Oktyabrın 19-da paytaxtın Neftçilər prospektində ağır yol-nəqliyyat qəzası baş verib. "Port-Baku Towers"in qarşısında “BMW” markalı avtomobil TİR-lə toqquşub.
Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib.
Avtomobildəki digər 3 nəfər ağır yaralı halda xəstəxanaya çatdırılıb. Yaralılardan birinin Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilir.
Həlak olan gənc xaricdə təhsil alıb və ailəsinin istəyinə görə qısamüddətli tətil alaraq Bakıya dönürmüş. Ceyhun Cəfərovun oğlu isə onu iki dostu ilə hava limanında qarşılayaraq evlərinə müşayiət edirmiş.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?