GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM

Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM

Tarix: 21-05-2020, 12:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 444
Psixiatriya Xəstəxanasında tender oyunu - İTTİHAM


Maştağadakı Respublika 1 saylı Psixiatriya Xəstəxanasında müasir dövrümüzün tələblərinə uyğun həyata keçirilən yeniliklər,abadlıq-quruculuq işləri barədə dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür.Qeyd edək ki,xəstəxanada ruhi-əsəb xəstəliklərinin müalicəsində yol verilən bir sıra qanunsuzluqlar barədə də məlumatlar az deyil.Respublika Psixatriya Xəstəxanasıına 10 ildən artıqdır ki, rəhbərlik edən Ağahəsən Rəsulovun fəaliyyəti barədə də müxtəlif səpkili məlumatlar var.Amma xəstəxanın keçirdiyi tender prosedurlarında yol verilmiş qanun pozuntuları barədə heç yerdə məlumat yoxdu.

Gundemxeber.Az-;n aktualinfo.org-a istinadla ədə etdiyi məlumatlarda bildirilir ki, xəstəxanada dövlət vəsaitlərinin tender adı altında,dolayısı yollarla mənimsənilməsindən xəbər verilir. Belə ki, 14.05.2020-ci ildə Respublika Psixatriya Xəstəxanasıının təsərrüfat xərci üzrə keçirdiyi tenderin qalibi “Ulduz_77″Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur.Xəstəxananın 14.05.2020-ci il tarixdə elan etiyi bildirişdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi 19 mart 2020-ci il tarixdə təsərrüfat mallarının satın alınması məqsədilə elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tenderin nəticələrinə görə “Ulduz_77″MMC qalib elan edilmişdir.Qeyd edək ki tərəflər arasında 114711.6 manat məbləğində müqavilə bağlanmışdır. Müqaviləyə görə “Ulduz 77” MMC ilin sonuna qədər xəstəxananı 108 ədəd ev üçün süpürgə,4000 ədəd diş pastası,6000 ədəd 200 mq-lıq şampun,108 ədəd həyət üçün süpürgə, 1900 ədəd spiral elektrik lampası,toz şəklində yuyucu vasitə 0,500 mq 4300 ədəd, 5300 ədəd qab yuyan qubka, 5300 ədəd qab yuyan maye 0,500 ml, 24000 ədəd təsərrüfat sabunu 72%, 250 qr,2200 ədəd diş firçası,36000 ədəd əl-üz sabunu 60qr,13000 kq yuyucu toz avtomat, 200 ədəd 100 W-lıq elektrik lampası ilə təmin etməyi öz üzərinə götürüb. Amma xəstəxananın almaq istədiyi təsərrüfat mallarının real bazar qiymətləri ilə ayırmış olduğu dövlət vəsaiti nə dərəcədə üst üstə düşür?Yuxarıda sadalanan təsərrüfat mallarının ən keyfiyyətliləri alınsa belə xəstəxananın ayırdığı dövlət vəsaitinin ikiqat çox olduğu açıq aşkar görsənir.

Aktualinfo.org bağlanmış bu müqavilə ətrafında apardığı araşdırmalarda maraqlı məlumatlarla üz-üzə gəlmişdir. Belə ki,kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “ULDUZ_77″ Məhdud Məsuliyyətli Cəmiyyəti 14.06.2017-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (keçmiş Vergilər Nazirliyi) Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır.Hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, QARA QARAYEV PR, ev 63, m. 22 göstərilmiş MMC-nin qanuni təmsilçi TATYANA POLİKARPOVA ANATOLYEVNA olduğu bildirilir.Nizamnamə kapitalı 10 manat olan MMC -nin reyestrdən son çıxarışı elə yarandığı tarixdə verilmişdir.

MMC-nin qanuni təmsilçisi Bakı şəhəri Nizami rayonu, Qara Qarayev pr, ev 63, m. 22 qeydiyyatında olan 1960-cı il təvəllüdlü Polikarpova Tatyana Anatolyevnanın barədəsində əlavə heç bir məlumat əldə edə bilmədik.”Ulduz-77” Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat mallarının satınalmalarında iştirak etməsi aydın olsa da,fəaliyyət sferası barədə məlumatların olmaması burada daha diqqət çəkən məqamdır. Daha maraqlısı isə fəaliyyət sferası bəlli olmayan “Ulduz-77” MMC-nin adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13.04.2020-ci il tarixә olan mәlumatına görə koronavirus (COVİD-19) pandemiyasından zәrәr çәkdiyinә görә muzdlu işçilәrinә әmәk haqqının müәyyәn hissәsinin ödәnilmәsi üçün dövlәtdәn maliyyә dәstәyi almış vergi ödәyicilәrinin siyahısında yer alıb. Barəsində heç bir məlumat olmayan bu MMC-nin müzdlu işçilərinin olması və bu işçilərə əmək haqqlarının müəyyən hissəsinin ödənilməsi nə dərəcədə inandırıcı görsənir?

Daha sonra, Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs 19 mart 2020-ci il tarixdə çirkab suların daşınması işlərinin satın alınması məqsədilə elektron satınalma vasitəsi ilə keçirilmiş açıq tenderin nəticələrinə görə “Fatimə-R”MMC qalib elan edilmiş və 14.05.2020-ci il tarixdə 48856.5 manat məbləğində müqavilə bağlandığını bildirmişdir. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “Fatimə-R”MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 14.01.2013 dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi PƏRİZAD RAFALİ HƏTƏM QIZIdır.Qeyd edək ki, hüquqi ünvanı Bakı şəhəri Xəzər rayonu, Buzovna ştq, 8 mart,döngə 1 ,ev 27 ünvanı olan MMC-nin qanuni təmsilçisi Rafali Pərizad Hətəm qızı 1951 ci il təvəllüdlüdür.

Respublika Psixatriya Xəstəxanasıının ruhi-əsəb xəstələrinin müalicəsində yol verilən nöqsanları qoyuruq bir kənara. Çünki bunlar hardasa inkar edilə bilər. Amma burada 60- 70 yaşlı qadınların adına olan MMC-lər vasitəsi ilə dövlət vəsaitlərinin israf olunması, qiymətlərin süni şəkildə şişirdilməsi heç cür inkar edilə bilməz. Çünki alınan mallar da, ayrılan vəsait də,real bazar qiymətləri də ortadadır.Digər tərəfdən isə arxasında bir məmur,imkanlı bir şəxs dayanmasa, və yaxud da yaxın münasibətlər,qohumluq,dostluq telləri olmasa 69 yaşlı bir qadının bu tenderdə qalib çıxması heç cür inandırıcı görsənmir.

Aktualinfo.org-un bu kimi suallara aydınlıq gətirmək məqsədi ilə Respublika Psixatriya Xəstəxanasıının elektron poçtuna ünvanladığı surgu məktubuna Baş direktor Ağahəsən Rəsulovun cavabı çox çəkmədi.Baş direktor cavab məktubunda qeyd edir ki,

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin rəhbərliyi xəstəxananın rəsmi elektron ünvanlarına göndərdiyiniz “Psixiatriya Xəstəxanasının qoca qadınlarla tender oyunu” adlı məqaləyə münasibət bildirərək qeyd edir ki, həqiqətən 19 mart 2020-ci il tarixdə 3 lot üzrə:

Lot 1-Dəftərxana malların satınalınması
Lot 2- Təsərrüfat malları satınalınması
Lot 3- Çirkab suların daşınması işlərinin satınalınması məqsədilə

elektron satınalma vasitəsi ilə tam obyektiv açıq tender keçirtmişdir. Tenderin nəticələri barədə “Respublika” qəzeti və www.etender.gov.az rəsmi internet səhifəsində bildiriş yerləşdirilmişdir.Qeyd edim ki, satınalma proseduru Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli qanununun bütün bəndlərinə əməl olunaraq keçirilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Məqalədə qiymətlərin real bazar qiymətləri ilə üst üstə düşməməsi qeyd olunub. Məlumat üçün bildirirəm ki, qiymətlər təsvirinə və ölçüsünə görə real bazar qiymətlərindən və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.stat.gov.az rəsmi internet səhifəsində təqdim olunan qiymətlərindən aşağıdır.

Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikası qanunun 8.1 bəndinə əsasən istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər.

Məktubun sonunda Baş direktor məqalədə qeyd olunan iradları əsassız hesab etdiyini bildirir. Ağahəsən Rəsulovun əsassız hesab etdiyi iradlara görəsən Hesablama Palatası necə baxar? Yaxud da digər səalahiyyətli dövlət orqanları. Məsələn,elə Korrupsiyyaya qarşı Mübarizə Baş İdarəsi.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maştağadakı Psixiatriya Xəstəxanasında 28 yaşlı oğlan özünü asıb

    Maştağadakı Psixiatriya Xəstəxanasında 28 yaşlı ...

    17-04-2018, 10:53

  • 
  • Psixiatriya xəstəxanasında intihar edən şəxslə bağlı ŞOK FAKTLAR

    Psixiatriya xəstəxanasında intihar edən şəxslə ...

    17-04-2018, 21:56

  • 
  • Psixiatriya xəstəxanasından qaçanlardan biri yaxalanıb

    Psixiatriya xəstəxanasından qaçanlardan biri ...

    24-11-2013, 20:28

  • 
  • Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını dəyişdi

    Xəstəxanada müdhiş olay: xəstə qaçarkən dünyasını ...

    10-12-2013, 16:10

  • 
  • Bakıda ruhi xəstəxanada qanlı hadisə: qayçı ilə...

    Bakıda ruhi xəstəxanada qanlı hadisə: qayçı ilə... ...

    1-08-2017, 11:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu