GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil Nazirliyi nədən bu işdə çarəsizdir? - İDDİA

Təhsil Nazirliyi nədən bu işdə çarəsizdir? - İDDİA

Tarix: 1-06-2020, 13:14 Bölmə :GündəmXəbər / Manşet Baxış: 585
Təhsil Nazirliyi nədən bu işdə çarəsizdir? - İDDİA


Azərbaycanda tender yolu ilə dövlət vəsaitlərinin mənimsənilməsi halları artıq inkaredilməz bir hala gəlib çatıb. Bu gün ölkənin əksər Kütləvi İnformasiya Vasitələrində dövlət satınalmalarının şəffaf keçirilməməsi və bu yolla ayrılmış vəsaitlərin müəyyən hissəsinin təyinatından kənarlaşdırılması hallarından bəhs edən hər gün onlarla məlumatlar yayılır.Hesablama Palatasının son hesabatında da dövlət satınalmalarının şəffaf keçirilmədiyi və bu yolla vəsaitlərin mənimsənildiyini təsdiq edən rəqəmlər var.Son aylarda işlərində buraxdıqdıqları ciddi nöqsanlara görə həbs olunmuş rayon İcra Hakimiyyəti başçılarının da ayrılmış dövlət vəsaitlərinin bir hissəsinin tender yolu mənimsədiklərini hüquq mühafizə orqanları da aşkar etdi.

Mədəniyyət nazirinin müavinin həbsində də podratçı təşkilat rəhbərləri tender yolu əldə etdikləri dövlət vəsaitlərinin müəyyən olunmuş hissəsini nəğd şəkildə sifarişçiyə qaytardıqlarını etiraf etdilər.Prezident İlham Əliyevin bu kimi halların qarşısının alınması məqsədi ilə atdığı addımlara, etdiyi çağırışlara baxmayaraq təəssüflər olsun ki, bir çox nankorlar dövlət vəsaitlərini talamaqdan əl çəkmək istəmirlər. Bütün bu kimi halların digər dövlət orqanlarında da baş verməsi bu gün istisna deyil.Götürək elə Təhsil Nazirliyini.Təhsil Nazirliyinə tabeli qurumlar tərəfindən keçirilən dövlət satınalmalarının qeyri şəffaf aparılması və bu yollarla vəsaitlərin israf olunması,kənarlaşdırılması hallarına biz ayrı bir məqalədə toxunacağıq.

GundemXeber. Az bildirir ki, Aktualinfo.org olaraq biz bu yazıda Təhsil Nazirliyi 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb tərəfindən keçirilmiş və artıq bir neçə dəfə geniş ictimaiyyətin diqqətinə çatırdığımız tender məsələsinə bir daha qayıtmaq istərdik.Mətləbə keçməzdən əvvəl isə xatırlatmaq istərdik ki,sözügedən internat məktəbin direktoru Gülnarə Abdullayeva məqalədə yazdıqlarımıza və qoyduğumuz suallara cavab vermək əvəzinə güya bizim ona dəfələrlərlə zəng edərək pul tələb etməyimiz barədə Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdi.Bakı şəhər Baş Polis İdarəsinə olunan bu şikayət öz təsdiqini tapmadı. Təbii ki,onunla iki ay ərzində bircə dəfə danışdığımızı və bu zaman da heç bir pul tələbində olmadığımızı sübut etdik.Lakin məsələ bununla bitməmiş qalır. Biz Bakı şəhər prokuroru İlqar Abbasova müraciət edərək jurnalistə böhtan, şər atdığına və bu yolla peşə fəaliyyətinə maneə olmağa çalışdığına görə Gülnarə Abdullayevanın barəsində qanun çərçivəsində ölçü götürülməsini xahiş etdik. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə isə müraciət edərək 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbin fəaliyyətinin araşdırılması məsələsəni qaldırdıq.Lakin Baş prokurorluğun sözügedən hər iki qurumundan da bu günə qədər hər hansı bir tədbirin görülməsi barədə heç bir cavab almadıq.Niyə? Bir mətbuat orqanı olaraq internat məktəbdə dövlət vəsaitinin tender yolu ilə mənimsənildiyini aşkar etdiyimizə görə? Axı Prezident İlham Əliyev öz çıxışlarında ictimai nəzarətin gücləndirilməsində mətbuatın böyük rol oynadığını dəfələrlə vurğulayıb.Bəs onda bu qədər müraciətlərdən sonra,dövlət vəsaitlərindən səmərəli istifadə etməyən,israfçılığa yol verən, satınalmalar haqqında qanunun tələblərini pozan, mətbuat işçisinə şər,böhtan atan,onun peşə fəaliyyətinə maneəçilik törədən bir direktorun fəaliyyəti bu gün niyə araşdırılmamış qalır?

