Onlar Kəbirə Məmmədovanın yanğın hadisəsinə görə cavab verməsini tələb edirlər
Hadisə Hazırda “Binə” ticarət mərkəzində baş verən yanğın zamanı malları yanan sahibkarlar, onlara dəyən ziyanın ödənilməsini istəyirlər. Sahibkarlar K.Məmmədovanın ofisinin qarşısında toplanıblar. Kütləvi informasiya vasitlərinin məlumat almasına maneçilik törədilir. Küllü miqdarda ziyana düşdüklərini deyən mağaza sahibləri K.Məmmədovanın hadisəyə görə cavab verməsini tələb edirlər. K. Məmmədova orada olmadığı üçün sahibkarları onu əvəzləyən Dilşad İsmayılova və firmanın hüquqşünasları Fuad Cəfərov qəbul ediblər.
Qeyd edək ki, ötən gün axşam saatlarına “Binə” Ticarət Mərkəzində güclü yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata görə, yanğın zamanı 45 mağazaya ziyan dəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?