GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM

AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM

Tarix: 6-07-2020, 14:34 Bölmə :GündəmXəbər / Manşet Baxış: 450
AzTV çuğulluq idarəsinə dönüb, hər kəs bir-birinin səsini yazıb sədrə göndərir - İTTİHAM


Ötən həftə AzTV-nin iki əməkdaşının yeni növ koronavirus pandemiyasından vəfat etməsi ölkənin teleməkan ailəsinin kədərinə səbəb oldu. Aprel-may aylarında “kimin tanıdığı şəxs bu virusa yoluxub və ya bu virusdan ölüb” suallarını sosial şəbəkələrdə yağdırmaqla hökumətin gördüyü tədbirləri şübhə altına almaq istəyənlər indi rahatlaya bilərlər. Çünki dövlətin. demək olar ki, bütün strukturlarında, eləcə də teleməkanda XXI əsrin bu bəlasına yoluxanların olduğu barədə məlumatlar yayılmaqdadır. Teleməkanda ilk pandemiya qurbanları olmaq isə AzTV-nin əməkdaşlarının taleyinə yazıldı…

Ölümün kimi harada və necə yaxalayacağı heç kimə bəlli deyil. Atalarımız “ölüm gözlə qaş arasındadır” kəlməsini nahaqdan söyləməyiblər. Lakin çox təəssüf ki, COVID-19 qurbanlarına çevrilmiş AzTV-nin əməkdaşları ilə bağlı suallar açıq qalıb.

Pandemiya ilə mübarizə aparılandan bəri tamaşaçıları evdə qalmağa, amma eyvana çıxıb şou-biznesin “ulduzcuqlarına” qulaq asmağa çağıran, insanlara əllərini necə yumağı, maskanı necə taxmağı, qoruyucu vasitələrdən necə istifadə etməyi öyrətməyə çalışan AzTV nədən öz əməkdaşlarının xəstəxanalarda normal müalicə almalarını təşkil edə bilmədi?

GundemXeber.Az dominant.az-a istinadla bildirir ki, neçə gündür ictimai-siyasi proqramlar departamentinin rejissoru Samir Nemətzadənin ürək parçalayan səsli mesajı internetdə dolaşır. Sosial şəbəkənin izləyiciləri haqlı olaraq bu sualı verirlər: nəyə görə Səhiyyə Nazirliyi və TƏBİB-lə sıx əlaqələri olan AzTV sədri Rövşən Məmmədov bu cür çətin dönəmdə gənc bir adamı taleyin hökmünə buraxmışdı? Axı çox güman ki, Samir kömək üçün dəfələrlə öz rəhbərliyinə səsli mesajlar göndərib. Kimsə deyə bilər ki, AzTV sədrinin bu durumdan yəqin xəbəri olmayıb. Buna inanmaq qeyri-mümkündür. Çünki Rövşən Məmmədovun sayəsində AzTV çuğulluq idarəsinə dönüb. Hər kəs bir-birinin səsini yazıb sədrə göndərir. Bundan başqa, həmin departamentin rəhbəri Rövşən Məmmədovun özünə çox yaxın saydığı və ona hər bir qərəzli-qərəzsiz məlumatı ötürən Sərvər Bayramovdur. Belə çıxır ki, texnologiyanın inkişaf etdiyi bir vaxtda onların heç biri səsli mesajla haray çəkən əməkdaşlarının durumu ilə qətiyyən maraqlanmayıblar.

AzTV-dəki mənbələr deyirlər ki, koronavirusu telekanala gətirən şəxs operatorlardan biri olub. O, koronavirusdan yoluxan ağır xəstələri çəkən zaman ehtiyatsız hərəkətə yol verib. Bu informasiyanın nə dərəcədə dəqiq olub-olmadığını deyə bilmərik. Amma, tutaq ki, belə hadisə olub. Nəyə görə AzTV rəhbərliyi ehtiyatlı və məsuliyyətli davranmayıb? Axı o cür təhlükəli yerdən qayıdan çəkiliş qrupu işə qayıtmalı deyildi, 14 günlük karantinə göndərilməliydi. Onların çəkdikləri süjeti isə həmkarları hazırlamaları idi. Həmin xəstələrlə təmasda olan həkimlər evlərinə belə getmədiklərini həmin süjetdə dəfələrlə vurğulayırdılar. Bunu anlamaq belə çətin idi, yoxsa “kreativlikləri” belə dərinlikləri hələ fəth edə bilməyib? Bu sualları da biz deyil, sosial media izləyiciləri o boyda tarixə malik olan, amma indi loqosu AZ-a çevrilən TV-nin sədri Rövşən Məmmədova ünvanlayırlar.

Əslində, bu fakt AzTV sədri Rövşən Məmmədovun tutduğu posta layiq olmadığının daha bir göstəricisidir. Amma bir zamanlar “Ədalət qəzeti”nin tərzi ilə desək, çox təəssüf ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsini hələ də bu qurumu yaman günə qoyan Rövşən Məmmədov icra edir.

Bəzi saytlar AzTV-də çalışan insanların kütləvi şəkildə virusa yoluxduqlarını xəbər verir. Amma AzTV-nin mətbuat xidmətinin rəhbəri yalnız 5 nəfər əməkdaşın xəstə olduğunu iddia edir və patronuna haqq qazandırmaq üçün televiziyanın ərazisində dezinfeksiya işlərinin aparıldığı, əməkdaşların maskadan və qoruyucu vasitələrdən istifadə etdikləri, qızdırması olanların içəri buraxılmadıqları kimi bəhanələri sadalayır. Onlar bu cür açıqlamalarla iki əməkdaşları ölənə kimi də çıxış edirdilər. onlar öləndən sonra da cavab tərzlərini heç dəyişməyiblər. Görəsən, heç ötən həftə itirdikləri əməkdaşlarının ruhu qarşısında xəcalət çəkirlərmi?

Yəqin ki, çəkmirlər. Dünyalarını dəyişmiş əməkdaşları barədə hazırladıqları süjetlər bu adamlarda xəcalət hissinin yerli-dibli olmadığını göstərir. Olsaydı, xəstəxanada durumunun necə olduğu ilə maraqlanmadıqları, onun harayına vaxtında yetişmədikləri Samirin haqqında “dogma televiziyamızın dogma adamı” kimi süni və qıcıqlandırıcı kəlmədən istifadə etməzdilər. AzTV sədri hələ dogma bildiyi bir adamı xəstəxanada baxımsız və çarəsiz durumda buraxırsa, görün yad bildiyi əməkdaşlara necə münasibət bəsləyir?

Kino və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayevin haqqında süjet isə lap “sağlığında kor fatma, öləndə badam gözlüm” zərb-məsəlini xatırlatdı. Sən demə, 52 yaşlı Etibar Babayev ustad sənətkar, peşəkar televiziyaçı, ideyalar müəllifi, AzTV-nin inkişafında böyük xidmətləri olan istedadlı insanmış. O zaman nədən Rövşən Məmmədov sədr müavini olandan qısa müddət sonra ideyalarla qaynayan Etibar Babayevi QSC-nin bədii rəhbəri vəzifəsindən uzaqlaşdırıb, kiçik redaksiyaya baş redaktor göndərmişdi? Deyilənlərə görə, hələ dublyaj redaksiyasını da onun əlindən alıb “kreatv” dəstənin sevimlilərindən birinə vermək istəyirmiş? Yəqin ki, Rövşən Məmmədun kadr “soyqırımı”nın stresslərini yaşayan, amma həyatda zarafatcıl və nikbin insan olan Etibar Babayev haqqında hazırlanan süjeti görsəydi, simasında acı təbəssüm yaranardı…

Nə isə… Həqiqətən sözün bitdiyi yerdir…

Allah hər ikisinə qəni-qəni rəhmət eləsin!


GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur diktor koronavirusa yoluxub?

    Məşhur diktor koronavirusa yoluxub? ...

    17-06-2020, 14:38

  • 
  • İbrahim Məmmədov AzTV-dən çıxarıldı

    İbrahim Məmmədov AzTV-dən çıxarıldı ...

    11-09-2015, 16:25

  • 
  • AzTV-nin əməkdaşı rəsmi tədbirdə öldü

    AzTV-nin əməkdaşı rəsmi tədbirdə öldü ...

    21-08-2014, 15:59

  • 
  • "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin sədri tənqidlə təhqiri fərqləndirə bilmir"

    "Çox təəssüf edirəm ki, o boyda AzTV-nin ...

    23-02-2016, 16:40

  • 
  • AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

    AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib ...

    1-07-2020, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (443)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu