GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Tahir Məmmədovla komandasının korrupsiyası:Daha bir icra başçısı həbs oluna bilər-VİDEO

Tahir Məmmədovla komandasının korrupsiyası:Daha bir icra başçısı həbs oluna bilər-VİDEO

Tarix: 10-06-2020, 10:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 586
Tahir Məmmədovla komandasının korrupsiyası:Daha bir icra başçısı həbs oluna bilər-VİDEO


Şamaxı rayonu kadr islahatlarının ilk mərhələsində sevinənlərdən olmuşdu. İctimai Televiziyada vəzifə tutmuş Tahir Məmmədovun icra başçısı təyin olunması rayona işləməyə həvəsli bir gəncin rəhbər gətirilməsi kimi xarakterizə olunurdu.

T.Məmmədova yüksək etimad göstərilməsi, Şamaxı kimi qədim, strateji və hakimiyyət daxilində siyasi baxımdan simvolik məna daşıyan bir bölgəyə başçı təyin olunması ciddi hadisəydi. Onun üzərinə olduqca böyük məsuliyyət qoyulmuşdu.
Bu, həmin dövrə təsadüf edirdi ki, gənclərə yüksək vəzifələr verilməsi yeni başlanırdı. İctimaiyyət prezidentin qərarlarını təəccüblə qarşılayırdı.
Cəmiyyət odioz, yekəqarın, rüşvətxor, sahibkarlardan pul yığmaqdan başqa işi olmayan icra başçılarının rotasiya qaydası ilə təyin edilmələrinə vərdiş etmişdi.

Amma təməli Tahir Məmmədovla qoyulan proses Mirhəsən Seyidov, Seymur Orucov, Nahid Bağırov kimi daha da azyaşlı gənclərə icra başçısı postu həvalə olunması ilə dərinləşdi.
Gundemxeber.Az bildirir ki, anaxeber.info-nun analitik şöbəsinin qənaətinə görə, T.Məmmədov Şamaxı rayonunda ilk vaxtlarda sakit işləməyə üstünlük verirdi.



Amma bir qədər sonra sükut pozuldu, narazılıqlar, şikayətlər baş qaldırmağa başladı. Məlum oldu ki, icra başçısının ağına, qarasına, yəni yaşına baxmaq lazım deyil, əgər işini kristal şəkildə quracaqsa, hətta 75 yaşı da ola bilər.
Misal üçün Şamaxıda Əlipaşayevlər ailəsinin yaşadığı və sürüşmə zonasına yerləşən ev dağılıb. Ailə bir müddət qohumların evində yaşayıb. Elnur Əlipaşayev fövqəladə hallar naziri ilə görüşəndən sonra ailəyə çadır verilib. Üç azyaşlı və xəstə uşaq 2 ildir ki, çadırda yaşayır.
Onun sözlərinə görə, Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyi onu iki dəfə aldadıb: "Zəlzələdən sonra çoxmənzilli binalar tikilməyə başlandı. Biz icra hakimiyyətinə müraciət etdik, dedilər, nəzərimizdəsiz, səbrli olun, 44 mənzilli bina tikilir, o binadan sizə 3 otaqlı mənzil veriləcək”.
Bina hazır olandan sonra icra hakimiyyətinə dəvət olunub, tikilən binadan mənzillə təmin olunması münasibətilə onu təbrik edərək prezidentə təşəkkür məktubu göndərməsini istəyiblər.
İşə baxın, Tahir Məmmədov kimi gənc icra başçısı da köhnə, şablon üslubdan istifadə edir. Kəsəsi, vətəndaş məktub göndərir, ötən ilin dekabrında zəng vurub icra hakimiyyətinə dəvət edilib.
"Mənzillərin açarları paylanırdı, yuxarı mərtəbədən bir əməkdaş düşdü, soruşdu ki, pulla gəlmisən? Dedim, nə pul? Dedi, bilmirsən ki, mənzilin açarına görə şirinlik verməlisən? Pul gətirməmisənsə, vaxtımızı alma. Anladım ki, mənzillər pul verənlərə paylanır”.
Əlipaşayev bu dəfə prezidentə teleqram vuraraq təşəkkür məktubunun ona icra hakimiyyətində yazdırıldığını və aldadıldığını bildirib.
Bu dəfə icra hakimiyyəti onu dəvət edərək söz verib ki, növbəti binadan ailə mütləq ikiotaqlı mənzillə təmin olunacaq.
"Heydər Əliyevin doğum günündə - mayın 10-da növbəti binanın mənzillərinin açarları da paylandı, yenə bizə mənzil verilmədi. İkinci dəfə aldadıldıq”, - sitatın sonu...
Belə çıxır ki, T.Məmmədov Şamaxıda ev satışı ilə məşğul olur. Görəsən, ölkə başçısı İlham Əliyev onu rayona hansı missiya ilə göndərib?
T.Məmmədov vəzifəyə gələndə kadr seçimində də şamaxılıları məyus edib. O, sürücü, maliyyəçi, köməkçi, tikintiləri layihələndirən köməkçi, təhsil şöbəsi müdiri, aqrae sektor üzrə şöbə müdirini özü ilə gətirib. Məgər Şamaxıda mütəxəssislər yoxdur?
Mediada gedən yazılarda iddianlar səslənir ki, indi köməkçisi Yaqub Yaqubov Şamaxının həm icra başçısı, həm prokuroru, həm polis rəisidir. Yaqubovsuz heç kim ev tikə, hər hansı bir işə qəbul oluna bilməz.
Hətta uşaq bağçasında tərbiyəçi də Yaqubovun "bığının altından” keçməlidir. Şamaxıda heç bir idarə, məktəb, xəstəxana rəhbərliyi başçı köməkçisinin razılığı olmadan addım atmır.
Rayonun Şəhriyar qəsəbə sakini Bayramov Babayar Allahyar oğlunun mətbuatda dərc edilən məktubunda da sensasion məqamlar var idi.
Sitat: "Yaqub Yaqubov nəinki bələdiyyə sədrlərini və onların müavinlərini, hətta bələdiyyə üzvlərini də özü təyin edir.
Tikinti sektoruna Tahir Məmmədovun xalası oğlu Araz rəhbərlik edir. Onun razılığı olmadan heç kim daşı daş üstünə qoya bilməz. Bütün layihələri o tərtib etməlidir, başqa heç kim.
Tahir Məmmədov Şamaxını sanki icarəyə götürüb. Kadr məsələlərini də Yaqub Yaqubov həll edir. Beş vəzifəyə dalbadal rayonun Göylər kəndindən olan kadrlar yerləşdirilib.

Təhsil şöbəsinin müdiri - Göylər.
Səhiyyə şöbəsinin müdiri - Göylər.
Çaylı kəndi üzrə nümayəndə - Göylər.
Şəhriyar qəsəbəsi üzrə nümayəndə - Göylər.
Aqrar inkişaf mərkəzinin müdiri - Göylər
.

Bu kadrların 5-i də dostbazlıq prinsipi üzrə Yaqub Yaqubovun tələbə yoldaşı vasitəsilə təyin edilib”.
Məktubda deyilir ki, Azərbaycan Müəllimlər institutunun müəllimi Mayıl Alcanov vasitəsi ilə Yaqubova 25.000 manat çatdırıldıqdan sonra bu sövdələşmə baş tutub:
"Əslən rayonun Göylər kəndindən olan 2015-ci ildə keçmiş başçı Asıf Ağayev tərəfindən işdən qovulan, 4 il küçələrdə avaralanan İxtiyar Xəlilovu da Şəhriyar qəsəbə icra nümayəndəsi təyin edirlər, İxtiyar Xəlilovu əvvəlcə " Təmiz Şəhər” MMC- yə, iki aydan sonra Şəhriyar qəsəbəsinə nümayəndə təyin edirlər.
Şəhriyar qəsəbə nümayəndəsinin müavini Elsevər Qəhrəmanov Yaqubovla məsləhətləşərək sosial yardım almaq istəyən qəsəbə sakinlərinin hər birinə 1000 manat müqabilində saxta arayışlar təqdim edərək küllü miqdarda dövlət vəsaitini mənimsəmişlər. Məsələnin üstü açıldıqda yardımların verilməsi dayandırılıb”.
Göründüyü kimi, biz heç nə iddia etmirik, evi dağılan sakin iki dəfə aldadılıb və İH ona ev verməyib, digəri isə yerli sakindir və baş verənləri, icra başçısının komandasının əməllərini yazır.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şamaxı rayonu icra başçısı vəzifəsindən azad edildi - PREZİDENTDƏN SƏRƏNCAM

    Şamaxı rayonu icra başçısı vəzifəsindən azad ...

    30-10-2018, 16:00

  • 
  • Yasamalın yeni icra başçısı kim olacaq?

    Yasamalın yeni icra başçısı kim olacaq? ...

    12-07-2017, 15:43

  • 
  • Ziya Məmmədovun yeni ambisiyaları

    Ziya Məmmədovun yeni ambisiyaları ...

    11-04-2017, 16:14

  • 
  • Salyanın icra başçısı dəyişdirilir…

    Salyanın icra başçısı dəyişdirilir… ...

    26-02-2016, 13:53

  • 
  • Laçın rayonuna yeni icra başçısı təyin edilib

    Laçın rayonuna yeni icra başçısı təyin edilib ...

    17-06-2016, 00:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu