GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY

Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY

Tarix: 4-06-2020, 11:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 686
Əhmədzadənin rayonunda narazılıq var... - GİLEY


Zaqatalanın Aşağı Tala və Muxax kəndlərinin sakinlərinin içməli su problemi var. Sakinlər içməyə sularının olmadığını, məcbur qalıb bulanıq, palçıqlı çay suyu içdiklərini söyləyirlər. Bunun da onların səhhətinə mənfi təsir etdiyini deyirlər. Gundemxeber.Az DİA.AZ bildirir ki, sakinlər bir müddət öncə su yoxluğuna görə Prezident İlham Əliyevə də şikayət ünvanlayıblar: “Məktubumuz şikayətimizə baxılması üçün Zaqatala Rayon İcra Hakimiyyətinə ötürülüb. Necə ki, bu neçə ildə veclərinə deyildi, indi də veclərinə deyil”.

Muxax və Aşağı Tala əhalinin sayına görə Zaqatala rayonunun ən böyük kəndlərindəndir. Şikayətçilər bildirirlər ki, bu kəndlərin su təchizatı sistemləri uzun müddətdir yararsız haldadır. Hər iki kəndin sakinləri içməli suyun yoxluğundan əziyyət çəkir: “Çoxsaylı müraciətlərə aidiyyatı qurumlar tərəfindən baxılmır. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair verilən sərəncam və fərmanlar arasında təəssüf ki, Zaqatalada su təchizatının yaxşılaşdırılmasına dair heç bir sənəd yer almır. Halbuki hər iki kənd 10 ildir su problemi ilə üz-üzədir. Bu sahədə işin görüldüyünə dair layihələr üçün büdcə vəsaiti ayrılsa da, təyinatı üzrə bura qədər heç bir iş görülməyib. Xüsusən də pandemiya dövründə susuzluğun yarada biləcəyi təhlükəni nəzərə alaraq, bu onillik problem haqqında rəsmi şikayət etmək istədik”.

Sakinlər deyirlər ki, 21-ci əsrdə regionun ən güclü ölkəsinin vətəndaşının içməli suyunun olmaması biabırçılıqdır: “Bizi içməli su ilə təmin etmirlər. Əvəzində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də iki daşın arasında Koronavirusla Mübarizə Fonduna 300 min manat ianə edir. Bir cibdən al, o biri cibə qoy. Əgər vəsait varsa, daha böyük problem də var. Birinci onu həll etsinlər”.

Muxax sakinləri bildirirlər ki, 10 min sakin suyu maşınlardan almaqla keçinir. Halbuki kənd elə dağların arasında yerləşir. İstəsələr, asanlıqla bütün əhalini su ilə təmin edə bilərlər: “Ancaq istəmirlər. İçməli su çaydan gəlir. Su hövzəsinə dolur, ordan da kəndə. Sabunçu kəndinin yuxarı hissəsində yerləşən hövzədə sutəmizləyici qurğu yoxdur. Çayın suyu tez-tez artdığından və ya azaldığından suyun yeri dəyişir, Muxaxa gedən su bununla bağlı azalıb artır, yağışa görə torpaqlı, palçıqlı olur və s. 2016-cı ildə suya görə kənddə nə qədər uşaq zəhərləndi. Sonradan məlum oldu ki, hövzədə heyvan cəsədi tapılıb. O qədər təhlükəlidir. Qorunmur, təmizlənmir, birbaşa kəndə verilir”.

Muxaxın 10 min nəfər sakini var. Şikayətçilər deyirlər ki, yay aylarında içməli suyun bir tonuna 5-10 manat pul ödəyirlər. O da ki, yenə təmiz su deyil: “Kənd sakinlərinə içməli su adı ilə suvarma üçün olan çaylaq suyu verilir. Bu suyun keyfiyyəti standarta uyğun olmadığından insanların səhhətində problemlər yaranır. 2016-cı ildə onlarla uşağın sudan zəhərlənməsi halı baş verib. Buna səbəb kəndə gələn su borusunun mənbəyində tapılan heyvan cəsədi olmuşdu. Zaqatala rayon Su Təsərüfatı İdarəsinin rəhbərliyi kənd sakinlərinin şikayətinə baxmayaraq uşaqların kütləvi zəhərlənməsini günvurma ilə əlaqələndirmişdi”.

Sakinlər deyirlər ki, içməli suyun keyfiyyətinin standarta uyğun olmaması su hövzəsindəki filterlərin istifadəyə yararsız vəziyyətdə olması ilə əlaqədardır. Kəndə su əvvəlki illərdə iki ayrı boru ilə gəlirmiş. Lakin borulardan biri torpaqdan çıxarılıb satılıb. Kənd sakinləri imza toplayaraq aidiyyatı qurumlara müraciət etsə də, əhalinin içməli su problemi hələ həllini tapmayıb.

Aşağı Tala kəndinin isə 8000 nəfər əhalisi var. Sakinləri deyirlər ki, kəndin su xətti keçən əsrin 70-ci illərində çəkilib. Sözügedən su xətti mənbəyini Meşleş körpüsünün yuxarı hissəsindən götürür, Yuxarı Tala ərazisi ilə gəlir, Aşağı Talanın başlanğıcındakı su anbarına (anbarın vəziyyəti çox acınacaqlıdır) tökülür: “Suyun keyfiyyəti standartlara uyğun deyil. Əhaliyə bulanıq çay suyu verilir. Təmizləyici filterlər yararsızdır. Bələdiyyə vaxtaşırı su mənbəyində təmir işləri aparsa da, kəndin içməli su probleminin həlli üçün yeni su hövzəsinin inşasına ehtiyac var. Xırda təmirlər üçün isə kənd sakinləri öz aralarında pul toplayaraq, müvəqqəti həll yolu tapırlar. Bunun isə sonu yoxdur”.

Sakinlər su ilə təmin edilməyi tələb edirlər. Bildirirlər ki, içməli suyun keyfiyyəti sanitariya tələblərinə, o cümlədən dövlət standartlarına uyğun gəlmədiyi üçün bu halların araşdırılmasına dair göstəriş verilməlidir. Aidiyyatı qurumlar problemin həlli üçün tez bir zamanda fəaliyyətə keçməli, deputat Elşən Musayev Zaqatala rayonunda su təchizatı və su təsərrüfatı ilə bağlı məsələni parlamentdə müzakirəyə çıxarmalıdır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağsu rayonuna verilən içməli su xəstəlik mənbəyidir" - ŞİKAYƏT

    Ağsu rayonuna verilən içməli su xəstəlik ...

    7-09-2018, 00:11

  • 
  • İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM

    İlham Əliyev bu ASC-yə vəsait ayırdı – SƏRƏNCAM ...

    1-04-2020, 12:54

  • 
  • Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

    Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM ...

    13-04-2020, 14:52

  • 
  • İçməli suyun verilişində məhdudiyyətlər olacaq

    İçməli suyun verilişində məhdudiyyətlər olacaq ...

    26-11-2013, 11:55

  • 
  • Prezidentdən 9 yaşayış məntəqəsi ilə bağlı SƏRƏNCAM

    Prezidentdən 9 yaşayış məntəqəsi ilə bağlı ...

    4-03-2020, 17:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu