GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "AtaBank" əmanətçilərinə ŞOK SÜRPRİZ - «Əmanət kitabçam əlimdə, pulu ala bilmirəm»

"AtaBank" əmanətçilərinə ŞOK SÜRPRİZ - «Əmanət kitabçam əlimdə, pulu ala bilmirəm»

Tarix: 14-06-2020, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 641
"AtaBank" əmanətçilərinə ŞOK SÜRPRİZ - «Əmanət kitabçam əlimdə, pulu ala bilmirəm»


İyunun 1-dən əmanətlərinin qaytarılması başlanan «Atabank»ın əmanətçilərinin bir hissəsi gözlənilməz problemlərlə üzləşiblər.

Ayın əvvəlində pullarını almaq üçün «Kapitalbank»a (əmanətlərin qaytarılması üçün agent bank – FED.az) üz tutan əmanətçilərin bir hissəsinə bildirilib ki, onlar əmanət şərtlərini pozublar və bu səbəbdən əmanəti qaytarılmayacaq. Ən maraqlısı da odur ki, həmin pozuntular əmanətçilərin deyil, bankın, «Atabank»ın günahı üzündən baş verib.

"2 gecə növbəyə dayanmışdım"

Pulunu ala bilməyən əmanətçilərdən biri Amilə Həsənlidir: «2 gecə Nərimanov filialının həyətində qalmaqla növbə götürməyimə sevindim, lakin növbəm çatanda çoxları kimi əliboş yola salındım. Səbəb? Çox gülməli».

Gundemxeber.Az xəbər verir ki, FED.az-a müraciət edən Amilə Həsənli bildirir ki, 2019-cu ilin iyununda «Atabank»a əmanət yatırıb. Həmin vaxt əmanətin sığortalanması üçün əmanət faizi 12%-dən artıq olmamalı idi, Amilə Həsənli də «Atabank»ın «Gənclik» filialına illik 12%-lə əmanət yatırıb. «Deməli, 14 iyun 2019-cu il tarixində müvafiq qanunvericilyə uyğun sığortalı olaraq əmanətimi «Atabank»ın Gənclik filialına 12 aylıq (1illik) müddətə yerləşdirmişəm. 16 noyabr 2019-cu il tarxində həmin filial bağlanıb və mənim kimi orda olan yüzlərlə hesab, o cümlədən əmanət hesabları Nərimanov filialına köçürülüb. Yəni hesablar başqa filiala miqrasiya edilib. İndi Əmanətlərin Sığortalanması Fondu mən və mənim kimi miqrasiya baş vermiş 100-lərlə əmanət hesabını bloklayıb, əmanətimizi sığortasız elan edir və qaytarmaqdan imtina edir».
İlk baxışdan əmanətlərin bir filialdan digərinə köçürülməsi problem olmamalıdır. Əsas odur ki, bank dəymşmir. Amma məsələ ondadır ki, əmanət hesabları başqa filiaa köçürüləndə həmin əmanətlər filialda yeni əmanət kimi rəsmiləşdirilib. Guya həmin vətəndaşlar bu banka əmanəti həmin tarixdə yatırıblar, özü də eyni şərtlərlə yəni, yəni illik 12%-lə. Amma problem, təhlükəli məqam ondadır ki, əmanət hesabları «Gənclik» filialından «Nərimanov» filialına köçürüləndə, ölkədə qorunan əmanətlərin faizi dəyişmişdi və qorunan əmanətlər artıq 10% idi. Yəni həmin vaxt banka 12%lə yerləşdirilən əmanətlər qorunmurdu...

Amilə Həsənli və «Atabank»ın digər onlarla müştərisi də bu «tələyə» düşüblər. Faktiki olaraq onların xəbəri olmadan əmanətləri başqa filialda qorunmayan əmanət şərtləri ilə yerləhdirilib. Və ona göə də, indi onlr əmanətlərin geri ala bilmirlər.

Ən maraqlısı da odur ki, müştərinin əlindəki sənədlərdə onun əmanətinin banka məhz iyun ayında və «Gənclik» filialına yatırıldığı göstərilib, ondan sonra əmanətlə nə baş verdiyindən əmanətçilərin ümumiyyətlə xəbəri olmayıb. Yəni qətiyyən özlərindən asılı olmayan səbəbə, bankın apardığı və əmanətçini məlumatlandırmadığı əməliyyata görə, A.Həsənli və başqa əmanətçilər pullarını ala bilməyiblər.

«Fond mənim əlimdəki 1 illik müqavilə şərtlərini göz ardı edərək köçürmə tarxini əsas götürür. Hansı ki, həmən tarixdə qorunan əmanət faizi 10% hesab olunurdu. Bu tamamilə bahanədir və sadəcə gülməli səbəbdir. Filial bağlanmağının əmanətçiyə heç bir dəxli yoxdur, mənim əlimdə müqaviləm, əmanət kitabçam var. Bu sadəcə bəhanədir və ödənişlərimizi gecikdirmək və bizi aylarla banklar və ADİF arasında karantin şərtlərini pozmaqla sürünməyə məcbur etməkdir»- deyə A.Həsənli bildirir.

«Biz pulu qoyandan 2 saat sonra banka əmanət götürmək qadağan edilib»

Başı bəlalı «Atabank»ın digər müştərisi Yazgül Əliyevadır, onun oğlu Rəşad Əliyev FED.az
-a bildirib ki, «Atabank»a 13500 manat əmanəti 2019-cu ilin 23 iyulunda yatırıb. Əmanət faizi 10% olub, yəni qorunandır. Amma burada başqa problem yaranıb:
«Bankdan soruşduq əmanət qəbul edirsiz, bəli. Sığortalıdır, bəli. Daxil olduq, pulu yatırdıq, müqaviləmizi, kassa çekimizi və əmanət kitabçamızı verdilər».
Oktyabrda «Atabank»la bağlı məlumat yayılandan sonra R.Əliyev narahat olub və pulunu geri götürmək istəyib. Bankdan bildiriblər ki, pul yoxdur: «9 aydır pulumuzu götürmək istəyirdik götürə bilmədik».

«Bizə əmanətimizin yerinə kredit verdilər – illik 28%-lə»

Banka dəfələrlə müraciət edəndən sonra bankdan R.Əliyevə kredit götürməyi təklif ediblər, müştəri razılaşıb: «Bizə 2800 manat kredit ayırdılar, əmanətimiz girov olmaqla, illik 28%-lə».
Nəticədə son vəziyyət belə olub ki, banka qoyulan 13500 manat əmanətə görə 130 manat faiz hesablanıb, müştəriyə də 2800 manat kredit verilib.

«Sevindik ki, pulu alacağıq, dedilər blok qoyulub»

R.Əliyev bildirir ki, «Əmanətlərin sığortalanması haqqında» qanun qəbul ediəndən, «Atabank»la bağlı qərar veriləndən və Elman Rüstəmovun əmanətlərin qaytarılacağı ilə bağlı bəyanatından sonra sevinib ki, pullarını götürə biləcək: «Bir gün əvvəl getdim «Atabank»a, sənədlərimi göstərdim, problemin olub-olmadığını soruşdum, dedilər ki, problem yoxdur, pulunuzu ala biləcəksiniz. İyulun 1-də «Kapital bank»a gedəndə isə bildirdilər ki, əmanətim blokdadır».
R.Əliyev əmanətin bloka düşməsinin səbəbini fonda müraciət edəndən sonra öyrənib : «Dedilər ki, iyulun 23-dən sentyabrın 11-dək «Atabank» a əmanət qəbul etmək qadağan edilibmiş, biz də əmanəti həmin lövrdə qoymuşuq, yəni elə ilk gün yatırmışıq. Əlimizdə də əmanət kitabçası, bütün sənədlərimiz».

Banka pul qoymağa Cəmi 2 saat tələsmişik

Məlum olub ki, R.Əliyev banka pulu saat 11-də yatırıb, banka əmanət qadağası isə günortadan sonra daxil olub: «Bizə bunun nə aidiyyatı var? Əgər sizə göstəriş gəlibsə və məlum olub ki, əmanət götürmək qadağandır, niyə mənə zəng edib bu barədə məlumat verməyiblər ki, gəlim pulumu götürüm?».
R.Əliyev tək deyil, onun sözlərinə görə, həmin günlərdə, o cümlədən iyunlun 26-29-u və başqa tarixlərdə də «Atabank»a əmanət yatırılıb və həmin müştərilərdən heç birinə deyilməyib i, artıq bank əmanət qəbul etmir: «Biz başa düşmürük, bu bank Mərkəzi Banka, Əmanətlərin Sığortalanması Fonduna necə hesabat verib, ona necə nəzarət olunub ki, bu əmanətin həmin vaxt götürüldüyünü bilmyiblər».
Fondun yeni rəhbərinin qəbulunda olan Rəşad Əliyevə deyilib ki, fond «Atabank»ı məhkəməyə verəcək və məhkəmənin nəticəsini gözləsin. «Bizə dedidər ki, bankda saxtakarlıq olub. Amma bunun bizə nə aidiyyatı var, bizim bu qadağadan xəbərimiz olmayıb bunu bizə bank deməli idi, o da deməyib. Niyə buna görə bizim pulumuz batmalıdır? Axı fondun öz qaydalarında da göstərilir ki, banklar müştərini bütün məsələlərdən xəbərdar etməlidir, özü də təkcə şifahi deyil, həm də yazılı olaraq. Biz bu pulu dövlətə etibar edərək banka yatırmışıq, heç bir qanunu da pozmamışıq, nəyə görə başqasının hərəkətin görə, bizə zərər dəyməlidir».

«Elə adam var növbəsi dekabrda çatacaq»

Amma əmanətlərin müxtəlif səbəblərdən bloka düşməsi əmanətçilərin qarşılaşdığı yeganə problem deyil. «Atabank»ın keçmiş müştəriləri əmanətlərin qaytarılması şəraitindən də olduqca narazıdırlar: «Elan ediblər ki, gündə cəmi 15 müştəriyə xidmət olunacaq, səbəbi nədir, bilinmir. Daha çox işçi ayırsınlar ki, daha çox adam pullarını ala bilsni. Təsəvvür edin elə şəxs var ki, 1300-cü nömrə verilib, yəni həmin şəxsin növbəsi dekabrda çatacaq. Süni növbələr, gecə yazılan siyahılar, günə yalnız 10, cox halda isə 15 nəfərin qəbulu ki, bunlardanda çoxu əliboş, məyus halda ADİF-ə göndərilir» - deyə əmanətçilər bildirir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI BATIB

    «Bank Standard»da bir nəfərin - 44 MİLYON DOLLARI ...

    4-01-2020, 20:41

  • 
  • Fazil Məmmədov ətrafında mübhəm həbslər

    Fazil Məmmədov ətrafında mübhəm həbslər ...

    21-02-2020, 11:46

  • 
  • Fazil Məmmədov ətrafında mübhəm həbslər

    Fazil Məmmədov ətrafında mübhəm həbslər ...

    21-02-2020, 15:39

  • 
  • Azərbaycanda bu bankın iflası proseduru başlandı - Kreditorların NƏZƏRİNƏ

    Azərbaycanda bu bankın iflası proseduru başlandı ...

    9-05-2020, 13:08

  • 
  • Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”?

    Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? ...

    26-06-2019, 13:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu