GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR

Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR

Tarix: 11-04-2020, 15:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 274
Goranboyun icra başçısını Əlikram Hümbətovla hansı tellər bağlayıb? -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK FAKTLAR


​Artıq bir müddətdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboya rəhbər təyin olunan Quliyev Məhərrəm Böyükağa oğlunun yarıtmaz idarəçiliyi səbəbindən, rayon ərazisində əmələ gələn hər cür qanunsuzluqlar, özbaşınalıqlar, süründürməçiliklər və s. haqda bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanmaqdadır.

Sözsüz ki, dərc olunan, yaxud da yayımlanan hər bir məqalənin müəyyən əsasları var ki, adı çəkilən bu şəxsin yarıtmaz fəaliyyəti bu gün də daha çox ictimailəşdirilir. Məsələnin düşündürücü tərəfi isə ondan ibarətdir ki, ayrı-ayrı media qurumlarında tirajlanan bu tip açıqlamalarda Məhərrəm Quliyevin bugünkü fəaliyyəti gündəmə gətirilsə də, şübhələrlə dolu keçmişi bir daha xatırlansa da, nədənsə qarşı tərəf susqunluq nümayiş etdirir və hələ də səslənən ittihamların heç birinə hərhansı formada cavab verilmir. Deməli, atalar demişkən “susmaq razılıq əlamətidir”. Araz.az saytı olaraq indiyə kimi media üzərindən apardığımız araşdırmalar zamanı yayılan məlumatların təkzib olunması faktına heç bir halda rast gəlməmişik. Bugünlərdə isə, Goranboya rəhbərlik edən Məhərrəm Quliyevlə bağlı ortaya daha çox faktlar çıxıb. Daxil olan faktların içərisində ən əsası, adı çəkilən bu şəxsin gənc yaşlarında ikən aktiv siyasi proseslərə qoşulması iddialarıdır. Düşündürücü hal odur ki, Yeni Azərbaycan Partiyasının üzvü olan və hal-hazırda rəhbər vəzifə daşıyan bu şəxsə məxsus vikipediya məlumatlarında, onun tərcümeyi-halı, ötən illər ərzində hansı vəzifələri daşıması haqda bir çox məlumatlar yerləşdirilsə də,​ 52 yaşlı icra başçısı ilə bağlı 1993-cü ilin bəzi məlumatları haqda heç bir xəbər yoxdur.

​ ​ ​Elə ki, Araz.az olaraq bu yöndə media üzərindən bir daha müəyyən araşdırmalarımızı apardıq, o halda Məhərrəm Quliyevlə bağlı çoxsaylı ilginc iddialara da rast gəldik. Yəni, indiyə kimi ölkəmizin bir çox media qurumlarında dərc olunan və amma rəsmən qarşı tərəfdən təkzib olunmayan iddialarda vurğulanır ki, 1988-1993-cü illərdəki proseslərdə Məhərrəm Quliyev Əlikram Hümbətovun özünü prezident elan etdiyi qondarma “Talış Muğan Respublikası”nın müəyyən təbliğatçılarından biri olur. Belə ki, o, həmin vaxtlarda olduqca gənc və enerjili olduğundan, bütün qüvvə və bacarığını gənclər arasında Əlikram Hümbətovun “müdrik ideyaları”nı aktiv şəkildə təbliğ etməyə yönəldir. Yəqin hər kəsə o da bəllidir ki, həmin vaxtlarda aparılan təbliğatın, qarşıya qoyulan məqsədin əsas qayəsi, məhz ölkəmizin cənub bölgəsini parçalamaq, müəyyən məkrli siyasi qüvvələrin düzüb –qoşduqları plan əsasında “Talış Muğan Respublikası” yaratmaq idi. Məhərrəm Quliyevin gənc yaşlarında ikən belə bir işlərlə məşğul olması iddia olunduğundan, bu gün rəhbər bir şəxs olaraq onun düşüncə və məfkurəsində əsl azərbaycançılıq ideyasının formalaşdığı müəyyən şübhələrə yollar açır. Bundan əlavə, söylənilən iddialarda o da vurğulanır ki, Əlikram Hümbətov özünü qondarma “Talış Muğan Respublikası”nın prezidenti elan etdiyi vaxtlarda, ona arxa-dayaq olan şəxslərdən biri də, Məhərrəm Quliyevin atası Böyükağa Quliyev olur. Söylənilən iddialarda o da vurğulanır ki, həmin vaxtlarda Böyükağa Quliyev olduqca imkanlı şəxslərdən biri olur və o, özünə məxsus olan maliyyə vəsaitlərinin müəyyən hissəsini, məhz yaradılması nəzərdə tutulan “respublikanın” elan olunması yolunda xərcləyir. Belə bir halların varlığı da onu sübut edir ki, Böyükağa Quliyev Əlikram Hümbətovun yan-yörəsində fırlanan, lazım gəldikdə vasitəçilik missiyasını yerinə yetirən şəxs olur. Məsələn, Araz.az olaraq ölkəmizin bəzi media qurumlarında və dosye.org saytında yayılan məlumatlara istinad edib bildiririk ki, həmin vaxtlarda Novruz Novruzov Masallı rayon sovetinin sədri olur. Əlikram Hümbətov ona “Rayon sovetinin sədrinə çatdır ki, deputatları yığsın və Azərbaycan Respublikasından ayrılmaq barədə qərar çıxarsınlar” deyə lazımi tapşırığını verir. Elə ki, Böyükağa Quliyev “ağasından aldığı” belə bir ismarıcı Novruz Novruzova çatdırır, o halda o, “Mən heç zaman belə bir addım ata bilmərəm. Çünki, bizim və mənim bir Vətənim var, o da Azərbaycan Respublikasıdır. Məni tikə-tikə doğrasalar da, Əlikram Hümbətovun bu yöndə tələbini yerinə yetirməyəcəyəm” cavabını eşitməli olur. Bütün bunlar da onu sübut edir ki, Quliyev soyadını daşıyan bir ailənin üzvləri vaxtilə Azərbaycan Respublikasını parçalamaq, ona qəsd etmək yolunu tutmuşsa, deməli həmin kəslərdə dövlətimizə bağlılıq, xalqımıza qarşı sevgi hissi formalaşa bilməz. Adicə bir faktı da qeyd edək ki, Məhərrəm Quliyevin həqiqi hərbi xidmətdə olmasına dair bir kimsədə məlumat yoxdur. Bundan əlavə, adı çəkilən bu şəxsin müharibə dövründə harada və hansı işlə məşğul olmasına dair, əksəriyyət məlumatlı deyil. Bu kimi halların varlığını nəzərə alıb belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısı ilə bağlı yuxarıda səslənən ittihamlar yerində olan ittihamlardır. Əgər bu belə deyilsə, o halda sual oluna bilər ki, Məhərrəm Quliyevdə Vətənə sevgi, xalqa bağlılıq hissi olubsa, bəs hansı səbəbdən o, bu vətəndə həqiqi hərbi xidmətdə olmayıb, onun ağır günlərində müdafiəsində durmayıb. Bu şəxsin belə bir yanaşmasının nəticəsidir ki, bu gün də o, bu Vətənə, bu xalqa layiqincə xidmət göstərmir və rəhbərlik etdiyi Goranboy rayonunda, məhz yerli sakinlərə çoxsaylı problemlər yaratmaqla məşğul olur. Məsələn, cumhuriyyet.az-ın ötən yazılarında da qeyd edilmişdi ki,​ Məhərrəm Quliyev icra başcısı təyin olunduqdan bir qədər sonra, rayonun ayrı-ayrı idarə-müəssisə, təşkilat və s. rəhbərlərinə xəbər göndərir ki, “ya kreslonuza “əlvida” deməlisiniz, ya da ki, mən deyən olmalıdır. Kim vəzifəsində qalmaq istəyirsə, o halda “tasa oturmalıdır” deyə, hər bir vəzifə sahibinə bu yöndə mesajlarını çatdırır. Məsələn, icra başçısı Telekommunikasiya Qovşağının rəisini vəzifədə saxlamaq üçün, ondan 70 (yetmiş) min manat məbləğində “şirinlik” aldığı, rayonun “Sukanal” idarəsinin müdirini oxşar aqibətlə üz-üzə qoyduğu söylənilir. Səhiyyə şöbəsinin müdirindən ayda 2-3 min manat məbləğində “haqq-hesab” almaq üçün onunla razılaşdığı, təhsil müəssisələrində çalışan hər müəllimdən 10- 20 AZN məbləğində aylıq “toskı” yığılması üçün, RTŞ-nin müdirinə “şanlı tapşırıq” verdiyi, yuxarı instansiyalara çatdırmaq adı ilə, bəlkə də hal-hazırda Ermənistanda olduğu söylənilən Əlikram Hümbətova dəstək olmaq üçün rayonun hər kənd icra nümayəndəsindən vəzifədə qalması üçün 7 min, hər kənd bələdiyyəsindən 5 min, hər icra nümayəndəsinin katibindən 3 min manat “haq-hesab” aldığı iddia olunur. Müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, bəzi icra başçıları həbs olunduqlarından, bu gün Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur və kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-nə məxsus ayaqyolunda görüşməyi qərara alır.​ Çünki bilib dərk edir ki, indiki dövrdə rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir və ora DTX-nin ağlına belə gəlməz. Amma ''görünən dağa nə bələtçi'' deyimini nəzərə alsaq, ''yerində qulağı var'' deyiblər. Beləliklə,
Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri də, icra başçısının Ceyhun Həsənov adlı şəxsi özünə 1-ci müavin təyin etməsi oldu. Onu da bildirək ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olan bir şəxsin, rayon, yaxud da şəhər İH sturukturunda belə bir mühüm vəzifəyə təyin olunması prosesi baş verməyib. Məhərrəm Quliyev bu kimi addımını atmaqla, sanki adını müasir Azərbaycan Respublikasının idarəçilik tarixinə “saxta kadrlar müəllifi” olaraq yazmış oldu. Bu gün baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısının əsas amalı, məhz bu Vətənə, bu xalqa xidmət etmək deyil. Ona görə də düşünürük ki, adı çəkilən vəzifə sahibinin keçmişi, bugünkü fəaliyyəti lazımınca araşdırılmalı və qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərinə görə, onunla bağlı lazımi tədbirlər də görülməlidir. Bu yöndə araşdırmamız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın.

​Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy icra başçısının müəmmalı həyat yolu: fərarilikdən Əlikram Hümbətov əlaqələrinədək

    Goranboy icra başçısının müəmmalı həyat yolu: ...

    18-03-2020, 14:48

  • 
  • Goranboyda icra başçısı ilə müavinin rüşvət əməliyyatları: ayaqyolunadək…

    Goranboyda icra başçısı ilə müavinin rüşvət ...

    26-03-2020, 14:06

  • 
  • Göygöldən göndərilən “ultimatium” nəyə hesablanıb?

    Göygöldən göndərilən “ultimatium” nəyə hesablanıb? ...

    12-06-2018, 18:30

  • 
  • Fikrət Məmmədovun işçisi özgə əmlaklarını ələ keçirir-ŞOK OLAY

    Fikrət Məmmədovun işçisi özgə əmlaklarını ələ ...

    15-04-2019, 13:44

  • 
  • Məmur jurnalist qarşıdurması, yoxsa…

    Məmur jurnalist qarşıdurması, yoxsa… ...

    30-11-2017, 18:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu