GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…

“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…

Tarix: 23-05-2020, 16:37 Bölmə :GündəmXəbər / Manşet Baxış: 616
 “METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər…


Azərbaycanda xalqın pulu hesabına həddən artıq varlanan məmurların və digər vəzifəli şəxslərin böyük iddialara düşməsi “ənənə” halını alıb.

Məsələn, dövlət büdcəsini talamaqla milyonlara sahib olan icra başçılarının son vaxtlaradək “balaca padşahlar” adlandırılması heç də təsadüf deyildi. Xüsusən də Salyanın keçmiş icra başçısı Tahir Kərimovun simasında, biz, icra başçılarının oturduqları kreslolarına “sığmadıqlarının” şahidi olduq. Hansı ki, özünü Osmanlı sultanlarına bənzədən icra başçısı Tahir Kərimovun şagirdlərin əllərində tutduğu qızılgül çələnginin altından keçməsi hələ də yaddaşımızdan silinməyib(FOTO 1,2).

Əlbəttə, təkcə icra başçılarının deyil, bir çox məmurların, vəzifəli şəxslərin buna oxşar əməllərinin şahidi olmaqdayıq. Həmçinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının və bu günlərdə həbs olunan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun öz adlarına 1 şüşəsinin qiyməti 5 min dollardan baha olan (FOTO 3,4) içkilər sifariş verdirməsi də bu qəbildən hesab oluna bilər. Hansı ki, bu faktlar həmin şəxslərin qanunsuz yollarla hədsiz varlanmasını nümayiş etdirməklə yanaşı, onların özlərini “seçilmiş”, “fövqəlgüc sahibi” hesab etdiklərinin bariz nümunəsidir.

Əlbəttə, hansısa məmurun özü haqqında yüksək fikirdə olması, belə desək, “padşahlıq” arzusuna düşməsi qəbahət deyil. Amma bu, xalqın sərvətini talamaq və ətrafındakı və tabeçiliyindəki insanları aşağılamaq hesabına olursa, ən böyük qəbahət hesab oluna bilər…

Gundemxeber.Az bildirir ki, hurriyyet.org-un əldə etdiyi məlumata əsasən, “padşahlıq” arzusunda olanlardan biri də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovdur. Qeyd edək ki, mətbuatda Zaur Hüseynovun xaricdə və ölkə daxilində böyük biznes şəbəkəsinə və milyonlarla dollar dəyərində sərvətə malik olduğu haqda çoxsaylı informasiyalar var. Görünür, bu səbəbdən də QSC sədri daha böyük iddialara düşüb. Doğrudur, o, Tahir Kərimov kimi gül çələnginin altından keçməyib. Və yaxud digər məmurlar kimi adına bahalı içkilər sifariş etdirdiyi haqda bilgimiz yoxdur. Amma Z.Hüseynovun əməlinin onlardan heç də geri qalmadığını deyə bilərik…

Dəyərli oxucularımızı intizarda saxlamaqdan qeyd edək ki, söhbət “Bakı Metropoliteni” QSC-nin sədrinin rəhbərlik etdiyi idarədə keçirdiyi qalmaqallı ad günündən gedir. Niyə qalmaqallı? Məsələ ondadır ki, Z.Hüseynovun ad günündə – sentyabrın 26-da Baş Polis İdarəsinin “Bakı Metropoliteni”ndə Polis İdarəsinin bu günlərdə vəzifəsindən azad olunan rəisi, polkovnik Samir Hüseynov qohumuna (Sabiq rəisin Zaur Hüseynovun bibisi oğlu olduğu bildirilir – müəl.) sürpriz hazırlamaq istəyib. Belə ki, tabeçiliyində olan bütün polis əməkdaşlarını “Bakı Metropoliteni” QSC-nin binasının həyətində toplayaraq, onları dəfələrlə “Ad günün mübarək”, “Təbriklər, cənab sədr!” deyə qışqırmağa məcbur edib. Bundan sonra Z.Hüseynov, dövlət başçılarının qarşılanma mərasimində olduğu kimi, yaşlı və cavan polislərin önündən keçərkən(FOTO 5,6), polis nəfərləri onun şərəfinə ucadan təbrik nitqləri səsləndirməyə başlayıb. Üstəlik, bu mərasim “Bakı Metropoliteni”nin operatoru tərəfindən video-lentə də alınıb. O cümlədən, bəzi əməkdaşlar tərəfindən gizlin şəkildə foto-çəkiliş də aparılıb. Tədbdir Z.Hüseynovun doğüm günü üçün sifariş olunan böyük tortun kəsilməsi ilə davam etdirilib…

Mənbə deyir ki, polislərin bir çoxu bu biabırçılığa öncədən etiraz etsə də, sonradan işlərini itirə biləcəklərindən ehtiyat edərək rəis (keçmiş-red.) Samir Hüseynovun əmrinə tabe olub. Məlumata görə, S.Hüseynovun bir neçə gün əvvəl daxili işlər naziri Vilayət Eyvazov tərəfindən vəzifəsindən azad olunmasına da məhz bu kimi qanunusuz əməlləri səbəb olub. Ən maraqlısı isə odur ki, Zaur Hüseynov qohumu olan polis rəisinə hüdudsuz səlahiyyət verdiyindən, idarədə kimsə rəhbərlikdən şikayət etməyə cəsarət etməyib. Şikayət edənlər isə müxtəlif şəkildə cəzalandırlıb…

Onu da əlavə edək ki, hansısa idarə rəhbərinin öz işçilərinin əhatəsində ad gününü qeyd etməsi normal haldır. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, bu, hansısa işçilərin aşağılanması və onların iradəsinə zidd əməllərə məcbur edilməsi hesabına olursa, şübhəsiz, bu, böyük qüsurdur və həmin şəxsin “öz yerində” olmadığının göstəricisidir.

Digər tərəfdən, prezident İlham Əliyevin dəfələrlə bu və digər məsələlərlə bağlı məmurlara irad tutmasına və digər məmurlara nümunə olsun deyə, öz doğum günündə cəbhə bölgəsinə, yaxud da qaçqın şəhərciklərinə baş çəkməsinə rəğmən, hansısa məmurun, vəzifəli şəxsin bu cür təmtəraqlı ad günü keçirməsi həm də ölkə başçısının iradəsinə qarşı çıxmaqdır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • İki icra başçısı arasında XƏRAC DAVASI

    İki icra başçısı arasında XƏRAC DAVASI ...

    3-02-2016, 14:00

  • 
  • Tahir Kərimov Azərbaycanı tərk etdi

    Tahir Kərimov Azərbaycanı tərk etdi ...

    11-08-2017, 16:58

  • 
  • Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa qoyuldu

    Rüfət Aslanlının Azərbaycandan çıxışına qadağa ...

    27-12-2018, 12:17

  • 
  • Salyanın icra başçısı dəyişdirilir…

    Salyanın icra başçısı dəyişdirilir… ...

    26-02-2016, 13:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu