Bir müddət əvvəl məktəblilərin tutduğu qızılgüllərin altından təmtəraqla keçərkən çəkilmiş şəklilə gündəmə gələn Salyan rayon icra başçısı haqda yeni məlumat daxil olub.
AFN.az-ın redaskiyasını məlumatlandıran mənbə bildirir ki, “qızılgül çələngi” qalmaqalından canını yeni qurtaran Tahir Kərimovun adı bu dəfə həmkarı ilə çəkişmədə hallanır. Belə ki, onun əvvəllər icra başçısı olduğu Daşkəsəndəki obyektləri həmin rayonun indiki başçısı Əhəd Abıyev tərəfindən “zəbt edilib”. Redaksiyamızı məlumatlandıran mənbə qeyd edir ki, T.Kərimov Daşkəsənə rəhbərlik edərkən bu rayonda bir neçə daş karxanası olub: “Vəzifəsini dəyişəndən sonra təbii ki, obyektlərini özü ilə aparası deyildi. Əhəd Avıyevlə “dostcasına” razılığa gəliblər-T.Kərimovun yeni başçıya “haqq” verməsi müqabilində”.
Lakin bu, yeni xəbər deyil və yeni olan devalvasiyadan sonra bu “centlemen razılaşması”nın pozulmasıdır. Belə ki, mənbəmizin sözlərinə görə, Ə.Abıyev dolların bahalaşmasını əsas gətirərək T.Kərimovun obyektlərindən alıdğı “haqqı” qaldırıb. Öz növbəsində sonuncu buna etiraz edib. Nəticədə iki icra başçısı arasında qalmaqal yaşanıb: “Hazırda əsas Ə.Abıyevin verəcəyi qərardır. Daşkəsənin başçısı daş karxanalarını bağlada da bilər, bütövlükdə T.Kərimovun əlindən ala da. Görünən odur ki, sonuncunun razılaşmaqdan başqa çarəsi qalmayıb”.
Yazıda qarşı tərəfin də mövqeyini verməyə çalışdıq. Lakin Salyan rayon İH-nin 021-255-50-10 saylı telefonuna etdiyimiz zənglər cavabsız qaldı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?