-dayağıdır”. Çünki başçının özü də, bəzi yerlərdə özünü Prezident Aparatının həmin rəsmisinin etibarlı kadrlarından biri olması yöndə təbliğ etməkdən çəkinmir. Elə, belə bir səbəb üzündən də, istədiyi hər cür addımını atır. Belə düşünürük ki, qeyd etdiyimiz belə bir ciddi faktla bağlı, hüquq-mühafizə orqanı əməkdaşları qeydiyyat nömrəsi 22-AA-001 olan minik avtomobili ətrafında lazımi araşdırmalarını təcili həyata keçirəcəklər.
Son günlər Məhərrəm Quliyevin adı ətrafında dolaşan söz-söhbətlərdən biri də, bəzi sosial şəbəkələrdə Goranboy rayon sakini Arzu Vəli oğlu Verdiyevin, bu ilin may ayının 14-də İcra Hakimiyyəti başçısının qəbulunda olmaq istəyərkən, onun birinci müavini Ceyhun Həsənov tərəfindən şiddətə məruz üalaraq döyülməsi, sonra isə, pəncərədən aşağı atılması ilə bağlıdır. Çox düşündürücü və hər kəsi məyus edən bir məsələdir, deyilmi?! Axı, cənab Prezidentin özü də hər dəfə öz çıxışlarında vurğulayıb ki,​ vəzifə sahibi olan şəxslər ​sadə sakinlərin problemləri ilə maraqlanmalı, onların qayğısına qalmalı, üz-üzə qaldıqları məsələlərin həllinə köməklik də göstərməlidirlər. Ölkə rəhbəri tərəfindən belə bir tapşırıq verilsə də, Məhərrəm Quliyevin icra başçısı olduğu bu rayonda isə, bir növ kriminal ab-hava hökm sürməkdədir. Yəni, istər icra başçısı, istərsə də onun tabeçiliyində olan vəzifə sahibləri bir növ özlərini toxunulmaz şəxs qismində görürlər.
. ​Onu da qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfranslarda ölkə başçısı etdiyi çıxışlarında dəfələrlə vurğulayıb ki, ​əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Prezidentin özünün dediyi kimi, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Bundan əlavə, ölkə rəhbəri etdiyi çıxışlar zamanı onu da qeyd edib ki, hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir: "Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə, bu, əsas rol oynayacaq”.

8743CA3D 203D 4937 AE5E 3E69F0DD7553

Düşündürücü haldır ki, ölkə rəhbəri hər bir vəzifə sahibinə belə bir tapşırıqlarını verir, Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini isə, əyləşdiyi iş otağının pəncərəsindən sadə bir sakini “gedər-gəlməz dünyası”na yola salmaq istəyir. Məsələnin təəccüb doğuran tərəfi odur ki, belə bir hərəkətin qarşılığında Məhərrəm Quliyev tabeçiliyində çalışan Ceyhun Həsənova “qaşın üstə qara var” da deməyib. Bütün belə xoşagəlməzliklərə isə, Goranboy RİH Aparatında birinci müavini vəzifəsini daşıyan bu şəxsin daha çox oliqarx-məmur adı ilə tanınması, sayı-hesabı bilinməyən biznes obyektlərinin olması və digər amillərin varlığı səbəb olur.
Ümumiyyətlə, Goranboy rayonuna rəhbərlik edən Məhərrəm Quliyevin adı ətrafında çox söz-söhbətlər dolaşmaqdadır. Məsələn, hələ bir müddət bundan öncə də, araz.az saytı olaraq, yazıb, geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq ki, bəzi icra başçılarının həbsi həyata keçirildiyindən, bu gün Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur. Yəni, o, kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-ə məxsus ayaqyolunda görüşür. Çünki, bu şəxs dərk edir ki, hazırda rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir. Digər tərəfdən, bu şəxsin adı 1988-1993-cü illərdəki proseslərdə Əlikram Hümbətovla bağlı məsələlərdə, yəni qondarma “Talış -- Muğan Respublikası”nın təbliğatçılarından biri olmaqda da hallandı. Yəqin, hər kəs o haqda da məlumatlı oldu ki, Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri, bəlkə də lap birincisi onun Ceyhun Həsənovu özünə birinci müavin təyin etməsi oldu. Çünki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində elə bir hal baş verməyib ki, təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, dövlət qulluğunda olarkən, biznes fəaliyyəti ilə də məşğul olan bir şəxslə bağlı bu cür təyinat həyata keçirilsin.
Rayon icra başçısının və onun yaxın kadrlarının bənzərsiz qanunsuz hərəkətləri barədə əlimizdə faktlar çoxdur və bəzilərinin dəqiqləşdirilməsi üçün araşdırmalarımız davam edir. Odur ki, araz.az-ı izləməyi unutmayın. Onu da qeyd edək ki, bu məqamda, qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Məhi ELSEVƏR,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy icra başçısının müəmmalı həyat yolu: fərarilikdən Əlikram Hümbətov əlaqələrinədək

    Goranboy icra başçısının müəmmalı həyat yolu: ...

    18-03-2020, 14:48

  • 
  • Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR

    Goranboyun icra başçısını Əlikram Hümbətovla ...

    11-04-2020, 15:27

  • 
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41

  • 
  • Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı təyin olundu

    Rafiq Çəpərxan oğlu Quliyev Xətai rayonuna başçı ...

    12-11-2019, 13:16

  • 
  • Prezident Siyəzən rayonuna yeni icra başçısı təyin etdi

    Prezident Siyəzən rayonuna yeni icra başçısı ...

    12-10-2015, 19:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu