Şirin Cəfəri ittihamları qəbul etmir Bu gün «Gündəm xəbər» qəzetinin təsisçisi Şirin Cəfərinin məhkəməsi keçiriləcək. Proses Gəncə Şəhər Apelyasiya Məhkəməsində baş tutacaq. Qəzetin təsisçisi bildirib ki, o Gəncə Apelyasiya Məhkəməsinə müraciət edərək barəsində çıxarılan hökmün ləğv edilməsini tələb edir. Eyni zamanda məhkəmədən bəraət istəyir. Bununla yanaşı bugünki prossesdə həmçinin Baş Prokurorluğun nümayəndəsinin Kəpəz Rayon Məhkəməsinin hökmündən verdiyi etiraza da bu gün baxılacaq. Qeyd edək ki, bu ilin may ayında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində “Gündəm xəbər” qəzetinin təsisçisi və baş direktoru Şirin Cəfərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Yaşar Həsənovun sədrliyi ilə keçirilən prosesdə Şirin Cəfəri və vəkili Zaur Niftəliyev çıxış edib. Onlar iddiaların əsassız olduğunu bildirib, hakimdən təqsirsizliyi təsdiq edən qərar çıxarılmasını istəyiblər. Məhkəmə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə Şirin Cəfəri barəsində 3 il müddətinə azadlıq məhrum etmə cəzası təyin edib. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, bu cəza şərti hesab olunub və onun barəsində iki il sınaq müddəti təyin edilib. Eyni zamanda hökmə əsasən, Ş. Cəfəridən ödəməkdən yayındığı 71 min 400 manat borc da tutulacaq. Qeyd edək ki, Kəpəz Rayon Məhkəməsinin hökmündən sonra Baş Prokurorluq nümayəndəsi protest verərək hökmlə razılaşmır.Dövlət ittihamçısı baş redaktorun həbs edilməsini tələb edib. Qeyd edək ki, “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi üzrə ittiham olunur. Ötən prosesdə dövlət ittihamçısı Mahir Hüseynov Ş. Cəfərinin 5 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib. Prokuror qeyd edib ki, Ş. Cəfərinin iri məbləğdə vergidən yayınmada ittiham edilir, buna əsas kimi ittiham olunan şəxsin 71 min manat məbləğində vergini ödəməkdən yayınması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Vergilər Nazirliyinin rəyi əsas götürülüb. Bu barədə açıqlama verən Şirin Cəfəri bildirdi ki, hökmdən razı deyil. Qeyd edək ki, “Gündəm Xəbər”in təsisçisi eyni zamanda cəzanın şərti olduğunu da bildirdi. “Gündəm xəbər”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?