GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Kəbirə Məmmədova “Binə”nin satıcılarından işləmədikləri ayların pullarını tələb edib – “Bu, allahsızlıqdır”

Kəbirə Məmmədova “Binə”nin satıcılarından işləmədikləri ayların pullarını tələb edib – “Bu, allahsızlıqdır”

Tarix: 1-06-2020, 16:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 607
Kəbirə Məmmədova “Binə”nin satıcılarından işləmədikləri ayların pullarını tələb edib – “Bu, allahsızlıqdır”


Karantin rejimi dövründə qoyulan məhdudiyyətlərin bir qisminin aradan götürülməsi ilə ticarət mərkəzlərinin və “MALL”ların fəaliyyəti bərpa edildi.

Gundemxeber.Az bildirir ki, musavat.com-un əməkdaşı iyunun 1-də Bakının ən böyük ticarət mərkəzlərindən olan “Binə” Ticarət Mərkəzində olub.

Əməkdaşımız karantin rejimindən sonra bazardakı vəziyyəti öyrənib, sahibkarların problemlərini dinləyib, koronavirusla mübarizə çərçivəsində ticarət mərkəzinin necə fəaliyyət göstərdiyini müşahidə edib.

“Binə” əvvəlki vəziyyətinə qayıtmağa başlayır...

Bazarın dayanacaqlarında maşın saxlamağa yer tapmaq çətin məsələdir.

Düzdür, avtomobillərin əksəriyyəti bazarda çalışanların olsa da, artıq müştərilər də bazara üz tutmağa başlayıb.

Ticarət mərkəzinin girişlərindəki yeməkxanaların əksəriyyətinin işləmədiyi görürük. Tək-tük dönərxananın fəaliyyəti gözə çarpır və qarşısında insan sıxlığı müşahidə etmək olur. Bir çox yeməkxanalarda isə təmizlik işlərinə başlanıb.

Bazar ətrafındakı sanitar qovşaqların hamısı istifadəyə verilib.

Lakin heç birində gigiyena qaydalarına əməl edilmir. Natəmizlikdir və ödənişi 30 qəpik olan sanitar qovşaqların heç birində dezinfeksiya mayeləri yoxdur.

Artıq mağazalardan ödənişlər tələb edilir...

Bazarın ilk sıralarında qoltuğunda dəftər olan şəxsin satıcıdan ödəniş tələb etdiyini eşidirik.

Satıcı isə “saat 10-da Bismillah eləmişik, imkan verin”, - deyə, cavab verir. Ödəniş tələb edən şəxs isə “özümə yığıram ki...” deyə satıcıya minnət edir və mübahisə böyüyür. Daha sonra satıcı “iki aydır evdəyik, aman verin başlayaq” deyərək ödəniş etməyəcəyini deyir.

“Çəkiliş var, maska taxın...”

Müşahidələrimizi davam etdirmək üçün ticarət mərkəzinin geyim satılan sıralarına üz tuturuq. 5-ci sıraya addımımızı atan kimi televiziya kanallarından birinin çəkiliş apardığını görürük.

Bazar rəhbərliyindən olduğunu hər hərəkəti ilə hiss etdirən kostyumlu şəxs həm çəkiliş aparanlara, həm satıcılara, həm də bazarda olan digər şəxslərə məsləhətlərini verir.

Bir satıcı kamera qarşısına keçir və ticarət mərkəzinin karantin rejiminə uyğun olaraq, bütün qaydalara əməl etmək şərti ilə fəaliyyət göstərdiyini danışmağa başlayır.

Bu zaman ticarət mərkəzinin vəzifəli şəxsi kamera qarşısından keçənlərə nəzarət edir və maskasız müştəri və satıcılara xəbərdarlıq edir. Anidən xadimələrdən biri təmizlik işlərini davam etdirərkən kameranın görüntü ərazisinə daxil olur.

Elə bu vaxt ticarət mərkəzinin kostyumlu rəsmisi hay-həşir salır:

“Ay arvad, ay arvad, hara gedirsən? Heç yeridi? Çıx burdan...”.

Çəkiliş davam edir və kostyumlu şəxs mağazalara baxaraq hamının maska taxıb-taxmadığını yoxlayır və çəkiliş üçün daha bir mağaza axtarır. Yaxınlaşdığı ilk mağazanın qapısını açaraq soruşur:

“Hamınızda maska var? Taxın, indi buranı da çəkəcəklər”.

Beləliklə ticarət mərkəzində görüntü xətrinə çəkiliş davam edir. Amma mənzərə heç də axşam efirdə göstəriləcək kimi deyil. Çünki nadir hallarda müştərilərin və satıcıların maska taxdığını görmək olur. Düzdür, bir ara satıcılar dünəndən maska ilə bağlı xəbərdarlıq aldıqlarını, bu gün isə pulsuz maskaların paylandığını deyirlər, amma...

Mağazalar bu gün açılıb, pul yığanlar gəlib...

Satıcılarla söhbət edərkən öyrəndik ki, artıq iyun ayının elektrik enerjisinə görə ödənişlər tələb edilir.

“Bu gün işə çıxmışıq, bu gün də gəliblər ki, işıq pulu verilməlidir. Aylıq 130 manatı indidən tələb edirlər. İşləməyən adam pulu hardan alıb versin?” - deyə, satıcılar söyləyir.

Kimdən kimə şikayət edəsən?

Satıcılar deyir ki, şikayətə baxan da yoxdur:

“5-10 nəfər yığışsa, şikayət eləsə, həmin adamlara problem yaradacaqlar. Bu adamlar allahsızdır. Elə deyirlər ki, pul ver”.

Ticarət mərkəzi son 10 gündə də işləyirmiş. Amma elektrik enerjisi olmadan. İşləyən mağazalar da topdan satış edənlər imiş.

“Səhər gəlib günortaya qədər malları paylayırdıq. Şəhərdəki mağazalara işləməyə icazə veriblər. Bəs onlar malı hardan almalı idilər? İşıqsız işləyib, getmişik. O da cəmi 10 gün”, - deyə, satıcılar bildirir.

Kəbirə deyir ki, pulu özüm yığacam...
Mənim elə qardaşım oğlu yoxdur” — Kəbirə Məmmədova

Mağaza sahibləri mart ayının 20-dən sonra işləmirlər. Ancaq onlardan aprel və may aylarına görə icarə haqları tələb edilir. Bu barədə bazarın rəhbəri Kəbirə Məmmədova (“Binə Kəbirə”) mağaza sahiblərinə xəbərdarlıq göndərib.

Ticarət Mərkəzinin həndəvərində belə mühafizəçilərlə gəzən Kəbirə Məmmədova deyib ki, kim ödənişi etməsə, mağazasına özüm gələcəm...

“Bazarın böyüklüyünü görürsünüz. Amma ancaq 6-7 sıra işləyir. Əksər mağazalar boşaldıb. Kim imkan eləsə, “Sədərək”də yer tapsa, malını yığıb ora gedir. Çünki orada adamın halını başa düşürlər. Amma burda deyirlər ki, ver, ver, ver... Burada yalan yoxdur. Baxın, nə qədər mağazalar, sıralar boş qalıb. Hamısı da camaata edilən zülmün nəticəsidir...”, - satıcılardan eşitdiyimiz son sözlər belədir...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bu tarixdən bərpa olunur

    İri ticarət mərkəzlərinin və “Mall”ların ...

    29-05-2020, 17:00

  • 
  • ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ittiham olunur

    ”Binə” ticarət mərkəzinin rəhbəri dələduzluqda ...

    23-09-2016, 01:20

  • 
  • "Binə" ticarət mərkəzinin sahibkarları etiraz edir

    "Binə" ticarət mərkəzinin sahibkarları ...

    25-12-2013, 15:26

  • 
  • ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin qarşısına toplaşdılar

    ​Binə Ticarət Mərkəzində AKSİYA – Baş ofisin ...

    26-04-2018, 17:10

  • 
  • "Binə" Ticarət Mərkəzi də "plana düşdü" - Kəbirə Məmmədovanın "kitabı bağlanır"

    "Binə" Ticarət Mərkəzi də "plana ...

    24-03-2014, 17:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu