GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Baş redaktordan Prezidentə açıq MÜRACİƏT

Baş redaktordan Prezidentə açıq MÜRACİƏT

Tarix: 23-06-2020, 18:51 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 182
Baş redaktordan Prezidentə açıq MÜRACİƏT


Şirin Cəfəri: “71000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı”



Bu günlərdə “Gündəm Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru cənab Əhməd İsmayılova müraciət edib. Beləliklə baş redaktorun müraciətini olduğu kimi təqdim edirik:

“Möhtərəm Prezident! Təsisçisi və baş redaktoru olduğum “Gündəm Xəbər” müstəqil, ictimai-siyasi qəzet 01 iyun 2009-cu il tarixindən çap mediası olaraq işıq üzü görüb. Qəzet ilk əvvəl həftədə bir dəfə, bir müddət keçdikdən sonra isə, həftədə iki dəfə, üç dəfə, dörd dəfə, beş dəfə və son olaraq həftədə altı dəfə işıq üzü görə bilirdi. Qəzetlərin yayımını təşkil edən köşklərdə və əldə yayımlarda “Gündəm Xəbər” qəzetinin ümumi sayının satış nüsxələri təqribən 70-80 faiz civarında olurdu ki, əldə olunan gəlirlər hesabına lazım olan xərclərimizi ödəyə bilirdik. Fəaliyyət göstərdiyimiz ötən illər ərzində başlıca amalımız dövlətimizə, xalqımıza xidmət etmək, dövlətçiliyimizi qorumaq və dövlətimizin ümumilli maraqlarına xəyanət edən hər kəsi ifşa etmək olurdu. Məhz, bu gün də həmin istək üzərində düşünürük və gələcəkdə fəaliyyətimizi bu yöndə davam etdirmək arzusundayıq.
Belə bir mövqeyimizin varlığına baxmayaraq, dövlətçilik amallarının müdafiə olunub yaşadılması yolunda uğurlu addımlarını atan “Gündəm Xəbər” qəzeti, məhz Sizin sabiq köməkçiniz Əli Həsənov tərəfindən olmazın təzyiqlərlə üz-üzə qaldı. Belə ki, 2011-ci ildə Əli Həsənov hansısa maraqları çərçivəsində Mətbuat Şurasına göstəriş verdi ki, bu qəzeti susdurmaq üçün istintaq əməliyyat tədbirləri həyata keçirilsin. Verilmiş belə bir tapşırıqdan sonra Mətbuat Şurası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə rəsmi məktub göndərdi ki, “Gündəm Xəbər” qəzetinə qarşı korrupsiya adı altında istintaq işi qaldırılsın. Belə bir əsassız məktubu adı çəkilən idarənin sabiq rəisi Kamran Əliyev heç bir araşdırma işləri aparmadan geri qaytarır. Onu da qeyd edim ki, həmin vaxtlarda Mətbuat Şurasının Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə göndərdiyi məktub bizdə narahatçılıq yaratdığından, bununla bağlı bir neçə dəfə Sizə müraciət etməli oldum. Düzdür, ünvanladığım müraciətlərin heç bir nəticə vermədiyini görüb həm özümü, həm də təsisçisi və baş redaktoru olduğum “Gündəm Xəbər” qəzetini müdafiə etmək məqsədilə mətbuat konfransı keçirməyə qərar verdim.
Bundan sonra Azərbaycanda “Diffamasiya qanunu”nun qəbul olunması üçün Mətbuat Şurasının binasında Bakıya dörd günlük səfər edən ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin iştirakı ilə tədbir keçirildi. Keçirilən tədbirdə belə qənaətə gəlindi ki, mətbuat tam şəkildə azad və toxunulmaz olmalıdır. Belə bir halın varlığına əsaslanaraq, jurnalistlər Əli Həsənova sual ünvanladılar. O isə cavabında bildirir ki, “mətbuat toxunulmaz və azaddır”. Bu cür cavabı eşidən jurnalistlər ''Gündəm Xəbər'' qəzetinə qarşı baş verən təziyiqləri ona xatırladırlar. Əli Həsənov budəfəki cavabında isə qeyd etdi ki, “bəzi qəzetlərin Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə verilməsinə səbəb, məmurların fəaliyyətlərinin araşdırılması yöndə mətbuat səhifələrində dərc olunan əksər məqalələrin varlığı olur”. Biz ilk əvvəl belə bir hiyləyə inansaq da, iki aydan sonra bunun tam şəkildə yalan olmasının canlı şahidi olduq. Yəni, Əli Həsənovun vermiş olduğu sifariş əsasında Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetini təftiş etməyə başladı və haqqımızda heç bir əsası olmayan saxta qərar çıxarıb, bizi 71000 manat məbləğində cərimə etdilər. Beləliklə, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində istintaq prosesi başladı və yekun qərar Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinə göndərildi. Məhkəmə araşdırmalarından sonra 71000 manat məbləğində cərimə qərarı üzərimdə saxlanıldı və barəmdə üç il şərti cəza hökmü elan olundu.
Əli Həsənov səlahiyyət sahibi olarkən, “Gündəm Xəbər” qəzetinə qarşı göstərdiyi təzyiqlərini sonrakı illərdə də davam etdirdi. Belə ki, bu şəxs gecə-gündüz yuxusuz qalıb minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz və gündəlik nəşr olunan “Gündəm Xəbər” qəzetini iflic etdirmək üçün, dövlətin müxtəlif qurumlarının təsir imkanlarından istifadə etdi və bizə qarşı qeyri-qanuni basqılar həyata keçirtdi. Yəni, bu şəxsin verdiyi tapşırıqlar əsasında redaksiyamız “Azərbaycan” nəşriyyatındandakı ofisindən çıxardıldı. “Gündəm Xəbər”in çap işlərini həyata keçirən mətbəələrin rəhbərliyinə tapşırıq verdirdi ki, ''bu qəzeti çap etməyin, əgər çap edərsinizsə o halda mətbənizi bağlatdıraram'' deyib, qəzetin çap versiyası dayandırtdırdı. Hətta, qəzetimizin onlayn versiyası olan GundemXeber.Az saytının bloklanması yöndə “Delta telekom”a tapşırıq verib saytımızı da bloklatdı.
Xüsusi vurğulamaq yerinə düşər ki, Əli Həsənov “Gündəm Xəbər” qəzetinin heç bir layihə proqramına salınmaması üçün, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə lazımi tapşırığını da verir. Baxmayaraq ki, bu qəzet KİVDF-dən yardım almaq üçün bütün göstəricilərə cavab verir və adı çəkilən quruma üç dəfə layihə təqdim etsək də, Vüqar Səfərlinin diktəsi ilə sənədləri qəbul edən komissiya üzvləri layihə sənədlərimizin heç üzünə belə baxmırlar. Bundan əlavə, hal-hazırda yataqxanada müvəqqəti yaşamağıma və 22 il ərzində Azərbaycan mətbuatında çalışmağıma baxmayaraq, bir neçə dəfə sənədlərimi təqdim etsəm də, Sizin tapşırığınız əsasında jurnalistlərə tikilən binadan mənə mənzil vermədilər. Hansı ki, həmin binalardan mətbuata aydiyyatı olmayan şəxslər evlə təmin olunublar. Bu kimi məsələlərlə bağlı dəfələrlə Əli Həsənova yazılı müraciətlərimi təqdim etsəm də, sonra başa düşmüşəm ki, bu cür çirkin oyunların başında elə onun özü dayanmışdır. Biz ''Gündəm Xəbər'' qəzetində və eyni adlı saytımızda Əli Həsənov başda olmaqla, qruplaşmaya daxil olan digər şəxslərin büdcə oğurluqları, korrupsiya əməlləri və digər qanunsuzluq əməlləri haqda dəfələrlə tənqidi açıqlamalar yayımladıq ki, köməkçinizin hansı əqidə sahibi olduğunu biləsiniz. Siz peşəkar jurnalistləri özünüzə yaxın dost bilirsiniz. Bizim də dostumuza yardımçı olmağımız həm vacibdir, həm də borcumuzdur.
Əlavə olaraq onu da qeyd edim ki, “Gündəm Xəbər” qəzeti bir ildən artıq müddətdir ki, fəaliyyətini məcburi şəkildə dayandırıb. Buna da əsas səbəb, Əli Həsənov başda olmaqla Vüqar Səfərlinin və bu sahəyə məsul olan digər şəxslərin qəzetimizə qarşı qərəzçilik mövqeyində durmaları olub. Bu gün qəzetimizi yenidən çap etmək və geniş ictimaiyyətin təkrar görüşünə gəlmək istəyində olsaq da, maliyyə çatışmazlığı bizə belə bir addımı atmağa heç cür imkan vermir. Ona görə də yazıb Sizdən xahiş edirəm ki, iflic edilmiş qəzetimizin fəaliyyətinin bərpa olunması üçün, KİVDF vasitəsilə bizə lazım olan köməkliyinizi göstərəsiniz”.


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Gündəm xəbər" qəzeti həftədə bir dəfə 5 ci günləri satışda olacaq

    "Gündəm xəbər" qəzeti həftədə bir dəfə ...

    13-04-2015, 21:23

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20

  • 
  • Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi - SƏRƏNCAM

    Prezident KİVDF-yə yeni icraçı direktor təyin ...

    4-04-2020, 18:04

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu