GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Fazil Məmmədov ətrafında mübhəm həbslər

Fazil Məmmədov ətrafında mübhəm həbslər

Tarix: 21-02-2020, 11:46 Bölmə :Cəmiyyət Baxış: 363
Fazil Məmmədov ətrafında mübhəm həbslər


17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun “Qolfstrim” təyyarəsi iflas olmaqda olan “AtaBank”dan götürülmüş milyonlara alınıb; dövlət başçısı son müşavirələrin birində vergi sistemindəki özbaşınalıq və büdcədən yayındırılan milyonlar haqda danışmışdı...

Son günlər sabiq vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilən “AtaBank”dakı problemlərlə bağlı xəbərlər artıb. Bildirilir ki, bank ötən ilin sentyabrından etibarən pulunu geri çəkmək istəyən əmanətçilərin tələblərini ödəyə bilmir. Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatların yayılmasından sonra yanvarın 31-də məsələ ilə bağlı açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “AtaBank”da ciddi problemlər olduğunu təsdiqləyib. E.Rüstəmov bunun səbəbinin bankın rəhbərliyi tərəfindən çox riskli bir neçə iri layihəyə kredit ayrılması olduğunu qeyd edib.

Yenicag.az xəbər verir ki, F.Məmmədovun yaxın çevrəsində bank işinə görə həbslər başlayıb. Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi" adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların sabiq nazirə ciddi başağrısı yaradacağı deyilir.

Məlumatlarda onun yaxın adamlarına yönəlik həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunur.

Qeyd edək ki, fevralın 7-dən etibarən “AtaBank” müştəriləri bu bankın kartları ilə hər hansı əməliyyat aparmaq imkanından da məhrum olublar. Bankdan bunun texniki səbəblərlə bağlı olduğu və maksimum növbəti həftə ərzində əməliyyatların bərpa olunacağı açıqlansa da, bu, reallaşmayıb. Bankdan verilən məlumata görə, kartlarla əməliyyatların ayın sonunadək bərpa olunması gözlənilir. Qeyd edək ki, “AtaBank”ın açıqlanan son maliyyə göstəriciləri 2019-cu il oktyabrın 1-nə aiddir. Həmin tarixə “Atabank”ın aktivləri 532,074 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7 faiz azdır. Bunun 341,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 16,1 faiz kiçilib.

Hesabat dövründə “AtaBank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4 faiz az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2 faiz az), balans kapitalı isə 142,636 milyon manat (1,3 faiz az) təşkil edib. Bununla belə, bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4 faiz az) başa vurub.

İddia olunur ki, “AtaBank”da təxminən 200 milyon manata yaxın sığortalanmış əmanət var. Yəni söhbət on minlərlə vətəndaşdan gedir. Bura hələ hüquqi şəxslər, şirkət və təşkilatlar daxil deyil. Hazırda bankdan bəzi əmanətçilərin vəsaitlərinin qaytarılması həyata keçirilir. Bu proses qeyri-şəffaf həyata keçirildiyi üçün hansı qrupların əmanətlərinin qaytarıldığını söyləmək mümkün deyil. Lakin ehtimal olunur ki, daha çox fiziki şəxslərin deyil, hüquqi şəxslərin vəsaitləri qaytarılır. Çünki Əmanətlərin Sığortalanması Fondunda “AtaBank”ın əmanətçilərinin pulunu qaytarmağa indi yetəcək qədər vəsait yoxdur. Ekspertlər güman edir ki, Mərkəzi Bank ya bankı müflis elan edəcək ki, bu halda əmanətlər fondun hesabına qaytarılmalıdır. Bunun üçün isə dövlət fonda vəsait ayırmalıdır.
Ekspertin fikrincə, “AtaBank”da problemin yaranmasının əsas səbəbi bərbad idarəetmə və irihəcmli saxta kreditlərdir. Məsələn, bilgili ekspertlərdən biri bugünlərdə “Yeni Müsavat”a deyib ki, elə adamlar var ki, adlarına 35-50 milyon manat kredit rəsmiləşdirilib. O adamların çoxunun heç bu barədə məlumatı belə yoxdur. Bank rəhbərləri pulları çıxarmaq üçün belə saxtakarlıqlara əl atıblar.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovun, məsələn, “Qolfstrim” markalı təyyarəsini “AtaBank”dan götürdüyü milyonlarla manat kreditlə əvəzləşdirilməsi yeni xəbər deyil. Bu təyyarə bir vaxtlar Fazil Məmmədovun nəzarət etdiyi “AtaBank”dan ona verilən milyonlarla manat dəyərindəki kredit qarşılığında girov kimi qoyulubmuş. Məlumatlara görə, nazir olduğu vaxt kreditə görə faiz borclarını vaxtında ödəyən Fazil Məmmədov işdən çıxarıldıqdan sonra ödənişləri etməyib. Bu səbəbdən də şəxsi təyyarəsi əlindən alınıb. F. Məmmədov özü “AtaBank”a olan borcunun müqabilində təyyarəsini təklif edib.

Yada salaq ki, “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev sabiq nazirin bacısı oğludur. Sabiq nazirin də bacısı oğlu ilə danışaraq, borcun əvəzində təyyarənin alınmasını istədiyi iddia edilirdi.

Məmmədovun bankdan nə qədər kredit götürdüyü barədə bilgi yoxdur. Ancaq sabiq nazirin təyyarəsinin 20-30 milyon manat dəyərində olması borcun kifayət qədər yüksək olduğunu göstərirdi.

Keçmiş nazirin özünün də həbs edilə biləcəyi barədə ehtimal da maraq doğurur. Çünki söhbət təkcə iflas olan bankdan yox, nazir olduğu dönəmdə ölkədən çıxarılan 4 milyard 500 milyon manat “qara pul”dan gedir. İddialara görə, Fazil Məmmədov yaxın ətrafı üzərindən büdcəyə daxil edilməli pulları xaricdəki hesablara ötürüb. Dövlət başçısı da son müşavirələrin birində ad çəkməsə də, vergi sistemindəki özbaşınalıq və büdcədən yayındırılan pullar haqda danışmışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”?

    Fazil Məmmədov “AtaBank”ı “xortumlayıb”? ...

    26-06-2019, 13:37

  • 
  • Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə görən “AtaBank”dır”

    Fazil Məmmədovun biznesi batır – “Ən çox zərbə ...

    14-05-2019, 11:15

  • 
  • Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə "American Hastanesi"nə yerləşdirilib

    Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə ...

    28-06-2018, 19:55

  • 
  • Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef edir-təfərrüat

    Fazil Məmmədov əmlaklarını satır, yoxsa blef ...

    25-09-2019, 14:00

  • 
  • Fazil Məmmədova verilən baxt bitir - Bacısı oğlunun rəhbərlik etdiyi bankın taleyi necə olacaq?

    Fazil Məmmədova verilən baxt bitir - Bacısı ...

    19-03-2019, 11:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu