Sabiq nazir öz kadrını Ucara icra başçısı təyin etdirməyə çalışır
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovla bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Əldə etdiyimiz məlumata görə, sabiq nazir yerlərdə yüksək vəzifə tutan kadrlarını digər kadrları ilə əvəz etdirmək üçün aldadıcı taktikalardan istifadə edib başqalarının əli ilə "yuxarılar"la dil tapmağa səy göstərir.
Etibarlı mənbənin məlumatına görə, hazırda Ucar, Quba və s. rayonların icra başçısları keçmiş Nəqliyyat Nazirinin kadrlarıdır. Həmin rayonları əldən verməmək üçün bir kadrının digəri ilə əvəz olunması istiqamətində işlərə girişən Ziya Məmmədov ona yaxın olan Oğuz Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevi Ucar Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gətirmək planını rellaşdırmaq istəyir: "Yuxarı dairələr Tahir Quliyevin Ziya Məmmədovun adamı olmasını bilmirlər.Ancaq Oğuzun polis rəisi Tahir Quliyev Ziya Məmmədoviun ən sadiq kadrlarındandır ki, onların ailəvi dostuqları indi də davam edir. Bir neçə gün öncə görüşən dostlar razılığa gəliblər ki, keçmiş nazirin maliyyə dəstəyi hesabına polis rəisi Tahir Quliyev şəxsi kanalları ilə Ucar Rayon İcra başçısı vəzifəsinə gələ bilsin. Burada keçmiş nazirin məqsədi nəyin bahasına olursa-olsun, doğulduğu rayonu əldən verməməkdir".
Mənbənin bildirdiyinə görə, Tahir Quliyev 6 il (2009-2015) Ucar Rayon Polis Şöbəsinin rəisi işləyib, oradan Oğuzun polis rəisi vəzifəsinə təyin edilib: "Tahir Quliyev DİN-in aeroportdakı şöbəsinin rəisi vəzifəsində işləyən zaman Əliağa Hüseynova məxsus 100 milyon dolların ölkədən çıxarılması əməliyyatında iştirak etdiyi üçün MTN tərəfindən saxlanılmışı. Həmin zaman Ziya Məmmədov qudası Əliağa Hüseynova görə onun canını həbs edilməkdən qurtarıb öz kurasiyasında olan Ucar RPŞ-nin rəisi vəzifəsinə təyin etdirib. Tahir Quliyevin yaş senzi bir neçə ildir ki, ötsə də, o, Ziya Məmmədovun köməyi nəticəsində hələ də polis rəisi vəzifəsində işləyir".
Ən maraqlısı isə odur ki, mənbənin sözlərinə görə, Tahir Quliyev yaxın vaxtlarda Ucara icra başçısı vəzifəsinə təyin olunacağı barədə yaxın ətrafına danışıb və rayonda vəzifə bölgüsü siyahısını da tərtib edib: "Tahir Quliyev fəaliyyəti dövründə ciddi nöqsanlara yol verib. Cəmiyyətdə o, vəzifəli şəxs kimi deyil, kommersant kimi qəbul olunur.Tahir Quliyevin Azərbaycan dövlətçiliyinə etdiyi hörmətsizliyi indiyə qədər heç bir vəzifə sahibi edə bilməyib. Belə ki, ərdə rayonundakı "Qızıl Balıq" restoranının qarşısında yerləşən mərhum prezident Heydər Əliyevin böyük portretinin üzərinə restoranın adı olan şəkili yapıdırmışdı. Əslən Bərdədən olan Tahir Quliyevin həmin rayonda 2 böyük quşçuluq broyleri, on min baş mal-qoyunun saxlanıldığı ferması, yüzlərlə hektar torpaq sahələri, yanacaq oldurma məntəqəsi və sair obyektləri var".
Mənbə onu da bildirdi ki, Azərbaycanda polis rəisliyindən icra başçısı vəzifələrinə təyinatları ilk dəfə Ziya Məmmədovun qohumları ediblər: "2004-cü il tarixdə Ərzuman Əliyev Göyçay RPŞ-nin rəisi vəzifəsindən Qubaya icra başçıs, Yaşar Məmmədov isə 2009-cu il tarixdə Ağdaş RPŞ-nin rəisi vəzifəsindən Ucar rayon icra başçısı vəzifəsinə təyin ediliblər.İndi vurulmuş Ziya Məmmədov köhnə ənənəsini davam etdirmək həvəsi ilə Tahir Quliyevi aldadıcı taktika ilə Ucar rayon icra başçısı vəzifəsinə gətirməyə çalışır".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?