"Beyləqanın icra başçısı sarıdan bəxti gətirməyib. Əslində bizim də rayona gənc başçı təyin olunmalı idi. Amma nədənsə Beyləqana uzun illər Şamaxını talamış birisini göndərdilər". GundemXeber.Az bildirir ki, bu sözlər DİA.AZ-a daxil olan vətəndaş müraciətindədir.
Narazı beyləqanlılar yazırlar ki, koronavirus pandemiyasına qədər də Beyləqan RİH rəhbəri Asif Ağayevi tutmaq çətin idi: "İndi də əlinə virus bəhanəsi düşüb. Şikayətçilər dərdlərini danışacaq yer tapa bilmir. Heç olmasa seçki oldu, bir az namizədlərə sözümüzü dedik, ürəyimizi boşaltdıq. İndi isə pandemiya dövründə bir məmuru yerində tuta bilmirik".
Narazı sakinlər bildirir ki, icra başçısının qəbuluna düşmək isə imkansızdır: "Adamları heç videoqəbul formatında da dinləmir. Elə bil bizim rayonun rəhbəri yoxdur. Gərək biz də digər rayon camaatları kimi küçələrə tökülüşək ki, eşidənimiz olsun".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?