GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz - əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib

Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz - əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib

Tarix: 7-07-2020, 14:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 696
Qarabağ qazilərindən ƏƏSMN -in mənzil korrupsiyasına etiraz - əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib


"3 gün öncə bir sıra saytlarda Qaradağ rayonu, Ələt qəsəbəsində kirayədə yaşayan 2-ci dərəcəli Qarabağ əlili, 27 yaşlı Rəhman Əzizzadənin DTX rəisi Əli Nağıyevə ƏƏSMN -in şöbə müdiri Vüqar Behbudovun 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsinə hüquqi qiymət verilməsi xahişi ilə müraciəti dərc olunub. Gözləmək olardı ki, ƏƏSMN rəhbərliyi dövlətə, onun 1-ci şəxslərinə qarşı təxribat xarakterli hərəkətlər edən, əlil, şəhid ailələrinin mənzil təminatını rüşvət korrupsiya predmetinə çevirməklə müharibə veteranlarını dövlətdən narazı salan Vüqar Behbudova, yumşaq desək, təpinəcək". Bu sözlər DİA.AZ-a Qarabağ qaziləri adından edilən müraciətdə yer alıb.

Müraciətdə daha sonra deyilir: "Amma əlil vətəndaşın mətbuat vasitəsilə DTX rəisinə müraciətinə ƏƏSMN -in ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov hədələyici cavab verib ki, nazirliyin mövqeyi öyrənilmədən qazinin narazılığı dərc olunub. Əlilin müraciətinin yer almadığı saytlar da ƏƏSMN rəsmisinin “təkzibini” olduğu kimi səhifələrinə qoyublar. Beləliklə , DSMF-in adi bir şöbə müdirinin 1-ci vitse-prezidentin tapşırığına əməl etməməsi barədə 2-ci dərəcəli Qarabağ əlilinin DTX rəisinə şikayəti ƏƏSMN tərəfindən “mənzillə təmin olunmamaq haqqında narazılıq” kimi qələmə verilib. Sual olunur : MƏGƏR DTX RƏİSİNƏ MÜRACİƏT ETMƏK ÜÇÜN ƏƏSMN -DƏN İCAZƏ ALINMALIDIR ? Bir gözünü tam, o birini 50 faiz itirən Qarabağ qazisi mənzillə təmin olunması haqqında 1-ci vitse-prezidentin tapşırığına ƏƏSMN yanında DSMF-in adi bir şöbə müdirinin əməl etməməsinə görə DTX rəisindən tədbir görülməsini xahiş edir, ƏƏSMN -in rəsmisi isə onun 1-ci vitse-prezidentə və DTX rəisinə mənzillə əlaqədar müraciətini qanunsuz hesab edir! (?)

Onu da qeyd edək ki, Vüqar Behbudovun mənzil bölgüsü zamanı qanunsuzluğa, ayrı-seçkiliyə yol verməsi illərdir davam edir. Nazirlik buna son qoymaq əvəzinə vətəndaşın Konstitusiya ilə təsbit edilən müraciət etmək hüququna qadağa qoymaq yolunu tutub. Ondansa, əlil və şəhid ailələrinə tikilən evlərin şəhərsalma və tikinti normalarına uyğun inşa edilməsinə son qoymağı düşünmək, mənzillərə “kupça” verilməsini təmin etmək daha məqsədəuyğun olardı. Normativə görə, mənzillərdə divarların hündürlüyü ən azı 2,70 metr olmalıdır, amma bəzi evlərdə buna riayət edilmir. Eyvanın məhəccərinin hündürlüyü 50-60 sm olduğundan faciə ilə nəticələnir. Bir evin kanalizasiyası, həyəti, istirahət guşəsi yoxdur, o birinin qaz-telefon, internet xətti . Əlil oliqarx deyil axı, elektriklə yemək bişirilməsinə aylıq pensiyasını xərcləsin. Nazirlik mənzil təminatında neqativ hallara qarşı ciddi tədbirlər görməyə borcludur . Niyə Vüqar Behbudovun “rüşvət xeyir-duası” ilə hətta deputatlar, 3-4 villası olanlar Bakının mərkəzində mənzil yiyəsi olur, amma Rəhman Əzizzadə Qaradağda -Ələtdə kirayədə yaşayır? Niyə məcburi köçkün Qarabağ əlilləri Bakıda mənzil növbəsinə götürülür? Axı, məcburi köçkünlərin ayrıca mənzil təminatı həyata keçirilir? Elə bunun nəticəsidir ki, Bakıda qeydiyyatda olan aztəminatlı ailələr illərdir mənzil növbəsində həyatlarına son verməkdədirlər.

Fazil Talıbovun nazirliyin hazırda 2014-cü ilə kimi mənzil növbəsində olanları mənzillə təmin etmələri haqqında dedikləri də Prezidentin 20.06.2014 tarixli 569 saylı Sərəncamının icra olunmamasını göstərir. Belə ki, həmin sərəncama əsasən, 2014-cü ilə kimi növbədə duran əlil və şəhid ailələri 2014-2018-ci illər ərzində mənzillə təmin olunmalı idilər. 2020-ci il başa çatır, hələ də prezidentin sərəncamı icra olunmayıb. Əksinə, 2019 -cu ilin yanvarında həmin sərəncama dəyişiklik edilərək, 2014-cü ilə kimi növbədə olanların 2014- 2028-ci illər ərzində mənzillə təmin olunmaları qərara alınıb. Prezident sərəncamı verir ki, əlil, şəhid ailələri tezliklə - uzağı 2018-ci ilə kimi mənzil yiyəsi olsunlar, ƏƏSMN prezidentin sərəncamını icra etməkdən imtina edərək mənzil təminatını 10 il geriyə -2028-ci ilə çəkib. Özü də bu “güzəşt” 2014-cü ilə kimi növbədə olanlara şamil edilir. Rəhman Əzizzadənin 2016-cı ildə növbəyə götürüldüyünü nəzərə alsaq, nəinki 2028-də, heç 2030-a kimi də mənzil yiyəsi olacağı sual altındadır. Elə buna görə də, əlil vətəndaş 1-ci vitse-prezidentə müraciət edib və. .. Vüqar Behbudov 1-ci vitse-prezidentin tapşırığına 2 ilə yaxındır əməl etmir. DTX rəisinə müraciətinə isə ƏƏSMN hədələyici tonda açıqlama verir!...

Qarabağ qaziləri olaraq ƏƏSMN rəsmilərinin qanunsuzluğuna etiraz edirik və Vüqar Behbudovun və digərlərinin barəsində tədbir görülməsini tələb edirik".

GundemXeber.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentin ad günündə açılışını etdiyi evlərin qapalı bölgüsü

    Prezidentin ad günündə açılışını etdiyi evlərin ...

    29-12-2019, 11:30

  • 
  • Əlil-şəhid ailələrinə tikilən evin aqibəti necə oldu?-İLGİNC GƏLİŞMƏ

    Əlil-şəhid ailələrinə tikilən evin aqibəti necə ...

    9-01-2020, 16:31

  • 
  • Qarabağ müharibəsi əlili və veteranı DTX-nin rəisinə müraciət etdi

    Qarabağ müharibəsi əlili və veteranı DTX-nin ...

    5-07-2020, 10:03

  • 
  • ƏƏSMN-dən əlillərə qarşı “səlib yürüşü” davam edir - RƏZALƏT

    ƏƏSMN-dən əlillərə qarşı “səlib yürüşü” davam ...

    9-05-2020, 11:40

  • 
  • Nazirlik Sumqayıtda yeni mənzillərin əlillərdən alındığı xəbərinə aydınlıq gətirdi

    Nazirlik Sumqayıtda yeni mənzillərin əlillərdən ...

    26-12-2012, 15:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
cassino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu