İranın paytaxtı Tehran şəhərində Türkiyə səfirliyinin qarşısında saxta "erməni soyqırım"ı ilə bağlı aksiya keçirilib.
Avropa.info xəbər verir ki, səfirlik qarşısına toplaşan ermənilər və onlara dəstək verən iranlılar fars dilində "Məhv olsun faşist Türkiyə dövləti" və "Ədalət, ədalət bizim haqq səsimizdir" şüarları səsləndiriblər.
Bundan əlavə İran Parlamentinin sədr müavini Seyid Məhəmməd Həsən Əbuturabi də Türkiyə əleyhinə çıxış edib. Əbuturabi Türkiyəni ermənilərə qarşı "soyqırım" törətməkdə suçlayıb. "Dünən əllərini ermənilərin qanına bulayan şəxslər, indi də Suriyada bunu edirlər."
Qeyd edək ki, İranda hər hansı bir mitinq və yürüş dövlətin xüsusi icazəsi ilə keçirilir. İcazəsi olmayan aksiya milli təhlükəsizliyin təhdidi kim i dəyərləndirilir və aksiya keçirən şəxslər mühakimə olunurlar.
Sorğu
Yeni dizaynımız necədir?