Bakıdakı 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olan, daha sonra oradan qaçmağa cəhd edən xəstə dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, Bakı şəhəri, Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü pasiyent Elşən Mahir oğlu Əhmədli dekabrın 2-də Bakı şəhəri Təcili Tibbi Yardımın göstərişi əsasında 2 saylı Kliniki Psixiatriya Xəstəxanasına daxil olub.
Qəbul zamanı pasiyent psixi oyanıq vəziyyətində olub.
Bununla əlaqədar o, klinikada müvafiq spesifik müalicə alıb. Artıq dekabrın 6-da xəstə sakitləşib, şöbədə davranışı qənaətbəxş olub.
A.Qədirli bildirib ki, lakin bu gün iki sanitarın müşahidəsi ilə rentgen müayinəsinə aparılarkən sanitarları itələyib, pilləkəni tullanaraq qaçmağa cəhd edib: "Pasiyent aşağı tullanarkən yerə yıxılıb və başından ağır zədə alıb. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib və Təcili Tibbi Yardıma xəbər verilib. Lakin keçirilən əməliyyatlara baxmayaraq xəstə aldığı zədədən dünyasını dəyişib. Hadisə ilə əlaqədar 21-ci polis bölməsinə və Bakı şəhəri Nəsimi rayon prokurorluğuna məlumat verilib".
Qeyd edək ki, Elşən Əhmədli 2009-cu ildən etibarən "Şizofreniya paranoid forma" diaqnozu ilə dəfələrlə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında, eləcə də Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicələr alıb.(trend)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?