Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən gedtmək istəyir.
GundemXeber.Az bildirir ki, İXA.az-a bu barədə icra başçısının yaxın ətrafından məlumat sızdırılıb.
Bildirilir ki, rayonda ictimai – siyasi, sosial vəziyyəti ağır günlərə salan Ceyhun Cəfərov başını itirib. Vəzifədən tarixin arxivinə və ya həbisə düşə biləcəyini bilən rayon rəhbəri, yeznəsi Vidadi Zeynalovun aqibətini yaşamamaq üçün obyektlərini sataraq, ölkədən qaçacağı deyilir.
Kürdəmirdə və Yasamalda iri obyektlərin sahibi olan icra başçısının belə tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı 90 faiz yaxın günlərdəvəzifəsi ilə vidalaşacağı deyilir.
İcra başçısı ilə bağlı yuxarıların hərəkətə keçməsi C. Cəfərovun işinə xəyanətindən irəli gəlmdiyi bildirirlir, Ceyhun Cəfərov vaxtınilə H, Əliyevin büstünə hörmətsizliyi, vahabilərlə işbirliyi, işçilərindən külli-miqdarda rüşvət alıb onların dünyasını dəyişməsinə səbəbkar oliqarx məmur hesab edilir. C. Cəfərov icra başçısı təyin olunduğu vaxtdan etibarən mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür. Hətta deyilənlərə görə, Ceyhun Cəfərov Kürdəmirin tarixini ən tamahkar icra başçısı kimi adını yazdırıb.
Mənbənin dediyinə görə, bütün bunlar onu göstərir ki, mümkün qədər vəsait toplayıb ölkəni tərk etməkdə Ceyhun Cəfərov həmişəkindən daha çox israrlıdır və o bunu ağına–bozuna baxmadan edir. Çünki icra başçısı başa düşüb ki, vaxtı itirmək olmaz, əvvəl -axır onu yaxın qohumu Vidadi Zeynalovun aqibəti gözləyir.
Başının üstünü artıq qara buludlar alan Ceyhun Cəfərov işdən çıxarılaraq, həbs olunmaq təhlükəsi altında daima həyacanda qalmaqdansa, qaçıb getməyə üstünlük verməsi, yuxarıların nəzarətində olduğu da bildirilir. Yəni mal- mülkün təcili satışa çıxaran icra başçısının artıq bütün hazırlıqlarını gördüyü də bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?