GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Fermerlər dad deyir, İnam Kərimov isə... - Bu il pambıq gözləməyin...

Fermerlər dad deyir, İnam Kərimov isə... - Bu il pambıq gözləməyin...

Tarix: 16-06-2020, 11:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 613
Fermerlər dad deyir, İnam Kərimov isə... - Bu il pambıq gözləməyin...


Bərdəli fermerlərin ən ağrılı problemi əkin sahələrinin suvarılmasıdır. Təəssüflər olsun ki, problem hər il təkrarlanır. Hər il dolanışıq ümidini torpaqda görən kəndlilərin məhsulu susuzluqdan yanıb, məhv olur.

GundemXeber.Az bildirir ki, Bərdə rayonunun Mustafaağalı sakinləri də Sputnik Azərbaycana əkin sahələrini suvara bilmədiklərini deyirlər. Fermer Ərəstun Cavadov 50 hektar pambıq əkdiyini, lakin suvara bilmədiyindən şikayət edir: “Pambığı mayın 28-də səpmişik. Suvara bilmədiyimizdən baha qiymətə - 5 manata aldığımız çiyid məhv oldu. Artıq suvarsaq belə, çiyidin rüşeymləri 30-35 dərəcəlik havada yanıb öldüyündən bitməyəcək”.

Ərəstun Cavadov əlavə edib ki, hazırda onların istifadə elədiyi suvarma kanalı əkin sahələrinin tam tələbatını ödəmək gücündə deyil. Bərdə rayonunun Mustafaağalı kəndində 3000 hektar əkinə yararlı torpaq sahəsinin 700 hektarında pambıq əkilib. Kəndlərdən keçən kanallar ucqar əkin sahələrinə suyu çatdıra bilmir.

Bərdəli fermerin fikrincə vəziyyətdən çıxış yolu yaxınlıqdan keçən bol sulu kanaldan nasos vasitəsilə borularla onların əkin sahələrinə alternativ xəttin çəkilməsidir. Əks təqdirdə onlar bu problemi mövsümə uyğun olaraq hər il yaşamalı olacaqlar.

Ərəstun Cavadovun dediyinə görə, belə bir layihəni gerçəkləşdirmək üçün kifayət qədər imkanlar da var: “Yaxınlıqdakı su mənbəyindən suvarma məqsədilə istifadə etmək olar. Bunun üçün 1800 metr məsafədən borular vasitəsilə əraziyə su gətirmək mümkündür. SSRİ dövründə belə bir suvarma sistemi olub. Sonralar mövcud avadanlıqlar ayrı-ayrı şəxslər tərəfindən dağıdılaraq, mənimsənilib. İndi həmin suvarma sistemini bərpa eləməklə yüzlərlə hektar əkin sahəsini su ilə təmin etmək olar. Ötən il qonşu Məmmədli kəndində belə bir layihə həyata keçirilib. İstərdik ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC bizim ərazidə də mövcud problemin həllinə köməklik göstərsin”.

Digər kənd sakini Azay İsgəndərov bildirib ki, arpa biçinindən sonra pambıq səpini aparıb. Ancaq səpindən 14 gün keçməsinə baxmayaraq suvarma işi apara bilməyib.

Mustafaağalı kənd sakini Şahin Məmmədov da əkin sahəsini suvara bilmədiyini deyir. Onun da ən əsas xahişi suvarmada qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına köməklik göstərilməsidir.

Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov isə bildirib ki, qışın yağıntısız keçməsi səbəbindən ölkənin su anbarlarında su qıtlığı müşahidə olunduğundan suvarmada problemlər var. Buna baxmayaraq, təsərrüfatlara tələb olunan normalara uyğun su verilir. Fermerlər arasında növbəlilik təmin edilsə fermerlərin suya olan tələbatını tam ödəmək mümkündür.

İdarə rəisi kənd sakinlərinin 1800 metr məsafədən borular vasitəsilə suya olan tələbatı ödənilməsi barədə mümkün təklifinə də münasibət bildirib: “Orada nəzərdə tutulmuş kollektordan suyun nasos vasitəsilə deyılən əraziyə çatdırılması üçün olan məsafə 2 km-dir. Pay torpaqlarından boruların keçirilməsi üçün yer sahiblərinin razılığı lazımdır. Digər tərəfdən, həmin məsafədə boru çəkilişi işlərinin aparılması bizim idarənin səlahiyyətinə aid deyil. Belə bir layihə olarsa, yekunlaşandan sonra istifadə üçün bizim idarənin ixtiyarına verilə bilər. Qonşuda dövlət proqramı əsasında 3200 metr məsafədə Kür çayından Məmmədli kəndinə su çəkilişi həyata keçirildi. Yəni, külli miqdarda vəsait tələb olunduğundan, bu işi görmək bizim gücümüz daxilində deyil”.

Sərdar Əhmədovun fikrincə, istifadəçilərə hektara görə normaya uyğun su verilir. Verilən su tələbatı ödədiyindən nasos vasitəsilə yeni suvarma sisteminin qurulması barədə fermerlərin təklifinin dəstəklənməsi gözlənilmir.

Qeyd edək ki, ərazidə nə profilaktik tədbirlər görülür, nə də investisiya proqramı əsasında suvarma sistemlərinin infrastrukturu inkişaf etdirilir. Profilaktik tədbir kimi kanalların lil və zibillərdən təmizlənməklə su axıtmaq yükü artırıla bilər. Su axıdan kanallar demək olar ki, illərlə təmizlənmir. Həmin suvarma kanallarının yaşayış məntəqələrinin ətrafından keçən hissəsi qəsb olunaraq, üzərində mağaza və başqa məqsədlər tikintilər salınıb. Meliorasiya kimi strateji əhəmiyyət daşıyan suvarma obyektləri lazıminca mühafizə olunmadığından ildən ilə suyun nəqlində azalmalara səbəb olur.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur əkin əkir, kəndli dərd çəkir...

    Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur ...

    27-06-2019, 12:26

  • 
  • Biləsuvardan prezidentə müraciət olundu... - Yerli məmurlar göydən düşüb?

    Biləsuvardan prezidentə müraciət olundu... - ...

    19-08-2019, 14:35

  • 
  • İmişlidə " su üsyanı"...

    İmişlidə " su üsyanı"... ...

    10-07-2018, 14:49

  • 
  • Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb

    Qubada 25 hektar biçilməmiş taxıl sahəsi yanıb ...

    9-07-2013, 18:50

  • 
  • Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM

    Oğuzda 10 subartezian quyusu qazılacaq - SƏRƏNCAM ...

    13-04-2020, 14:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu