Avropanın 3 ölkəsində çoxsaylı şirkətlər sahibi olan Qubanın icra başçısı Ziyəddin Əliyevin Azərbaycanda da şirkəti var.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.
2016-cı ilin noyabrın 1-də qeydiyyatdan keçmiş “METAS-R” Məhdud Məsuliyyətli Cəmiyyəti icra başçısının oğlu RƏŞAD ƏLİBƏYLİnin adına rəsmiləşdirilib. Şirkət Ziyəddin Əliyevin və ailə üzvlərinin qeydiyyatda olduğu NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev 7, m. 45-də hüquqi ünvan alıb.
Şirkətin fəaliyyət istiqaməti ilə bağlı məlumat yoxdur.
İcra başçısının Avropadakı şirkətləri Ukrayna, Çexiya və Avstriyanı əhatə edir. Ziyəddin Əliyevin biznesinə Ukraynanın Lvov vilayətinin Nikolayevsk şəhərində 7 milyon avroya başa gələn asfalt zavodu, tikinti-konstruksiya kombinatı və istehsal, ticarət, xidmət sahələrində fəaliyyət göstərən şirkətlər daxildir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?