Samuxun icra başçısı Alı Qocayevin başçılıq etdiyi rayonun Ziyadlı kəndində böyük ferması ortaya çıxıb.
Gundemxeber.az bildirir ki, bu barədə məlumat yayan jurnalist Cavanşir Həsənli qeyd edib ki, icra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib.
Araşdırmaçı-jurnalistin yazdıqlarına əlavə etdiyi sənəddən aydın olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azımdan bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil.
Alı Qocayevin və həyat yoldaşının adıkeçən fermaya sahib olması onun icra başçısı dönəminə təsadüf edir ki, bu da özlüyündə prezidentin səlahiyyət sahibinin korrupsiyasına, onun "dövlət qulluğu haqqında" qanunun tələblərini pozmasına işıq salır. İcra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür. Xəbərlə bağlı Alı Qocayevin söz haqqını tanıyırıq!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?