Biz artıq yeni təyin olunmuş Baş prokuror Kamran Əliyevə müraciət edirik.

11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbı tərəfindən 30.03 2020-ci ildə 20000 kubmetr içməli suyun satınalmasına dair elan etdiyi tender üzrə 16.03.2020 -ci ildə “Dostluq Servis” MMC ilə 80000 manat məbləgində bağlamış müqavilədə şübhəli məqamların görsəndiyi barədə Aktualinfo.org saytında 03.04 2020-ci ildə məqalə yayılmışdır. Sözügedən internatın direktoru Gülnarə Abdullayeva məqalədə göstərilənlərə münasibət bildirmək, qoyulan suallara cavab vermək əvəzinə Aktualinfo.org saytının rəhbərliyi barədə Bakı şəhər Baş Polis İdarəsinə güya ondan hədə-qorxu yolu ilə pul tələb edildiyinə görə şikayət etmişdir.

Gülnarə Abdullayevanın polisə də,məhkəməyə də müraciət etmək hüququ vardır.Amma direktorun bu hüququndan mətbuat işçisinə şər və böhtan atmaq yolu ilə istifadə etməsi heç cür anlaşılan deyil.Xanım direktor dəfəlrlə ona zəng etdiyimizi,pul tələb etdiyimizi yazarkən yəqin hansı əsrdə yaşadığını unudub.İndi telekommunikasiya əsridir Gülnarə Abdullayeva. Müasir texnologoyilar vasitəsi ilə kimin kimə,neçə dəfə,hansı məqsədlərlə zəng etdiyini aydinlaşdırmaq o qədər də çətin məsələ deyil və səylərimiz sayəsəində tez bir zamanda öz həllini tapdı, bizim direktora iki ay ərzində dəfələrlə deyil, yalnız bir dəfə zəng etdiyimiz təsdiq olundu. Qeyd edək ki,bizlərə təzyiq göstərmək üçün Gülnarə Abdullayeva tərəfindən atılan bu addımın nə ilə sonuclanacağından asılı olmayaraq, Aktualinfo.org internat məktəbdə baş verən bəzi gizlin sövdələşmələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda davam edəcək.

Bilgəh qəsəbəsində,gözdən könüldən üzaq bu internat məktəbdə nələrin baş verdiyini ötən yazılarda oxucuların diqqətinə çatdırmışdıq.Burada. bu qədər qanunsuzluqlara yol verdiyi halda xanım direktorun özünü təmizə çıxarmaq istəyi başa düşüləndi.Amma Gülnarə Abdullayevanın konkret adlarla,rəqəmlərlə,vaxtla göstərdiklərimizi böhtan adlandırması başa düşülən deyil. Biz mətbuat orqanı olaraq yazdıqlarımızın üstündə dayanırıq və burada heç bir böhtana yol verilmədiyini bir daha qeyd edirik.11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə tenderin qalibinin ”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması və ondan 20 gün sonra, yəni 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanılması barədə məlumatları biz dövlətin rəsmi orqanından əldə etmişik.Müqavilənin bağlanması barədə rəsmi bildiriş 16.03.2020-ci ildə elan olunub. Xanım direktor əgər bunları böhtan hesab edirsə, onda bu yalan məlumatları dövlət orqanı nə üçün yayıb?

Gülnarə Abdullayevanın özünü təmizə çıxarmaq istəyi redaksiyanı 11 nömrəli inteqrasiya təlimli İnternat Məktəb ətrafında daha geniş araşdırmalar aparmağa vadar etdi. Araşdırmalar zamanı əldə etdiklərimiz bizi bir qədər təəccübləndirdi. Yuxarıda qetd etdiyimiz kimi,11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən 30.03 2020-ci ildə 20000 kubmetr içməli suyun satınalmasına dair tenderin nəticələrinə görə 80000 manat məbləğində müqaviləni “Dostluq Servis”MMC ilə bağlanmışdır.Qeyd edək ki, Dostluq Servis MMC 09.02.2016-cı ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisinin MİRİYEV FAMİL ŞAMİL OĞLU olan MMC nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. , ev 187, m. 79-dur.

Araşdırma zamanı 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəb bu ünvanda,yəni BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, AZADLIQ PR. ,ev 187, m.79 yaradılmış başqa bir MMC ilə də müqavilə bağlaması barədə əlavə məlumatlar əldə etdik. Belə ki,İnternat Məktəb tərəfindən çirkab suyun daşınması üzrə kotirovka sorğusunun 21.02.2020-ci il tarixdə”ANAR SERVİS MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə 22000 manat dəyərində müqavilə bağlanmışdır. Qanuni təmsilçisi NAİLƏ MİRİYEVA MAİS QIZI olan bu MMC də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə 02.02.2016-cı ildə dövlət qeydiyyatına alınmışdır.Qanuni təmsilçisi MİRİYEV FAMİL ŞAMİL OĞLU olan “Dostluq Servis”MMC-dən cəmi bir həftə əvvəl.Hüquqi ünvanı eyni olan bu MMC lərin bir ailəyə sahib olması demək deyilmi? Nizamnamə kapitalları 200 manat olan bu MMC-lər kimə məxsusdur? Gülnarə Abdullayevanı bu aılə ilə nə kimi işbirliyi bağlayır? Təhsil Nazirliyinin bu müəmmalı tenderlərdə nə kimi rolu var?Bunlar barədə növbəti yazılarda.

Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdə Gülnarə Abdullayeva İnternat Məktəbin bütün maddi texniki işlərinin Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini qeyd edib.Direktorun bu iddiasına Təhsil Nazirliyinin rəsmiləri nə üçün susqunluq nümayiş etdirirlər? Təhsil Nazirliyi bununla içməli suyun satınalması üzrə keçirilmiş tenderdə yol verilmiş qanun pozuntularını bəlkə öz üzərindən atmaq istəyir? Bəlkə elə direktoru polisə müraciət etməyı öyrədənlər də nazirlk rəsmiləri olub? Təhsil Nazirliyi nəhayət, bütün bu kimi qaranlıq məsələlərə aydınlıq gətirməlidir.

Cəmi 40 gün içində bir ailəyə məxsus MMC-lərlə bağlanmış 100 min manat dəyərində müqavilələrin araşdırılması üçün Aktualinfo.org daha haralara müraciət etməlidir? Bizi izləyin.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini sübut edən növbəti SƏNƏD - FOTO

    Nazirlikdə dövlət vəsaitinin mənimsənildiyini ...

    25-10-2015, 19:28

  • 
  • İcra hakimiyyətlərinin tender oyunu - lazımi tədbirlər görəcək

    İcra hakimiyyətlərinin tender oyunu - lazımi ...

    12-12-2018, 11:48

  • 
  • Faiq Hüseynov və Şamil Abdullayev təkcə, «ARAM ARİES» avadanlığının ehtiyat hissəsinin tender yolu ilə alınmasından əldə etdiyi pulla özünə otel tikdiriblər

    Faiq Hüseynov və Şamil Abdullayev təkcə, «ARAM ...

    18-05-2016, 18:37

  • 
  • Nazirlə bağlı qərar veriləcək... - Gözlənti

    Nazirlə bağlı qərar veriləcək... - Gözlənti ...

    13-05-2020, 16:40

  • 
  • İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi

    İki İcra Hakimiyyəti, bir komitədə yoxlama - Rəsmi ...

    8-04-2015, 19:27


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu