Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları arasında COVID 19-a yoluxma hallarının artdığı iddia olunur.
Məlumatda bildirilir ki, virusa yoluxanlar arasında məşhur diktor, Əməkdar artist Rafiq Həşimov da var.
Məlumatı dəqiqləşdirmək üçün R.Həşimovun özü ilə əlaqə saxladıq. Diktor bildirdi ki, yayılmış məlumat əsassızdır: "Mən test vermişəm, cavab neqativ çıxıb. Məndə COVID-19 yoxdur".
Qeyd edək ki, bundan öncə - Prezident İlham Əliyevin Tərtər rayonuna səfəri zamanı AzTV-nin operatorunda koronavirus aşkarlanmışdı. AzTV-in virus aşkarlanmış operatoru ilə yanaşı, səfərdə olmuş bütün əməkdaşları - 9 nəfər Tərtərdən qayıdan kimi karantinə alınmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?