Azərbaycan Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Azad Əsədov dünyasını dəyişib.
Bu barədə report-a onun yaxınları məlumat verib.
A.Əsədov 59 yaşında vəfat edib.
Polkovnik Bakıdakı qəbiristanlıqlardan birində torpağa tapşırılıb. Dəfn mərasimində MN-in nümayəndələri və mərhumun yaxınları iştirak ediblər.
Qeyd edək ki, A.Əsədov 1956-cı il yanvarın 2-də Lənkəran rayonunda anadan olub. O, MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin edilmişdi. Polkovnik xəstəliyi ilə əlaqədar bu il öz xahişi ilə vəzifəsindən azad edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?