GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "YADELLİ ÜNSÜRLƏR TARİXİ MEŞƏLƏRİMİZİ MƏHV EDİRLƏR- PREZİDENTƏ MÜRACİƏT

"YADELLİ ÜNSÜRLƏR TARİXİ MEŞƏLƏRİMİZİ MƏHV EDİRLƏR- PREZİDENTƏ MÜRACİƏT

Tarix: 22-06-2020, 17:39 Bölmə :GündəmXəbər / Manşet Baxış: 634
"YADELLİ ÜNSÜRLƏR TARİXİ MEŞƏLƏRİMİZİ MƏHV EDİRLƏR- PREZİDENTƏ MÜRACİƏT


“Şəki rayonun Baqqal kəndi yaxınlığındakı yüzlərlə ha meşə dolaylarının ağır texnikanın köməyilə tamamilə, “Sarıca” və “Qaraqul” adlanan ərazilərdəki qış otlaq sahələrindən isə 500 ha-nın əkilərək məhv edilməsinin dərhal qarşısının alınmasıilə” bağlı

M Ü R A C İ Ə T


Çox hörmətli cənab Prezident İlham Əliyev!
İndiki ağır pandemiya dövründə bizim bir mətbuat işçisi və bir vətəndaş olaraq ölkəmizin yaşadığı indiki ağır iqtisadi böhran dövründə hamılıqla vəziyyətdən çıxış yolları axtarırıq. Lakin çox təəssüflər olsun ki, belə bir zamanda Şimal-Qərb zonasında hazırda baş verən və verməkdə davam edən dövlət və xalq əleyhinə olan xoşagəlməz hadisələr onu deməyə əsas verir ki, yerli hakimiyyət belə bir ağır dönəmdə dövlət başçısı ətrafında sıx birləşmək və böhrandan birlikdə çıxmaq əvəzinə, yenə də əvvəlki illərdə olduğu kimi şəxsi qazanclarını fikirləşirlər. Və çox ağrıdıcı haldır ki, bu “qazanclar”ən vicdansız üsullardan istifadə edilməklə əldə edilir. Bölgədə konkret nə baş verir? Yerli sakinlərin verdiyi məlumatlardan aydın olur ki, Şəki rayonun Baqqal kəndindən Baş layısqı və Cunud kəndləri arasında olan 10 km-lik məsafədə yerləşən qədim meşə ərazisi ağır texnikaların cəlb edilməsilə məhv edilməyə başlanılmışdır. Belə ki, iyunun 20-də də əlavə olaraq buraya 4 ədəd sepli ağır tonajlı buldozerlər gətirilmişdir ki, min ha-dan çox olan və ən çoxu qoz, fısdıq, palıd, armud, sarağan ağaclarından ibarət meşə massivi hansısa özəl təşkilat tərəfindən hal-hazırda yerlə-yeksan edilməkdədir. Meşə və meşəərafı düzənlik örüş sahələrinin ( kimlərsə tərəfindən çox güman ki, fındıq bağlarının salınması) məqsədilə zəbt edilməsi ən azından ürəkağrıdan bir hadisədir. Min illərin meşə genefonduna belə amansızcasına divan tutulması faktlarına yalnız XX əsrın 90-cı illərində erməni faşistləri tərəfindən Dağlıq Qarabağın işğal olunmuş ərazilərində rast gəlinmişdir. Budur, bu gün gözümüzün önündə tarixi vandalizm Oğuz-türkünün dədə-baba torpağında təkrarlanmaqdadır.Yəni, tarixi Cunud meşəsi kimi tanınan böyük bir meşə dolayı mənəviyyatı aşınmış işbazların arzu və istəyi nəticəsində tarixin arxivinə gömülməkdədir.
Bu yerdə tarixi faktı xatırlatmaq yerinə düşərdi. Həmin meşələrin məhv edildiyi ərazidən Qax rayonu istiqamətində 2 km qərb hissəsində, daha doğrusu Şəki rayonun 2-ci Biləcik kəndindən Qax rayonun Qaşqaçay kəndi istiqamətində 1734-cü ildə Nadir şahın vergi toplayanlarının iqamətgahı yerləşmişdir. Və həmin ildə vergilərin artırılmasına etiraz olaraq şərq tərəfdən Göynük mahalının, qərb istiqamətindən Car-Balakən mahalının Tala kəndi kişilərinin bir gecəlik hücumu nəticəsində 100-ə yaxın vergitoplayanın başları kəsilmişdir.Və qısa müddətdə Nadir şah bu etiraz dalğasının yayılmaması üçün özünəməxsus 1000 nəfərlik cəza dəstəsini bu əraziyə göndərmişdir. Cəza dəstəsi vergitoplayanların yerləşdiyi kənddə yaşayan bütün dinc əhalini məhv etmiş, kəndi isə tamamilə yandırmışlar. Qəribədir ki, son 286 ildə yerli əhali qan tökülən və tarixdən silinmiş bu kəndi lənətlənmiş ərazi kimi bərpa etməmişlər. Yalnız son 3 ildə Şəki rayon İcra Hakimiyyətinin məmurlarından birinin qoyduğu sərmayə ilə yandırılmış bu kəndin ərazisində fındıq bağı salınmışdır. Biz bu xatırlama ilə onu nəzərə çatdırmaq istəyirik ki, yerli meşələrə, torpaqlara, örüş sahələrinə qarşı yadelli şəxslərin aqressiv davranışlarının qarşısı vaxtında alınmasa, səbri daşan yerli sakinlərin qan yaddaşı bir gün bərpa oluna bilər.
Digər fakt ondan ibarətdir ki, Şəki rayonun “Sarıca” və “Qaraqul” adlann ərazilərindəki 500 ha –a qədər qış otlaq sahələri qoyunçuluq üzrə fermerlərin əlindən 2018-ci ilin yazında alınaraq yenidən 49 illik saxta müqavilə əsasındda heç bir qoyunu və yaxud danası belə olmayan Şəki İH-ti Aparatı məmurlarının yaxın adamlarının hər birinə 250 ha, 113 ha və 100 ha olmaqla icarəyə verilmişdir. Və fermer adı altında bu adamlar qanuna zidd olaraq son iki ildə qış otlaq sahəsinin hamısını əkərək buğda səpmişlər. Hansı ki, bu ərazinin 340 ha-ı Selbasan kənd sakini olmuş, azsaylı xalqalardan olan ( Tsakur millətindən olan) fermer İslam Qasımoğluna 2007-cı ildə qoyunçuluq təsərrüfatının inkişaf etdirilməsi üçün 15 illik icarəyə verilmişdir. Bu şəxsin həmin ərazilərdə fermalarının, xırda buynuzlu heyvanlarının olmasına baxmayaraq icarə müqaviləsinə səbəbsiz olaraq vaxtından əvvəl xitam verilərək örüş sahəsi əlindən alınmışdır.
Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Siz tez tez Azərbaycanın müxtəlif ərazilərində olarkən ağacəkmə kampaniyalarında şəxsən iştirak edirsiniz. Azərbaycan ərazilərində olan qoruqların flora və faunanın qorunmasına xüsusi diqqət yetirirsiniz. Ancaq ETSN Şəki-Qax Meşə Təsəsrrüfatı İdarəsi işçiləri dövlət rəhbərliyinin siyasətinin əksinə olaraq gözləri qarşısında Şəki ərazisində yerləşən 4000 illik tarixə malik qədim Cunud meşəsi ermən işğalçılarından elə də fərqlənməyən yerli işbazların hazırda meşəyə yeritdiyi ağır texnikaların köməyilə məhv etmələrini passiv tamaşaçı kimi seyr etməkdə davam edirlər. Adamın inanmağı gəlmir ki, ETSN yerli qurumundan başqa, Şəki rayon İH-nin, polisin, DTX-nın yerli filialının, prokurorluq orqanları rəhbərlərinin dövlət və ictimaiyyət əleyhinə törədilən bu vandalizmdən xəbəri olmasın. Sadəcə anlaşılan budur ki, rəhbər şəxslərdə aşınmanın səviyyəsinin son həddi bu qanunsuz hərəkətlərə rəvac vermişdir.
Ona görə də Sizlərdən çox xahiş edirəm ki, Şəki rayonun Baqqal kəndindən Cunud kəndinədək uzanan tarixi meşələrinin barbarcasına darmadağın edilməsi, “Sarıca” düzndəki qış otlaqlarının tamamilə məhv edilməsi faktlarının yerində araşdırılmasına, ağır texnikaların dərhal meşə ərazisindən uzaqlaşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Hörmətlə, müstəqil araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Pulumuz olmadığından ünvanlı sosial yardım da ala bilmədik..." - Ağır sosial durumda olan ailə başçısı kömək istəyir

    "Pulumuz olmadığından ünvanlı sosial yardım ...

    3-01-2019, 16:14

  • 
  • İlham Əliyev: "Fövqəladə vəziyyət də elan oluna bilər"

    İlham Əliyev: "Fövqəladə vəziyyət də elan ...

    19-03-2020, 15:51

  • 
  • PKK-ya ağır zərbə: İraqın şimalında 8 terrorçu məhv edildi

    PKK-ya ağır zərbə: İraqın şimalında 8 terrorçu ...

    10-06-2020, 14:15

  • 
  • İranda Türkiyə əleyhinə aksiya - "Məhv olsun faşist Türkiyə" - VİDEO

    İranda Türkiyə əleyhinə aksiya - "Məhv olsun ...

    28-04-2015, 22:53

  • 
  • Təziyiqlərə məruz qalan jurnalist Prezidentə müraciət etdi

    Təziyiqlərə məruz qalan jurnalist Prezidentə ...

    22-01-2016, 20:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu