GundemXeber.Az bildirir ki, aktualxeber.az-ın redaksiyasına ehtiyatda olan kapitan Sadıqov Raul Xəqani oğlu ərizə ilə müraciət etmişdir.
Şikayətçi öz ərizəsində qeyd edir ki, 2016-cı ilə qədər Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nəzdindəki 4-cü təhqiqat bölməsində işləyibdir. Həmin vaxt bölmənin rəisi Bəxtiyar İbrahimov, MN-nin Təhqiqat İdarəsinin rəisi isə Elçin Əliyev olubdur. Hər iki şəxs Müdafiə Nazirliyinin Hüquq İdarəsinin keçmiş rəisi, polkovnik Rauf Kişiyevin yaxın adamları olublar və bir yerdə çoxlu qanunsuzluqlara imza atıblar. R. Sadıqovun iddia etdiyinə görə işə qəbul olunarkən bu şəxslərin ondan tələb etdiyi 30.000 manat rüşvəti vermədiyinə görə işlədiyi müddətdə onu gözümçıxdıya salıblar. Onu hospitala müalicəyə göndərib orada ona qarşı tələ də qurmağı bacaran bu cütlük nəticədə şikayətçimizin saxta yollarla işdən azad olunmasına da nail olublar. Belə ki, onun əvəzindən Elçin Əliyev işdən azad olunmasını xahiş edən formada ərizə yazaraq imzasını saxtalaşdırmışdır. Bütün bu saxtakarlıqların da ssenarisini Rauf Kişiyev cızmışdır. Buna səbəb isə R. Sadıqovun onların tələb etdikləri rüşvəti verməməsi, digər işçilər kimi maxinasiyalara imza atmaması olubdur. Redaksiyamıza müraciət edən vətəndaş onun başına gətirilən bu qanunsuz əməli törədənlərin ictimai qınağa tuş gəlmələrini istəyir. Eyni zamanda yeni təyin olunan Baş Prokuror Kamran Əliyevin son günlər prokurorluq orqanlarında apardığı islahatlardan ruhlanaraq ona qarşı olan haqsızlıqların baiskarlarının cəzalandırılmasını və yenidən öz işinə bərpa olunmasını istəyir. Ümidvarıq ki, əlaqədar orqanlar zamanında lazımi tədbirlər görəcək və günahkarlar öz layiqli cəzalarını alacaqlar. Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?